Uşaqların vaksinasiyası BU TARİXDƏ başlayacaq
BioNTech peyvənd şirkəti 12-15 yaş qrupu uşaqların vaksinasiyası üçün Avropa Dərman Agentliyinə müraciət edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, agentlik təsdiq etdiyi halda 27 Avropa ölkəsində bu yaş qrupundakı uşaqlara peyvənd vurulmasına başlanılacaq. Eyni zamanda "Təcili istifadə icazəsi" üçün Amerika Qida və Dərman Təhlükəsizliyi idarəsinə də müraciət ünvanlanıb.
Qeyd edək ki, şirkət ABŞ-da 12-15 yaş qrupunda 260 uşaq üzərində apardığı tədqiqatda peyvəndin 100 faiz effektli olduğunu sübut edib. Açıqlamada əks təsirlərin 16-25 yaş qrupuna təsadüf edəcəyi bildirilib.
Əgər Avropa Dərman Agentliyi təsdiq edərsə, 12-15 yaş qrupundakı uşaqların vaksinasiyasına iyun ayının ortalarında start veriləcək.
Avropa Birliyi BioNTech-Pfizer peyvəndinin uşaqlarda istifadəyə başlaması üçün elmi qiymətləndirmə və tədqiqatların nəticələrini gözlədiyini açıqlayıb.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Yod çatışmazlığı təhlükəlidir
Nanə yağı təzyiqi aşağı sala bilər
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər