Virusa yoluxub sağalanlarda qoruyucu immunitet nə qədər davam edir?
Koronavirus infeksiyası keçirmiş insanlarda bu xəstəliyə qarşı aktiv toxunulmazlıq üç-beş ay davam edir.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun direktoru, akademik Vasiliy Akimkin ilkin araşdırma məlumatlarına istinadən bildirib ki, üçüncü aydan sonra Covid-19-dan sağalmışların toxunulmazlığı azalmağa başlayır.
O, elmi-tədqiqat institutunun, xəstələnmiş və izlənən çoxlu sayda işçisinin təcrübəsinə toxunub: "Xəstəlikdən qurtulduqdan sonra toxunulmazlıq üç-beş ay davam edir, sonra tədricən yox olmağa başlayır. Üçüncü aydan sonra da toxunulmazlıq səviyyəsində azalma görürük".
Epidemioloq tədqiqat institutunun əməkdaşları arasında təkrarlanan xəstəlik hallarının olmamasını toxunulmazlıqların hüceyrə səviyyəsində formalaşmasında görür. Eyni zamanda, V. Akimkin antikorların hansı səviyyədə qoruyucu olduğunu təyin etmək üçün əlavə araşdırmalara ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, peyvəndin vaxtını təyin etməyə kömək edəcək.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI