Uşaqlığın mioması (mioma)

Uşaqlığın mioması (mioma)Uşaqlığın mioması (mioma) – uşaqlıq divarının əzələ qatında yaranan düyünlü xoşxassəli törəmədir.Xəstəlik ən çox 40-50 yaşda olan qadınlarda rast gəlinir,lakin son vaxtlar xəstəlik "cavanlaşıb"-düyünlü yeni törəmələr 20-30 yaşda olan qadınlarda aşkar olunur.

Miomanın inkişafı miometriy qatında bir və ya bir neçə düyünün yaranmasına gətirib çıxaran hormonal pozulmalarla bağlıdır.Düyünlərin ölçüsü inkişaf edən dölün ölçüləri kimi həftələrlə qiymətləndirilir.

USM diaqnostikası hətta müalicə tələb etməyən,lakin müşahidə olunmalı ən əhəmiyyətsiz bərkimələri də aşkar etməyə imkan verir.Düyünlərin kəskin böyüməsi ödemə və nekrotik dəyişikliklərə gətirib çıxaran qan dövranının pozulması hesabına baş verir.Ölçülərin böyüməsi hüceyrə kütləsinin artmasına görə ola bilər ki, bu da nadir hallarda rast gəlinir.

Uşaqlığın selikli qişasının altında yerləşən düyünlər olduqda güclü qanaxma ola bilər.Embrionun uşaqlığa bitişməsi prosessinin pozulması adəti düşüklərin və sonsuzluğun səbəbidir.

Menopauza dövründə bir çox yeni törəmələr geriyə inkişaf edir, lakin bəziləri böyük ölçülərə çatır.Bu isə uşaqlığın yığılma xüsusiyyətini pozduğundan o menstrual qanaxmanı dayandırmağa qadir deyil.

Xəstəlik heç də həmişə özünü biruzə vermir,simptomsuz keçir,qadın onu heçnə narahat etmədiyinə görə həkimə müraciət etmir.Bu düyünün çox böyüməsinə,nəticədə cərrahi müdaxilənin zəruriliyinə gətirib çıxarır.

Patoqenezi

Uşaqlıq miomasının yaranma və inkişaf səbəbləri hələ tam öyrənilməyib.Lakin aydın olub ki, miometriyanın hiperplaziyası hormondan asılı yeni törəmədir və ocaqlı və ya diffuz xarakterdə ola bilər.

Xəstəliyin inkişafı üçün fon:

- hiperestrogeniya
- hiperqonadotropizm
- proqesterondefisitli vəziyyət

Düyünlərin atrımı estroqenlərin səviyyəsindən asılıdır:menopauzadan sonra düyünlər kiçilir,Hamiləlikdə hamiləliyin pozulmasının səbəbi olan artım müşahidə edilir.Şişin olması sonsuzluğa da gətirib çıxarda bilər.

Hamiləlik bir neçə səbəbdən baş vermir:

-Şiş uşaqlıq borularının qabağını tutduğundan yumurta hüceyrəsinin normal keçməsinə mane olur.
-Uşaqlıq əzələlərinin yığılması yumurta hüceyrənin uşaqlıq divarına bitişməsinə imkan vermir.
-Hiperplaziya və endometriozun inkişafı və s.

Miomanın inkişafının risk faktorları:

- menstrual funksiyanın pozulması
- abortlar
- endometrioz
- hormonal pozulmalar
- ürək-damar sistemi xəstəlikləri

Miomaların klassifikasiyası

Miomaların klassifikasiyası lokalizasiyasına (uşaqlıq boynu və ya uşaqlıqda) və uşaqlığın əzələ qatına görə ola bilər:

- əzələarası-uşaqlıq divarının qalınlığında düyün
- selikli qişa altı- düyün uşaqlığa doğru artır
- peritonaltı- düyün qarın boşluğuna doğru artır
- düyünün mərkəzdə artımı

Aşağıdakılardan asılı olaraq klinikası çox müxtəlif ola bilər:

- düyünün lokalizasiyası
- şişin böyüklüyü
- patoloji proseslərin olması
- xəstəliyin müddəti və s.

Miomanın çox rast gəlinən kliniki əlamətləri:

-Qarnın aşağı hissəsində və beldə ağrılar.Kəskin ağrılar düyündə qan dövranı pozulduqda yaranır.
-Belə diaqnozlu qadınların çoxunda qanaxmalar olur.Selikli qişaaltı şişlər zamanı vaxtından çox davam edən güclü menstruasiyalar müşahidə edilir.

