Virus ziyilləri

Virus ziyilləriVirus ziyilləri (verrucae) - insan papilloması virusu (İPV) ilə törənən və epidermal yenitörəmələrin əmələ gəlməsi ilə xarakterizə olunan dəri və selikli qişaların xoşxassəli proliferativ xəstəliyidir.
Xəstəliyin törədicisi olan insan papilloması virusu (İPV) papavavirus fəsiləsindən olan DNK-tərkibli viruslara aiddir. Virus kontakt-məişət yolu, epitelial toxumanın zədələnmiş yerlərində auto- və ya heteroinokulyasiya yolu ilə ötürülür. İPV-na yoluxma riski bir neçə amillərdən asılıdır, o cümlədən zədələnmə ocaqlarının zədələnməsi, İPV-nun miqdar göstəricisindən (virus yükü), infeksiya ilə təmas dərəcəsi və xarakterindən, ümumi və lokal immun statusunun vəziyyətindən asılıdır. Mikrotravmalar, dəri və selikli qişaların iltihab prosesləri yoluxmaya şərait yaradır.
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, bazal qatın hüceyrələrində virus uzun müddət latent vəziyyətdə qala bilər. Münasib faktorlar mövcud olduqda epiteliumda papilloma viruslarının replikasiyası prosesi başlayır ki, bu da hüceyrələrin differensiasiyasını pozur və morfoloji dəyişmiş toxumaların formalaşmasına səbəb olur.
İnsan papilloması virusları toxuma spesifikliyinə malikdir, yəni müəyyən İPV tipləri lokalizasiyasına uyğun toxumanı zədələyir. Adətən, 1,2 və 4 tipli İPV ayaq altlığı ziyillərində aşkar olunur, 2,4,26,27,29, 57 tipləri vulqar ziyillərdə, 3,10,28,49 tipli viruslar yastı ziyillərdə, 7 tipli viruslar - "qəssablar" ziyillərində, 13 və 32 tipli İPV-ı fokal epitelial hiperplaziyada, 5,8,9,10,12,15,19,36 tipli viruslar verrusiform epidermodisplaziyalarda, 60 tipli İPV - kistoz ziyillərdə aşkar olunur.
Təsnifat
Klinik əlamətlərdən asılı olaraq, xəstəliyin aşağıdakı növləri ayrılır:
1. Vulqar ziyillər
2. Ovuc-altlıq ziyilləri
3. Mozaik ziyillər
4. Kistoz ziyillər
5. Yastı ziyillər
6. Sapaoxşar ziyillər
7. "Qəssablar" ziyilləri
8. Fokal epitelial hiperplaziya
9. Verrusiform epidermodisplaziya
Simptomlar və əlamətlər
Vulqar ziyillər - 02,-0,5 sm diametrli çoxsaylı ağrısız papulalar, papillomatoz artmalarla örtülmüş, əsasən, əl darağının və pəncələrin arxa səthində lokalizasiya olunur.
Ovuc-altlıq ziyilləri - bərk ağrılı girdə papula və düyünlər, əsasən, ovuc səthində və pəncələrin altlıq dərisində dəyişməmiş dəri ilə bir səviyyədə lokalizasiya olunur, dənəvəri səthi var, hiperkeratik qatlarla örtülüb, törəmələrin mərkəzində bəzən tromblaşmış kapilyarların qara-qəhvəyi nöqtələri müşahidə olunur və bu nöqtələrin zədələnməsi qanaxmaya səbəb olur.
Mozaik ziyillər - ovucların və ayaqaltı dərisinin üzərində yerləşən diffuz hiperkeratoz ocaqları, dərin çatlar ilə müşayiət olunur.
Kistoz ziyillər - yumşaq düyün şəklində əmələ gələn törəmələrin üzərində hiperkeratoz və çatlar müşahidə olunur, üstü açıldıqda ağ-sarımtıl kəsmiyəoxşar möhtəviyyat aşkar olunur; pəncə altının basan səthində yerləşirlər.
Yastı ziyillər - normal dəri rəngli çoxsaylı xırda papulalar, əsasən, əl darağı, bazuönü, sifət və selikli qişalarda lokalizasiya olunur.
Sapaoxşar ziyillər - nazik buynuz çıxıntılar, adətən, ağız, burun və göz ətrafında yerləşir.
"Qəssablar" ziyilləri - normal dəri rəngli hipertrofik ziyil artmaları gül kələmini xatırladır, əl darağı və barmaqların arxa hissəsində lokalizasiya olunur, ət ilə peşəkar təmasda olan adamlarda əmələ gəlir.
Fokal epitelial hiperplaziya - çoxsaylı açıq-çəhrayı günbəzşəkilli papulalar düyünlərə birləşir və ağız boşluğu, diş əti və dilin selikli qişasına keçməklə dodaqların qırmızı haşiyəsində lokalizasiya olunur, yalnız hind mənşəli insanlarda rast gəlinir.
Müalicə
Virus ziyillərinin aparıcı müalicə yanaşması destruktiv terapiyadır. Virus ziyilləri azot, sirkə, oksalat turşuları kombinasiyası və mis nitratı trihidratı ilə destruksiya edilir. Ziyillər dəridə yerləşən ocaqlar saralanadək və ya selikli qişalarda yerləşən ocaqlar ağaranadək, sağlam toxumalara toxunmamaq şərti ilə işlənilir. Bərabər sarı və ağ rəngin yaranması ziyillərin yetərincə işlənilməsinə dəlalət edir və törəmənin sonradan mumifikasiyasına zəmanət verir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1127   Tarix: 02 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb