Təmənnasız dostumuz

Təmənnasız dostumuzValideyn qocalanda övladına nə qədər əziyyət versə də, ona bircə dəfə də "of" deyə bilmərik.

Bu əmri bizə Allah-Təala Quran vasitəsilə verir. Valideyn, övlad, Vətən - bunlar insanın özü tərəfindən seçilmir, bunları bizə Allah seçir. Demək, valideyni sevmək həm də Allah-Təalanın seçimini sevməkdir. Valideynin xətrinə dəyməyi, onunla danışanda səsini qaldırmağı, qəlbini qırmağı Allah bizə yasaq edir. Allahdan və Peyğəmbərimizdən sonra bizim ən çox ehtiram etməli olduğumuz insanlar valideynlərimizdir.

Əgər ata dinsiz, kafir olsa belə, övladın dininə, imanına qarışmırsa, övlad ona qarşı haqsızlıq, hörmətsizlik edə bilməz. Yox, əgər dinsiz ata övladın imanına toxunursa, onu Haqq yolundan azdırmağa çalışırsa, onda övlad ataya itaət etməyə bilər.

Rəsulullah (s.ə.s.) buyurur ki, Allahın məmnunluğu atanın məmnunluğundan keçər, Allahın məmnuniyyətsizliyi də atanın məmnuniyyətsizliyindən keçər.

Başqa bir hədisdə isə Rəsulullah buyurur ki, cənnət anaların ayaqları altındadır.

Hansı şair, hansı yazıçı atanı və ya ananı nə qədər mədh edirsə etsin, heç biri ona Allahın verdiyi uca dəyəri verə bilməz.

Çox insanlar məhz öz valideynləri ilə, onların qarşısındakı övladlıq borcu ilə imtahan olunublar.

Valideyn bizim dünyaya gəlişimiz üçün Allah-Təalanın seçdiyi səbəblərdir. O səbəbləri sevmək, uca tutmaq Allahın təqdirini qəbul etmək, Ona boyun əyməkdir.

Valideyn təmənnasız dostdur. Başqaları sizinlə münasibətdə, bəlkə, nəsə təmənna edə, nəsə mənfəət gözləyə bilər. Valideynin mənfəəti isə elə sizsiniz, sizin xoşbəxtliyinizdir.

İşin əvvəlində Allah-Təala bu münasibətin içinə sevgi adlı elə bir bərəkət qoyur ki, siz ömür boyu onun cazibəsindən çıxa bilmirsiniz. Əslində yeni doğulmuş, aciz, zəif körpənin o qədər sevilməsi onun qorunmasıdır, asayiş altına alınmasıdır. Övlad üçün valideynin özünü təhlükəyə atması adi haldır. Heç bu haqda düşünmüsünüzmü? Əslində valideynin qəlbinə o sevgini qoyan Allahdır. Həmin sevgi ilə valideyni övladın himayədarı, mühafizi halına gətirir. Sonra da övlada əmr edir ki, sənə nə qədər əziyyət versə belə, o valideynə "of" deməyə haqqın yoxdur.

Nə qədər də hikmətli, duyğulu məsələdir, elə deyilmi?

Ailə və Uşaq     Baxılıb: 2662   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

turlar.az

geyim şəkilləri geymler 2026 yay kolleksiyasi gavali murebbesi şef master 3 kq daglar nece yaranir kosmetika ziyafet geyimleri cinsi elaqe səməd vurğun rus dilini oyrenek 2ci ders narin faydasi