Tərtərdə bıçaqlanan polis mayorunun durumu barədə nazirlikdən AÇIQLAMA
Səhiyyə Nazirliyi Tərtər rayonunda bıçaqlanan polis əməkdaşının durumu barədə məlumat yayıb.
Milli.Az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Tərtər rayonunda bıçaq xəsarətləri alaraq xəstəxanaya gətirilən polis əməkdaşına Tərtər Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndərilib:
"Xəstəxanadan verilən məlumata görə qarın boşluğuna nüfuz edən bıçaq yaraları diaqnozu ilə xəstəxanaya çatdırılan yaralı, dərhal əməliyyat olunub. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub. Hazırda reanimasiya şöbəsində müalicə alan yaralının vəziyyəti ağır stabil kimi qiymətləndirilir".
Qeyd edək ki, dekabrın 26-da saat 19 radələrində, Tərtər rayonunun Buruc kəndində 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov yaşadığı evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib. Məlumat əsasında hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gəlib. S.Nəcəfov polis əməkdaşına 5 bıçaq zərbəsi vurub. E.Aslanov yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Bu yaşda ət yemək ömrü uzadır