ÜST dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikorların olduğunu elan etdi
Dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikor qazanılıb.
Publika.az xəbər verir ki, bu barədə ÜST-ün baş tədqiqatçısı Sumiya Svaminatan danışıb.
Onun sözlərinə görə, kütləvi immunitetə çatmağın yeganə yolu peyvənddir. Dünya Səhiyyə Təşkilatının Tvitter hesabında yayımlanan müsahibə zamanı Svaminatan bildirib ki, ÜST dünyanın müxtəlif şəhərlərində infeksiya ocaqları ilə bağlı araşdırmaları izləyir. Araşdırmaların bəziləri göstərir ki, təxminən yarısında antikor var.
"Təxminən 500 araşdırma aparılıb. Ümumiləşdirsək, dünya əhalisinin 10 faizinin bu virusa qarşı antikorları olduğunu demək olar. Eyni zamanda, əhalinin sıx olduğu bir sıra bölgələrdə cəmiyyətin antikor səviyyəsi 50-60% -ə çatıb. Bu bölgələrin sakinlərinə səyahət barədə xəbərdarlıq edilib, çünki kütləvi immuniteti aşağı olan ölkələrin sakinlərini yoluxdura bilərlər", - o, bildirib.
Alim vurğulayıb ki, yer üzündə kifayət qədər insanda antikor yaranana qədər kovidin yayılmasına qarşı mübarizə üçün bütün təhlükəsizlik qaydalarına riayət edilməlidir.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir