Yan amiotrofik skleroz

Yan amiotrofik sklerozYan amiotrofik skleroz sinir sisteminin xroniki ikişaf edən xəstəliyi olub, baş beyin və onurğa beyni hərəki neyronlarının zədələnməsi, kök-onurğa beyni və kök-nüvə liflərinin degenerasiyası ilə xarakterizə olunur. Xəstəlik zamanı ətrafların və gövdə əzələlərinin periferik iflici, həmçinin üçlü, dil-udlaq, azan və dilaltı sinirlərin hərəki funksiyalarında pozulmalar baş verir.
PATOGENEZİ: Xəstəliyin etiologiyası müasir günümüzədək öyrənilməmişdir. Xəstəliyin visrus səbəbindən baş verməsi və ləng infeksiya tipi üzrə gedişi güman edilir. Yan amiotrofik sklerozlu xəstələrdə bir sıra autoimmun pozulmaların aşkar edilməsi proqresin virus mənşəli olmasını sübut edir.
PATOLOGİYASI: Xəstəlik zamanı morfoloji dəyişikliklər əsasən onurğa beynin ön buynuzlarında və yan kanallarında baş verir. Onurğa beynin ön buynuzlarında mikroskopik olaraq neyronlarda degenerativ dəyişikliklər, onların tələf olması aşkar edilir. Adətən beyin kötüyündə bəzi kəllə sinirlərinin hərəki nüvələri zədələnir. Bu sinirlərin zədələnməsi ilə də beyin yarımkürələrinin qabığının hərəki hüceyrələrindən tutmuş bütün uzunluğu boyunca zədələnir.
KLİNİKASI: Mərkəzi və periferik neyronlar zədələnir. Xəstəliyin başlanğıcında əlin distal əzələllərinin atrofiyası, parezi, fassikulyasiyası daha tez-tez baş verir. Parez və atrofiyalar tədricən inkişaf edərək çiyin qurşağını, beli, döş qəfəsini əhatə edir, adətən simmetrik olur.
İflic olmuş ətraflarda əzələ tonusu yüksələ bilir, əgər periferik parez əlamətləri daha çox müşahidə edilərsə, onda əzələ tonusu aşağı olur.
GEDİŞİ: Xəstəlik daha çox 50-60 yaşlı adamlarda baş verir, sürətlə inkişaf edir. Əgər proses bel büzdüm forması ilə başlayarsa xəstəlik sonralar inkişaf edərək yuxarı kürək hissəyə doğru artmağa başlayır.
DİAQNOZU: Diaqnoz çanaq üzvlərinin funksiya pozulmalarına, mərkəzi və periferik parez əlamətlərinin müşahidə edilməsinə və xəstəliyin sürətlə inkişaf etməsinə əsaslanaraq qoyulur.
MÜALİCƏSİ: Simptomatik müalicə aparılır. Metobolik preparatlar, B qrup vitaminlər, E vitamini, ATF, nootropil, serebrolizin təyin edilir. Xəstəyə hormon müalicəsi aparılır. Müalicə ildə bir neçə dəfə aparılır.
Xəsətliyin proqnozu ümidverici deyil, davametmə müddəti 2-10 ildir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1053   Tarix: 04 fevral 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Diabet riski yüksək olan qan qrupu açıqlandı

Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub. xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu

.

Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda

Modern həyatın sürətli tempi bir çox insanın keyfiyyətli yuxu almasına mane olur. Bir çox insan bu problemin həllini yan təsirləri ola bilən sintetik yuxu dərmanlarında axtarır. Son illərdə isə sağlamlıq dünyası bu problemi

.

Keyfiyyətli kərə yağı necə seçilir?

İlk baxışda kərə yağı seçmək çox sadə görünür. Lakin praktikada "kərə yağı" adı ilə satılan məhsullar keyfiyyət baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənə bilər. Bəzi istehsalçılar daha ucuz xammalda

.

Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin

Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər

Nevroloq Rüstəm Qayfutdinov bildirib ki, smartfonlara vurulan bəzi şüşə ekran qoruyucuları görmə sahəsini məhdudlaşdıraraq göz və baş ağrılarına səbəb ola bilər. xəbər verir ki, mütəxəssisin sözlərinə görə, belə qoruyucularl

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

.

Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir

Sağlam bədən quruluşu və inkişaf üçün lazım olan protein ehtiyacının ödənilməsində bitki mənşəli qidalar ön plana çıxır. Mütəxəssislər yaşıl mərcinin heyvani protein mənbələrinə güclü bir alternativ olduğunu bildirirlər

.

Tahinin əsas faydaları

Tahin küncüt toxumlarından əldə edilən, həm dadlı, həm də olduqca faydalı bir qidadır. xəbər verir ki, Medicana Sağlamlıq Qrupu tərəfindən hazırlanan məlumatlara əsasən, tahinin faydaları və gecə istifadəsi haqqında əsa

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar qaşların formalari seksual qadinlar zeytun yağının faydaları sudun terkibi burcler 2026 kosmetika burclerin uygunlugu heyati novruz bayrami məsəllər cinsi