Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?

Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən COVID-19-la mübarizə işçi qrupunun üzvü Günay Quluzadə vaksinasiya ilə bağlı müsahibə verib. Milli.Az e-tibb.az-a istinadən müsahibəni təqdim edir: 
- Azərbaycanda vaksinasiya prosesi artıq başlayıb. Peyvəndlənmə hansı mərhələlərlə həyata keçiriləcək?
- İlkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks epidemik tədbirlərə cəlb olunan heyət peyvənd olunacaq.
İkinci mərhələdə tibbi cəhətdən yüksək riskli olanlar-tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar, 50 yaşdan yuxarı olan və ən azı bir xroniki xəstəlikdən əziyyət çəkənlər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, "ASAN xidmət", "DOST" mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər, yüksəkriskli şəraitli işlərdə çalışan şəxslər-cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksəkriskli sahələrdə çalışan-milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s. sahələrində çalışanlar peyvəndlənəcəklər.
- COVID-19 peyvəndi hansı şəraitdə saxlanılmalıdır?
- Peyvəndlər temperatur və zərbə kimi, ola biləcək kənar təsirlər hesablanaraq paketlənir. Bu səbəbdən peyvənd ampulaları istiliyə davamlı şüşələrdən seçilir. Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünündə saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir.
Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcə Selsidə 3 ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki klinik sınaq nəticələrinə əsasən onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "Sinovac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır: "Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb tətbiq edək.
- COVID-19-a yoluxub sağalmış insanlara peyvənd vurulacaqmı?
- Xəstəliyə yoluxub sağalmış insanların yaranmış anticismləri uzun müddət yaşama qabiliyyətinə malik deyil. Yaranmış anticismlər xəstəliyi keçirən insanların orqanizmində eyni müddətdə qalmır. Anticisimlərin yaşama müddəti xəstəliyi keçirmə ağırlığından asılıdır. Bu səbəbdən peyvəndlər daha güclü immunsistemi yaradacaq və vaksinasiya hər kəs üçün daha güvənli yol kimi nəzərdə tutulur.
- Vaksinasiyadan keçmiş insanlar maska taxmağa davam edəcəkmi?
- Peyvənd olunduqdan sonra da maska və sosial məsafə qaydaları öz qüvvəsində qalmağa davam edəcək. Çünki vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər. Yoluxmamaq və virusu yaymamaq üçün gigiyena qaydalarına bir müddət daha əməl olunacaq.
- COVID-19 peyvəndi ilə birlikdə həyat normala dönəcəkmi ?
- COVID-19 peyvəndi pandemiya ilə mübarizədə çox önəmli təsirə malikdir, ancaq normal həyata dönüş üçün biraz daha zamana ehtiyac olacaq. Çünki tam güvənli şəkildə normal həyatımıza qayıdış, nə qədər insanın peyvənd olunub immunitet qazanacağına bağlıdır. Bu, zaman tələb edən bir dövrdür. Bu səbəbdən də maska və sosial məsafə qaydalarına müəyyan müddət riayət etməli olacağıq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1436   Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati