Vitamin və minerallarla zəngin qidalar

Vitamin və minerallarla zəngin qidalarVitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Həmin qida məhsullarına super qidalar da deyilir.
Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakına üstünlük verilməsi sağlamlıq üçün faydalıdır. Tədqiqatlar nəticəsində məlum olub ki, tərkibi antioksidant və flavonoidlərlə zəngin super qidalar ürək-damar və xərçəng xəstəliyinin qarşısını almağa, immun sistemin möhkəmləndirilməsinə, eləcə də iltihabı azaltmağa kömək edir. Həmçinin meyvə-tərəvəzin müntəzəm istehlakı həyat tərzi ilə əlaqədar olan bir çox xəstəliklərin inkişafı riskini aşağı salır. Yüksək qida dəyərinə sahib olduğundan bu tip məhsulların istehlakı üz, dırnaq və saçın sağlamlığının qorunmasında vacibdir. Super qidalar orqanizmin enerji ilə təmin olunmasında, həmçinin sağlam çəkinin qorunub saxlanmasında olduqca faydalıdır.
Mütəxəssislər ən yaxşı super qida məhsullarının gündəlik rasionda mövcud olmasını tövsiyə edirlər:
- Yaşıl yarpaqlı tərəvəzlər. Kələm, ispanaq, brokkoli, çuğundur yarpaqları, collard yarpaqları və digərləri ən çox istehlak olunan super qidalardandır. Həmin qidalar A, C, E, K və B qrup vitaminlərlə, eləcə də karotenoid, dəmir, maqnezium, kalium və kalsiumla zəngindir. Hətta bəzi kələm növləri (1 stəkan kələm suyu) insanın gündəlik tələbatını 680 faizə ekvivalent olan 550 mikroqram (mkq) K vitamini ilə təmin edir. Kələm və digər yarpaqlı tərəvəzlərin tərkibində lif və su çox olduğundan qəbizlik, həzm sisteminin bir sıra problemlərindən qorunmaq üçün onların müntəzəm istehlakı vacibdir.
- Giləmeyvələr. Çiyələk, böyürtkən, asai, qaragilə, quşüzümü, moruq, gilas, albalı, goji və s. ən yaxşı super qidalar sayılır. Qaragilənin tərkibi lif, manqan və K vitamini, goji giləmeyvəsi isə flavonoid, C və E vitaminləri ilə zəngindir. Həmin giləmeyvələrdən qaraciyər və böyrəklərin sağlamlığının qorunmasında, diabet və yüksək qan təzyiqinə qarşı Şərq təbabətində geniş istifadə olunur. Həmçinin flavonoidlərlə zəngin olması baxımından giləmeyvələr ürək xəstəliklərinə qarşı mübarizədə müsbət təsirə malikdir.
- Üzüm. Qırmızı üzümün qabığında bol olan polifenol tərkibli resveratrol ürək-damar sağlamlığı üçün faydalıdır. Araşdırmalara görə, resveratrol diabetik nefropatiya və retinopatiyanın profilaktikası zamanı çox effektli rol oynayır. Resveratrol Altsheymer xəstəliyi və əhval dəyişkənliyi zamanı, eləcə də qanda qlükozanın miqdarının artmasına da müsbət təsir edir. Qeyd edək ki, üzümün tərkibində olan querçetin flavonoidi ateroskleroz riskini aşağı salan təbii antiiltihab hesab edilir.
- Yumurta. Xolin, selenium, dəmir, fosfor daxil olmaqla bir çox qida maddələri, protein, A və B qrup vitaminlərlə zəngindir. Həmçinin yumurta gözün sağlamlığını qoruyan və görməni yaxşılaşdıran iki güclü antioksidant olan zeaksantin və lutein mənbəyidir. Tərkibində xolesterinin miqdarı yüksək olsa da, həftə ərzində 6-12 yumurtanın istehlakı tövsiyə edilir.
- Paxlalılar. Paxla, soya, mərci, noxud, yerfıstığı və s. müxtəlif qida maddələri ilə çox zəngindir. Qeyd edək ki, həmin qidaların müntəzəm istehlakı sağlam çəkinin qorunub saxlanmasında və doyma hissinin yaranmasında faydalıdır.
- Çərəzlər və toxumlar. Badam, qoz, fındıq, pekan, makadamia və digərləri, eləcə də günəbaxan, balqabaq, çia, kətan toxumu və s. ən çox istehlak edilən super qidalardandır. Çərəz və toxumların tərkibi lif və vegetarian zülallarla zəngindir. Həmin qidalar oksidləşdirici stresdən qoruyan antiiltihab və antioksidant xüsusiyyətə malikdir. Yüksək kaloriyə malik olsa da, çərəz və toxumlar balanslaşdırılmış pəhrizə əlavə edildikdə çəkinin itirilməsində effektivdir.
- Kefir. Tərkibi insan orqanizmi üçün zəruri sayılan zülal, kalsium, kalium, B qrupu vitaminləri və probiotiklərlə zəngin olan kefir fermentativ içkidir. Kefir kimi fermentləşdirilmiş, probiotiklə zəngin digər süd məhsulları da xolesterinin miqdarının azalması, qan təzyiqinin normal saxlanması, həzm prosesinin yaxşılaşdırılması zamanı iltihab əleyhinə təsirə və digər bir sıra faydaya malikdir.
- Sarımsaq manqan, C və B6 vitamini, selen və lif mənbəyidir. Xolesterini azaltmaqda, qan təzyiqini nizamlamaqda və immun sistemini möhkəmləndirməkdə çox faydalıdır.
- Qızılbalıq yüksək qida dəyərinə malikdir. Tərkibi faydalı yağlar, zülallar, B vitamini, kalium və seleniumla zəngindir. Həmçinin həmin balıq növü antiiltihab təsirli Omeqa-3 yağ turşularının mənbəyidir. Şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısının alınmasında, eləcə də sağlam çəkinin qorunub saxlanmasında balığın müntəzəm istehlakı tövsiyə olunur. Faydalı xüsusiyyətlərinin olmasına baxmayaraq, digər balıq növləri kimi qızılbalıq da mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit sayılır və sanitar göstəriciləri pozulduqda insan orqanizmi üçün təhlükə mənbəyinə çevrilir.
- Avokado vitamin və minerallar, lif və yağlar da daxil olmaqla bir sıra qida maddələri ilə zəngindir. Doymamış yağ ehtiva etdiyindən avokado xolesterinin səviyyəsini azaltmaqda çox faydalıdır. Həmçinin tərkibində olan oleik turşusu iltihabın azalmasına kömək edən doymamış yağdır.
- Şirin kartof bir çox qida maddələri, eləcə də kalium, lif, A və C vitaminləri ilə zəngin kökümsov bitkidir. Həmçinin antioksidant növü olan karotinoidlərin mənbəyidir. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını yüksəltmir. Hətta 2-ci tip şəkərli diabet xəstələrində qanda şəkərin səviyyəsini normaya salır.
Həmin qidaları balanslaşdırılmış rasiona əlavə etməklə, sağlamlığı qorumaq, xüsusən də xroniki xəstəliklərin qarşısını almaq olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1214   Tarix: 20 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

donlar 2026 kosmetik vasiteler geymler 2026 sarmisaqin faydasi sağlam ol qiz usagini acmaq kabablar kosmetika dostluq hekaye janri brusell bakteriyası naz mila sekis