Üzdəki qara nöqtələrə qarşı limon suyu və qatıq maskası

Üzdəki qara nöqtələrə qarşı limon suyu və qatıq maskasıDermatoloqlara görə çox məsaməli və yaxşı təmizlənməmiş dəriləri qara nöqtələr üçün qaçınılmaz bir problem olaraq qəbul etmək olar. Həmçinin mütəxəssislər bu qara nöqtələrin yaranmasının qarşısının alına biləcəyinin mümkün olduğunu da bildirməkdədir. Dərialtı vəzilərin ifraz etdiyi yağ və müxtəlif maddələr dərinin xarici təbəqəsinin qidalanması üçün faydalıdır. Dəridə olan məsamələr isə bu ifrazat üçün kanal təşkil etdiyindən dərinin allergiya və ətraf mühitin kirliliyindən qorunmasına və qidalanmasına köməkçi olurlar. Bədəndə olan bu məsamələr insan sağlamlığı üçün olduqca önəmlidir. Əgər bu məsamələr olmasa idi, bədənimizdə olan yağlar dərinin altında qalar və kistlərin yaranmasına səbəb olardı. Bu da infeksiyaların yaranmasına gətirib çıxara bilərdi. Ancaq çox məsaməli dərilərdə bədən və üz dərisinin təmizliyinə diqqət edilmədikdə qara nöqtələr əmələ gələ bilər. Davamlı qulluq və görünüş baxımından bu qara nöqtələrin tez-tez təmizlənməsi vacibdir. Qara nöqtələrin aradan qaldırılması və təmizlənməsində təbii üsullar istifadə etmək lazımdır. Çünki həkimlərin məsləhəti olmadan istifadə ediləcək dərman və kosmetik vasitələr bədən sağlamlığı baxımından zərərli ola bilər. Qara nöqtələrin təmizlənməsində və yaranmış pis görünüşün aradan qaldırılmasında ən təsirli və asan üsul limon suyu ilə qatıq qarışığının üzə və dəriyə çəkilməsidir. 1 kasa qatıq və bir qədər limon suyu ilə olduqca gözəl və qara nöqtələrdən təmizlənmiş bir dəriyə sahib ola biləcək, həmçinin pis görünüşə səbəb olan sızanaq və potensial ləkələrdən qurtulacaqsınız. Bu qarışığı hazırlamaq isə həm asan həm də ucuzdur.

Hazırlanma və istifadəsi:
Bir kasa qatıq və bir qədər limonun suyu ilə maska hazırlanır. Gözlərə təmas etməyəcək şəkildə üzünüzə çəkilir. 15 dəqiqə gözlədikdən sonra üzünüzdə qurumuş bu maskanı suyun köməyi ilə təmizləyin. Bunun sayəsində asanlıqla qara nöqtələrdəm qurtulmuş olacaqsınız. Bu maskanın tərkibində olan limon suyu dərini dezinfesiya edir, qurudur və qara nöqtələrin itməsinə yardım edir. Qatıq isə dərini qidalandıraraq nəmləndirir və yağ miqdarını nizama salır. Bu maskanı həftədə bir dəfə istifadə edərək təbii və zərərsiz bir şəkildə təmiz bir dəriyə, baxımlı və sağlam bir üzə sahib ola bilərsiniz.
qadinlar.biz

Gözəllik və Moda     Baxılıb: 12654   Tarix: 03 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Qədim dövrlərdən bu günə kimi gələn GÖZƏLLİK SİRLƏRİ

Qadınların üz dərilərinə qulluq etməsi təkcə müasir dövrdə yox, ta qədim zamanlarda da olub. Həmin vaxtlar da xanımlar müxtəliv bitkilər və digər təbii vasitələrlə dərilərinə qulluq ediblər. Belə ki, gül suyu ən çox üstünlü

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

turlar.az

geyim şəkilləri toy makiyajlari adlarin menasi çanta ayaqqabı balqabaq yagi soyuqdəymədən necə qorunmalı süni qidalar kosmetika novruz bayramı öpüşme baliq birlik haxışda