Uşağın iştahası pis olarsa

Uşağın iştahası pis olarsaBəzən valideyinlər uşaqları haqqında belə deyirlər: uşaq pis yeyir, anadan olandan yemək istəmir, hətta döşü tutmur. Bəzən də elə olur ki, 9-12 aylıq uşağı ana yedirmək üçün qucağına aldıqda uşaq müqavimət göstərir. Bəzən də 3-4 yaşlı uşaqlar belə anaları yeməyə çağırdıqda, özlərini məşğul kimi göstərirlər. İştahası pis olan uşaqlar bəzən yeməkləri ciblərində gizlədirlər kı, sonra xəlvətdə tullasınlar. Adətən belə uşaqlar sonradan yalan danışmağı bacaran olurlar. Beləlikə iştahsızlığına görə anasını aldatmağa çalışan uşaqlar yalan danışmağa vərdiş edir, ətrafdakılarla ünsiyyət qura bilmir, xasiyyətcə pozulurlar. Odur ki, əgər uşağınızın iştahası yoxdursa, onu zorla yedizdirməyə çalışmayın, uşağınıza istəmədiyi bir qaşıq yeməyi belə zorla yedirməyin.
Anadangəlmə instinklərdən biri yeməyə can atmaqdır. İştahanın olmaması anadangəlmə olmur.
Uşağın yaxşı və ya pis yeməsi onu valideyinlərinin pis tərbiyə etməsindən asılıdır. Uşağa zorla yemək yedirmək onu sizə qarşı müqavimət etməyə zorlamaqdır. Uşağı elə tərbiyə etmək olar ki, istəmədiyi yeməyi ona yedirtdikdə heç vaxt zor işlətmək lazım gəlməsin.
Yeni doğulmuş uşağın nə yeməsinin fərqinə varmamasını söyləyənlər çox yanılırlar. Çünki yenidoğulmuş uşaq dad bilmir, onun dadbilmə qabiliyyətini zorla yox sadəcə olaraq inkişaf etdirmək lazımdır. Çox vaxt valideyinlər uşaqlarını çox yeməyə məcbur edirlər. Onlar elə hesab edirlər ki, uşaqlar nə qədər çox yesələr bir o qədər tez böyüyərlər. Bu cür düşüncə tərzi uşaqları"pis yeyən" uşağa çevirir.
Bəzən analar yalnız o zaman rahat olurlar ki, onların uşağı böyük adamın yediyi qədər yesin. Hətta 4 yaşındakı uşağının 10 yaşlı uşağın yediyi qədər yemək yeməsilə öyünən analar da vardır. Belə ki, uşaq normadan artıq yedikdə onun orqanizminə yük düşür və uşaq pis inkişaf edir.
Bəzən də elə uşaqlar olur ki, onlar südəmər dövründən yetkinlik dövrünə qədər iştahaları pis olur, zəif yeyirlər. Bu da həmin uşaqların zəif inkişaf etməsinə və yaşıdlarından geri qalmasına səbəb olur.
Həddindən artıq zəif yemək bəzi xəstəliklərin əlaməti ola bilər. Uşaqların yaşlarına görə qəbul olumuş normal çəki vahidləri vardır. Qəbul olunmuş çəkiyə, vahidindən az çəkiyə sahib olmaq müxtəlif xəstəliklrin əlamətləri ola bilər. Bunların qarşısını almaq üçün isə mütləq uşaq həkimi ilə məsləhətləşmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2249   Tarix: 30 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

gozel gorunmek makiyaj etmek qaydalari donlar 2026 qarabasaq kotleti həyat stili cəlil məmmədquluzadə dişlərə qulluq kosmetika haxışda heyati naz mila qz eviyçun hakışta paxlava