Üz dərisini gözəlləşdirən zəncəfil maskaları

Üz dərisini gözəlləşdirən zəncəfil maskalarıZəncəfil dərinin qocalması ilə mübarizə aparır, dərini bərpa edir, tonuslaşdırır, təmizləyir, dərinin rəngini yaxşılaşdırır.

Zəncəfil müxtəlif dəri tipləri üçün olan maskaların tərkibində istifadə olunur.

1. Klassik zəncəfil maskası

Zəncəfil kökünün kiçik hissəsini (2-3 sm) blenderdə əzin, 1 xörək qaşığı zeytun yağı əlavə edin, qarışdırın və üz dərisinə çəkin. 15-20 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun.

2. Həssas dəri üçün zəncəfil maskası

Zəncəfil kökü (2 sm), 1 çay qaşığı limon şirəsi, 1 xörək qaşığı bal blenderdə qarışdırın. Bu qarışıq 2 saat ərzində soyuducuda saxlanılmalıdır. Sonra maskanı təmiz üz dərisinə çəkin və
15-20 dəqiqədən sonra ilıq su ilə yuyun.

3. İltihabəleyhinə zəncəfil maskası

Zəncəfil kökü (2 sm), portağal şirəsi, 1 xörək qaşığı bal və 1 xörək qaşığı qatıq blenderdə qarışdırın və təmiz üz dərisinə çəkib 15-20 dəqiqədən sonra üzünüzü yuyun.

4. Cavanlaşdırıcı zəncəfil maskası

- Zəncəfil kökü (3 sm), 1 dəstə nanə, 1 çay qaşığı bal və 1/3 banan blenderdə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyun.

- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil, 1 çay qaşığı balla, 1 çay qaşığı limon şirəsi ilə, 1 xörək qaşığı xama ilə, 1 kapsul E vitamini ilə qarışdırılır, təmiz üz dərisinə çəkilir. 20
dəqiqədən sonra ilıq su ilə yuyulur.

5. Tonuslaşdırıcı maska zəncəfillə

1 xörək qaşığı zəncəfil kökü 1 xörək qaşığı balla qarışdırılır və üz dərisinə çəkilir. Üzünüzü 20 dəqiqədən sonra təmiz su ilə yuyun.

6. Ağardıcı maska zəncəfillə

Zəncəfil, qızılgül, badam, qreypfrut efir yağları (hərəsindən 3-4 damcı) 2 xörək qaşığı xama ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra ilıq su ilə yuyulur.
saglamolun.az

Gözəllik və Moda     Baxılıb: 4289   Tarix: 31 mart 2016
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

Baxımlı qadın görüntüsü yaradan 10 sadə detal

Baxımlı görünmək hər zaman bahalı geyimlər, çoxsaylı kosmetik vasitələr və ya hər gün gözəllik salonuna getmək demək deyil. Bəzən qadının ümumi görünüşünü dəyişən çox kiçik detallar olur. Təmiz və səliqəli saç, baxımlı əllər

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

turlar.az

geyim şəkilləri toy makiyajlari adlarin menasi çanta ayaqqabı balqabaq yagi soyuqdəymədən necə qorunmalı süni qidalar kosmetika novruz bayramı öpüşme baliq birlik haxışda