Xayanın xərçəngi - kişilər üçün!

Xayanın xərçəngi - kişilər üçün!Xayanın xərçəngi - az təsadüf edilsə də, çox ağır xəstəlikdir. Xəstəlik 20-40 yaşında olan kişilərdə təsadüf edilir və bəzi hallarda tez bir zamanda böyrəklərə, ağ ciyərlərə, qara ciyərə metastazlar verir. Belə hesab edirlər ki, 40 yaşından sonra xəstəliyə çox tək-tək hallarda rast gəlinir.

Statistik məlumatlara əsasən, son illər ərzində xəstəliyə tutulma hallarının artması qeyd edilməkdədir.

Alimlər xəstəliyin inkişaf etməsinin əsas səbəbinin irsiyyət olduğunu qeyd edirlər. Xaya xərçənginin inkişaf etməsi üçün əsas təhlükə faktorlarından biri də kriptorxizmdir (xayaların qarın boşluğundan xayalığa enməməsi). Bətndaxili inkişaf dövründə xayalar xayalığa enirlər. Yəni uşaq doğularkən xayalar artıq xayalıqda yerləşmiş olmalıdırlar. Doğularkən bu, baş verməmişdirsə, hələ bir il müddətində xayaların öz-özünə xayalığa enməsi baş verə bilər. Bir yaşından sonra isə artıq bunun baş verməsi mümkün olmur. Bu zaman xayalar ancaq cərrahi müdaxilə aparılmaqla xayalığa endirilə bilərlər. Qarın boşluğunda hərarətin xayalıqda olan hərarətdən artıq olması xayalarda şişin əmələ gəlməsinə təkan verir. Xayaların qarın boşluğunda qalması nə qədər uzun müddət olarsa, bu uşaqda gələcəkdə xaya xərçənginin yaranma təhlükəsi də bir o qədər yüksək olur.

Xayada ilk şiş hüceyrəsinin əmələ gəlməsindən şişin özünü kliniki əlamətlərlə büruzə verməsinə qədər olan dövr 7 ildən artıq bir vaxt təşkil edir. Ancaq bundan sonra şiş daha sürətlə artmağa başlayır və 6 ay – 1 il ərzində böyük ölçülərə çatmış olur. Buna görə də,özünün xayalıq nahiyəsində - xaya ölçüsünün artması, onun qeyri-adi konsistensiyası, qeyri-həmcinsliyi (müxtəlif tərkibliliyi), bərkimə sahələri, xayalıqda ağırlıq hissiyyatı aşkar edən kişilər mümkün qədər tez bir zamanda həkimə müraciət etməlidir!

Yadda saxlamaq lazımdır ki, xaya şişi ağrı hissiyyatı vermir! Ancaq özünün xayalıq nahiyəsində hər hansı bir dəyişiklik aşkar etdikdə əvvəlcədən vahiməyə düşmək lazım deyil. Çünki xayanın xərçəng xəstəliyini xaya hidropsu, xaya kistaları və digər xəstəliklərlə qarışdırmaq olar.

Diaqnozun təsdiq edilməsi üçün həkim xayaları diqqətlə müayinə edir, USM, qanın spesifik markerlərə (alfa-fetoprotein, xorionik qonadotropin) müayinəsi və digər müayinələri təyin edir.

Bəs xayanın xərçənginin müalicəsi necə aparılır?

Xəstəliyin müalicəsi ancaq cərrahi yolladır. Şişin bədxassəli olması təsdiq olunandan sonra zədələnmiş xaya cərrahi yolla xaric edilir. Xoşbəxtlikdən əksər hallarda xayanın xərçəngi şüa terapiyası ilə və müasir kimyəvi preparatlarla müalicə üsullarına yaxşı tabe olur. Əksər hallarda bir xaya xaric edildikdən sonra digər xaya saxlandığına görə kişilərdə seksual funksiyalar da saxlanmış olur.

Sağlamlıq     Baxılıb: 7239   Tarix: 19 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

qadın geyimi donlar 2026 qadin dunyasi qadın xəyanət saç kəsimləri 2026 doğuş aşıqlar kosmetika atalar sozleri turpun nağlı terezi arxadan olmaq veten seirleri