Tuba Büyüküstünün ideal bədən quruluşunun sirri

Tuba Büyüküstünün ideal bədən quruluşunun sirriAktrisa "Pantene", "Maximum Cart", "Kremini" və "Molped" reklamlarında çəkilib. Füsünkarlığı ilə avropalıların da diqqətini çəkməyi bacarıb. "Pantene" şampunun Belçikada reklamı üçün 2 milyon dollarlıq müqavilə imzalayıb.

Türkiyənin ən gözəl aktrisası kimi tanınan Tuba Böyüküstünün baxışları, hüznlü gözləri, gülüşü xəstəyə məlhəm kimidir. Tuba həm kişilərin, həm də qadınların sevimlisidir. Onun kimi görünmək istəyən xanımlarn sayı-hesabı az deyil. Gözəlliyi onu özündən razı göstərsə də, bu, utancaqlığından qaynaqlanır. Əslində, bu qadının gözəllik sirri hamıya bəllidir, o təbii gözəldir. Bu Allahın hamıya bəxş etmədiyi nadir hədiyyələrdən biridir. Boyu 1.72 sm, çəkisi 53 kq-dır, 32 yaşındadır.

İdeal bədən xətlərinə malik olsa da, nə idmanla məşğul olur, nə də pəhriz saxlayır. Ürəyi istəyən hər şeyi yesə də, nəfsini saxlaya bilən tiplərdəndir. Ruhun və bədənin bir-biri ilə barışıq olmasını ən böyük nemət adlandırır. Hər kəsə də bədənləri ilə ruhlarını barışdırmağı tövsiyə edir.

Dərisinə və saçlarına mümkün qədər çox qulluq etməyə çalışır. Təkcə aktrisa olduğu üçün deyil, baxımlı və gözəl qadın olmaqdan zövq alır.

Saçlarına təbii tərkibli maskalar çəkir. Sağlam saçlar və gözəl dəri hər bir qadına özünü gözəl hiss etdirir. İstifadə etdiyi məhsulların təbii tərkibli olmasına fikir verir. "Saçım uzun və sağlam olmalıdır. Modelini dəyişdirməzdən əvvəl saç dəbini izləyirəm. Saç məhsullarının hamısının eyni markasından olmasına fikri verirəm. Saç uclarını kəsdirməklə saçın sağlam olacağına inanırdım. Buna görə də saçın uzunluğunu saxlayaraq, qorumağın yollarını bilmirdim. Sonralar saçın keyfiyyətini qoruyan məhsulları kəşf etdim və beləcə hər ay saç uclarını kəsdirməli olmuram".

Rahatlamaq üçün bitki çayları içir. "Fast food"-un yanında bol salat yeməklə sağlamlığın qeydinə qalır. Tərəvəz və meyvəni çox sevir.

Gözəllik sirri klassik və çox bəsitdir. Dişlərini fıçalayır, üzünü yuyur və nəmləndirici çəkir. Bu qədər! Qarmaqarışıq heç nə yoxdur.

Əkizlərə hamilə olanda həddindən artıq kökələn aktrisa, aldığı çəkilərdən cəfəri sayəsində xilas olub. Hər səhər bir stəkan cəfəri suyu içib. Günorta və axşam yeməyində cəfərili qatıq yeyib. Duzsuz badamı isə çantasından əskik etmir. Həmçinin ananas, balıq və çoxlu su ilə qidalanır.

Gözəllik və Moda     Baxılıb: 3008   Tarix: 14 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Anatomiya ilə tərs mütənasib GÖZƏLLİK…

İnsan anatomiyası onun zahiri görünüşünü, orqanizmin quruluşunu, formasını və onu təşkil edən toxumaların, orqanların bir-biri ilə və eyni zamanda xarici mühitlə orqanizmin qarşılıqlı əlaqəsini öyrənir. Anatomiya morfoloj

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

turlar.az

gözəllik məhsulları geyim necə seçməli hamilelikde qidalanma oxsamalar əkizlər bürcü bizim məşhurlar yay donlari 2026 kosmetika sevgi kurtlar vadisi sirin qogal yumurta bayati