XANIMLARA ÖZƏL: Dərini təmizləyən və parıldadan UCUZ VASİTƏ
Karbonat (çay sodası) bir çox dəri probleminin müalicəsində istifadə edilə bilər. Bu faydalı və ucuz vasitə dərini ölü hüceyrələrdən təmizləyir. Ölü hüceyrələrin dəri səthindən təmizlənməsi və yeni hüceyrələrin meydana gəlməsinə zəmin hazırlayır. Bu müddətdə dəri altındakı yeni hüceyrə inkişaflarına zərər vermir. Dərinizin parıldamasını istəyirsinizsə, Ailem.az-ın təqdim etdiyi müalicə üsullarını evdə sınaqdan keçirin.
Karbonat və su
Karbonat üzdə olan ölü hüceyrələri təmizləyir, kir və yağı aradan qaldıraraq aknelərin qarşısını alır, üzdəki tıxalı məsamələri açır. Bir az karbonat götürüb ilıq su ilə qarışdıraraq məcun halına gətirin, üzünüzə çəkin və yavaş-yavaş dairəvi hərəkətlərlə masaj edin. 15 dəqiqə sonra üzünüzü ilıq su ilə yuyun.
Karbonat və üyüdülmüş yulaf
Karbonat və üyüdülmüş yulaf birləşməsi güclü üz təmizləyicisi ola bilər. Yulafa bərabər miqdarda su və karbonat əlavə edin. Üyüdülmüş yulaf su-karbonat qarışığının təxminən 1/6-i qədər olmalıdır. Yüngül, dairəvi hərəkətlərlə qarışımı üzünüzə sürtün. Bu, üzünüzü ölü hüceyrələrdən təmizləyəcək və göz altı torbaları aradan qaldıracaq. Ancaq qarışımı göz altına çəkəndə ehtiyatlı olun ki, gözünüzə düşməsin. Sonda üzünüzü ilıq su ilə yuyun.
Karbonat və limon
Karbonat və limon qarışımı dərini ölü hüceyrələrdən təmizlədiyi kimi, yaşla əlaqəli ləkələri azaldıb yağlanmanın qarşısını alır. Bu qarışımı hazırlamaq üçün 2 yemək qaşığı soda və 2 xörək qaşığı qara şəkəri bir qaba tökün, üstünə çıxana qədər limon suyu tökün. Vəsaitləri yaxşıca qarışdırın, üzünüzü yuyun və qarışımı yaş dəriyə çəkin. 10 dəqiqə saxlayın, sonra üzünüzü ilıq su ilə yuyun.
Karbonat və kakos yağı
Karbonat və kakos yağı qarışımı dərini eyni anda həm ölü hüceyrələrdən təmizləyəcək, həm də nəmləndirəcək. Bu qarışım quru və iltihablı dərilər üçün idealdır. Bərabər miqdarda karbonat və kakos yağı ilə asanlıqla hazırlana bilər. Dəriniz həssasdırsa, kakos yağının miqdarını iki dəfə artırın.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?