Toyuqlu,göbələkli blinçik

Toyuqlu,göbələkli blinçikBlinçikin hazırlanması

• kəsmik - 200 q.
• yumurta - 2 ədəd
• qatıq (və ya süd) - 500 ml
• kraxmal- 2,5 x.q (vacib deyil atılmağı)
• şəkər tozu - 2 ç.q.
• duz - 0,5 ç.q.
• soda - 1 ç.q.
• un - 300 q.
• qızartmaq üçün bitki yağı

İçlik üçün

• toyuğun filesi - 300 q.
• göbələk - 100 q.
• soğan - 2 ədəd
• smetan - 1 x.q.
• göyərti (zövqə görə)
• duz
• istiot
• bitki yağı - 1-2 x.q.

Hazırlanması

Kəsmiyi yumurta və qatığın yarısını ilə (və ya südün yarısı) qarışdırırıq,üzərinə duz,şəkər tozu,kraxmal və unu əlavə edirik.

Toyuqlu,göbələkli blinçikQatığın qalan hissəsini (və ya südün) soda əlavə edib şişməsi üçün mikserlə qarışdırıb əlimizi saxlayırıq.

Toyuqlu,göbələkli blinçikİçlik üçün toyuğun filesini,göbələyi və soğanı xırda-xırda doğrayırıq.Doğradığımız bütün komponentləri qarışdırıb duz,istiot və yağ əlavə edirik.

Toyuqlu,göbələkli blinçikHazırladığımız içliyi tavada toyuq bişənə kimi yaxşıca qızardırıq.Qızartdıqdan sonra üzərinə göyərti və smetan əlavə edirik.İçliyi qızartdığımız zaman fikir verməliyik ki,bir az sulu olsun.Quru olmaz.

Toyuqlu,göbələkli blinçikYaxşıca qızdırılmış,ölçüsü çoxda böyük olmayan tavaya (diametri 18 sm) blinçik üçün hazırladığımız qarışığı əlaqə edirik.Elə etməliyik ki,blinçik çox da qalın olmamalıdı.

Toyuqlu,göbələkli blinçikBlinçikin bir hissəsinə (şəkildə görsəndiyi kimi) 2 dolu xörək qaşığı qızartdığımız içlikdən əlavə edirik.İçiyi elə əlavə etməliyik ki,qıraq hissələr boş qalmalıdı.

Toyuqlu,göbələkli blinçikBliçikin boş saxladığımız hissəsini içliyin üzərinə əlavə edib qiraq hissələrini yaxşıca bərkidirik və blinçiki tavanın ortasına gətirib ağzını bağlayırıq.Yarım dəqiqədən sonra o biri üzünü çevirib tavanın ağzını yenə bağlayırıq.

Toyuqlu,göbələkli blinçikYarım dəqiqə gözlədikdən sonra toyuqlu,göbələkli blinçikimiz hazır olur.

Toyuqlu,göbələkli blinçikSüfrəyə isti-isti verilir.Nuş olsun!

Müəllif: Leyla Abdullayeva

Mətbəx     Baxılıb: 10945   Tarix: 01 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Toyuq əriştə şorbası

Hamı bilir ki, hamı sağlam olmaq üçün hər gün ilk yeməkləri yeməlidir. Toyuq şorbaları əla sağlam bir yemək seçimidir. Müxtəlif şorbalar var - düyü ilə, qarabaşaq yarması, əriştə və ya kartof ilə. İndi demək olar ki, hə

.

Fərqli Dad: Sobada Kartof Dolması

Hər birimizin mətbəxində olan kartofdan bir çox yeməklər hazırlanır. Bəs kartofdan hazırlanan dolma yemisinizmi? Klassik dolmalardan fərqli olaraq asan hazırlanır və dadlı bir yeməkdir. hər kəsin bəyənəcəyi sobada karof dolmasını

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

turlar.az

gözəllik məhsulları kosmetik vasiteler geyim və ayaqqabılar tüklərin təmizlənməsi normal yuxu yay paltarlari 2026 qadın saytı kosmetika baldiza aid haxisda gozellik veten haqqinda atalar sozu novruz bayramına aid hakıştalar maska