Adətən şişlər çox yavaş-yavaş artır.Əgər il ərzində uşaqlığın ölçüləri beş həftəlik hamiləlik ölçülərinədək böyüyürsə,şişin sürətlə böyüdüyü sayılır.

Şişin böyük ölçüləri digər orqanların işinə maneçilik törədə bilər,qanda hemoqlobinin azalması mümkündür.Miomanın nekrozu ciddi ağırlaşma sayılır.

Miomanın diaqnostikası

Miomanın diaqnostikasında şişin lokalizasiyası və ölçülərini müəyyənləşdirməyə imkan verən əllə müayinə böyük əhəmiyyət kəsb edir.Ümumi baxışdan əlavə aşağıdakı müayinə üsulları tətbiq olunur:

- USM diaqnostikası müalicənin effektini müəyyənləşdirmək üçün müntəzəm aparılır.Bu diaqnostika üsulu düyünün vəziyyəti,onun yerləşdiyi yer və ölçüləri barədə məlumat verir.
- endoskopik (kolposkopiya,laparoskopiya və s.). Bu müayinələr sitoloji və histoloji müayinələr üçün material götürməyə,eləcə də,endometriyanın,yumurtalıqların, uşaqlıq artımlarının və şişin özünün vəziyyətini müəyyənləşdirməyə imkan verir.
-rentqenoloji.

Eləcə də,digər müayinələr aparılır:

- uroqenital infeksiyaların aşkar olunması (xlamidioz,mikoplazmoz,ureaplazmoz və s.)
- onkositoloji müayinələr
- onkomarkerlərin aşkar olunması
- neyroendokrin-metabolik statusun qiymətləndirilməsi
- immun sistemin qiymətləndirilməsi

Miomanı erkən mərhələlərdə aşkar etmək üçün 30 yaşdan yuxarı bütün qadınlar və yaşdan asılı olmayaraq risk qrupuna aid olan qadınlar ildə bir dəfə USM-dən keçməlidir.

Miomanın müalicəsi:

- konservativ
- cərrahi

Miomanın konservativ müalicəsi xəstəliyin erkən mərhələlərində və ya cərrahi müdaxilədən sonra aparılır.Bu müalicə üsulunda əsas məqsəd – şişin böyüməsini dayandırmaqdır.Cərrahi müdaxilədən əvvəl qan itirməni maksimum azaltmaq üçün bir sıra preparatlar təyin olunur.

Bu üsulun çatmamazlığı odur ki,dərman qəbulu dayandırılanda mioma yenidən böyüməyə başlayır.

Əgər konservativ müalicə üsulu müsbət nəticə verməyib, şiş böyük ölçülərə çatıbsa onun bədxassəliyə keçmə şübhəsi var və cərrahi müdaxilə vacibdir.

Hazırda aparılan cərrahi müdaxilə növləri:

- laparatomiya miomektomiya ilə
- laparoskopik miomektomiya ( diametri 2 sm-dən çox olmayan, ayaqcıq üzərində olan intramural və ya subseroz düyünlərin kəsilib götürülməsi üçün )
- histeroskopik miomektomiya (bu üsulla selikli qişa altında yerləşən düyünlər kənarlaşdırılır)
- histerektomiya (laparoskopik və ya laparotomik)

Əgər digər cərrahi üsullar nəticə verməyibsə uşaqlığın çıxarılması (histerektomiya) həyata kecirilir.Belə müdaxilə postmenopauzadan ilk 2 il sonra şişi kiçilməyən 40 yaşdan yuxarı qadınlarda onkopatoloqiyanın qarşısını almaq üçün aparılır.

Miomanın profilaktikası

Miomanın profilaktikasında əsas qayda xəstəliyin erkən diaqnostikası üçün müntəzəm olaraq həkim qəbulunda olmaqdır.Abort etmiş qadınların bu xəstəlikdən daha çox əziyyət çəkdiyi qeydə alınıb.Hormonal kontraseptivlər və miometriyanın hiperplaziyasının profilaktikası da əhəmiyyətlidir.

Sağlamlıq     Baxılıb: 5476   Tarix: 02 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

sade makiyaj sekilleri qis geyimləri 2026 yaz geyimleri 2026 dəri xəstəlikləri cennet almasindan murebbe məlhəmlər valideyn haqqinda kosmetika ikizler hesaplama uzeyir hacibeyli kökəlmək üçün intim munasibetler