Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin - SİYAHI

Uşağın ucaboy olmasını istəyirsinizsə, bu qidaları yedizdirin - SİYAHIBütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır. Bəziləri isə uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər. Xanim.az uşaqların boyunun uzanmasına kömək edən qidaları təqdim edir.

Süd və süd məhsulları:

Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.

Çedar (cheddar) pendiri:

Bütün pendir növlərinin tərkibində kalsium var. Amma 100 qram çedar pendirində 720 milliqram kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik olmamalıdır.

Küncüt:

Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.

Çərəzlər:

Uşaqların sevərək yedikləri çərəzlərin də tərkibində kalsium dəyəri yüksəkdir. Əgər uşaqlarınız kifayət qədər süd və süd məhsulları yemirsə, bunlara dəstək olaraq fındıq, fıstıq, badam, qoz kimi çərəzlərdən istifadə olunmalıdır. Gün ərzində təxminən bir ovuc dolusu çərəz yeməsi uşağın daha uzun boylu bir gələcəyi üçün əhəmiyyətlidir.

Uşaqlarda boy uzanmasının əsas səbəbi kalsium və D vitamininin birlikdə qəbul olunmasıdır. Yuxarıda bəhs etdiyimiz zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək lazımdır. Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isəgünəş işığıdır. Lazımi qədər günəş işığından faydalana bilməyən şəxslərdə istənilən qədər boy uzanması mümkün deyil. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır. Bu səbəblə bütün qida qruplarından kifayət qədər və balanslı şəkildə istifadə olunması əhəmiyyətlidir.
Ailem.az

Ailə və Uşaq     Baxılıb: 4236   Tarix: 06 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU

Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayaq. Uşağın cinsini əvvəldən müəyyən etmək üçün internetdə bir neçə cədvəl var. Bunlardan ən çox yayılanı yüz illərdir istifadə olunan "Çin təqvimi"dir. Bu təqvim ananı

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

turlar.az

yaz geyimleri 2026 geyim necə seçməli donlar 2026 milli geyimlər sevismeyin menasi kişi psixologiyası kaktusa qulluq kosmetika meseller veten haqqinda atalar sozleri novruz bayramina aid hakistalar zəhmət novruza aid hakışda