Turşu qovurma plov

Turşu qovurma plovƏrzaqlar:Turşu qovurma plov4 st uzun düyü

1 kq sümüksüz suda bişmiş qoyun əti

500 q təmizlənmiş şabalıd

4 ədəd baş soğan

4 x.q əridilmiş kərə yağı

1 st kişmiş

10 ədəd qaysı

10 ədəd albuxara ya da alça turşusu

Limon duzu

Sarıkök ya da zəfəran

Duz

İstiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Şabalıdın qabıqlarını təmizləyirik. Bax. Şabalıdın qabığının təmizlənməsi. Təmizlənmiş şabalıdı tavada duz səpib yağ əlavə edib qovururuq.

Turşu qovurma plovDoğranmış soğanı tavaya töküb duz səpib yağ əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğana 1/3 çay qaşığı sarıkök əlavə edib qarışdırırıq.

Turşu qovurma plovƏti yağda qovururuq. Qovrulmuş ətin üzərinə limon duzu  və istiot səpib qarışdırırıq.

Turşu qovurma plovƏtin üstünə soğanı tökürük.

Turşu qovurma plovSoğanın üstünə  turşuları qoyuruq və şabalıdı tökürük. Ətin bulyonundan az əlavə edib vam odda bişməyə qoyuruq.

Turşu qovurma plovYuyulub təmizlənmiş kişmiş və qaysını yağda qovururuq.

Turşu qovurma plovDüyünü adi qaydada bişirib süzürük. Düyünün üstünə ya zəfəran şirəsi ya da sarıkök tökürük.

Turşu qovurma plovDüyünü dəmə qoyanda qazmaq hazırlayırıq. Yumurta ilə qatığı qarışdırıb qazanın dibinə töküb az düyü də töküb bərabər hündürlükdə təxminən 1 sm hündürlükdə yayırıq.

Turşu qovurma plovSonra düyünü tökürük üstünə yağ verib dəmə qoyuruq. Düyü 1 saat dəm alır. Qazmaq tutanda aş hazırdı. Süfrəyə verdikdə boşqaba təpəcik şəklində düyü çəkilir üstünə qazmaq qoyulur və yağ tökülür. Yanına bir qabda kişmiş qaysı bir qabda isə ətli şabalıdlı qovurma qoyulur.

Turşu qovurma plovNuş olsun!

Mətbəx     Baxılıb: 7672   Tarix: 07 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Mayonezli Çiyələk Piroqu

Bizim mayonezə olan sevgimizi izah etmək çətindir, amma bu reallıqdır ki, mətbəximizdə mayonez həmişə geniş istifadə olunub. Çox az adam bilir ki, mayonezlə təkcə salatlar hazırlamaq olmur. Ondan həmçinin şirniyyatlarda d

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Kəsmikli Bananli Tort

Ərzaqlar. 4 yumurta . 350 qram şəkər . 180 qram un . 5 xörək q. kakao tozu . 1 paket qabartma tozu . 4 xörək q. qaynar su . 250 qram kəsmik . 15 qram jelatin . 500 qram 33 %-li qaymaq . 4 ədəa banan . 100 qram tünd şokolad

.

Ev şəraitində pendirin hazırlanma qaydası

Lazım olan məhsullar:. 3 litir süd. 300 qram xama. 2 ədəd yumurta. 1 yemək qaşığı duz. Qeyd edək ki, bu reseptlə 600 qram pendir hazırlanır. Hazırlanma qaydasını videoda izləyin. Nuş olsun!

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Gürcü xingəli (foto resept)

Tərkibi:. Xəmir üçün:. 3 st. un. 1 . 1 yumurta. duz. İç üçün:. 250 qr yağlı qoyun əti. 200 qr mal əti. 3 baş soğan. Su. Qırmızı və qara istiot. duz. Hazırlanması:. Ələnmiş una ilıq su, yumurta, duz əlavə edib xəmir yoğrulu

.

Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir. Tərkibi:. 200 qr qoyun əti. 1 ədəd soğan. 100 qr keşniş. duz, istiot. sarıçiçək. heyva. Hazırlanma qaydası:. İlk öncə heyvanı yaxşıca yuyun

.

Ənənəvi bolognese və parmigiano ilə Tagliatelle Salumeri aşbazın resepti Casale Luciano

Tərkibi (xidmət başına. Tagliatelle pastası (sarı) - 100 q. Bolonya sousu - 150 qr. Kərə yağı - 20 q. Əlavə zeytun yağı - 10 q. Parmesan pendir - 10 q. Yeməli duz - 0,2 q. Qara bibər qarğıdalı - 1 q. Toyuq suyu - 150 ml

turlar.az

yaz geyimleri 2026 aksessuarlar sac duzumleri toylar masaj ataya aid atalar sozleri qış ayaqqabıları kosmetika video vətənə aid rus dili 2ci ders azerb clpaq qadinlari novruza aid hakistalar