Xərçəngdən daha təhlükəli 5 ölümcül xəstəlik
Həkimlər onkoloji xəstəliklərdən daha qorxulu beş ölümcül xəstəliyin adını açıqlayıb.
Publika.az saglamolun.az-a istinadən bildirir ki, bədxassəli şişlər belə bəzən erkən diaqnoz zamanı müalicə olunur, amma bəzi xəstəliklər var ki, insan üçün bir şans belə saxlamır.
Bunlardan biri Creutzfeldt - Jakob və ya "dəli inək" xəstəliyidir. Xəstəlik beyin və onurğa beyninə, sinir uclarına təsir edərək onları tədricən məhv edir. Bu xəstəlik nəticəsində xəstə həyat üçün vacib olan duyğulardan məhrum olur.
İkinci yerdə ölümcül yuxusuzluq gəlir. Bu, 7 aydan 3 ilə qədər davam edən, insanı tədricən öldürən, hallüsinasya və panik-ataklarla müşahidə olunan irsi xəstəlikdir.
Növbəti yerə həkimlər vəhşi heyvanların dişləməsi nəticəsində orqanizmə yaradan daxil olan infeksiya nəticəsində yaranan quduzluğu qoyur. İnkubasiya müddəti bir neçə gündən üç aya qədər davam edir.
"Federal Xəbər Agentliyi" bildirir ki, iki həftə ərzində quduza yoluxmuş şəxs peyvənd olunmazsa, quduzluq müalicəolumaz mərhələyə keçir və xəstə ürək iflici, ya da nəfəs darlığından ölür.
Digər ölümcül xəstəlik Marburg hemorraq qızdırmasıdır ki, başqa adı "yaşıl meymun xəstəliyi"dir. İnfeksiya bədənə açıq yara və selikli qişa vasitəsilə daxil olur. Xəstənin temperaturu kəskin şəkildə yüksəlir, bir neçə gün sonra qarnı ağrıyır və ikinci həftədə xəstə infeksiyadan, toksik şokdan ölür.
"Top 5-liy"i irsi "proqressiv fibrodisplaziya" xəstəliyi bağlayır ki, onun da nəticəsində əzələlərin, bağların və vətərlərin sümükləşməsi baş verir. Zaman keçdikcə sümükləşmələr dəri üzərindən də görünməyə başlayır və nə əməliyyat, nə də müalicə nəticə verir. /publika.az









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?