Yarım saat sekslə məşğul olmaq... – Bunları bilirsiniz?

Yarım saat sekslə məşğul olmaq... – Bunları bilirsiniz?Daimi seksin sağlamlıq baxımından da çox faydalı olması artıq məlumdur.

Seks ilk baxışdan sevişmənin və toxunmanın verdiyi həzzə köklənmək, həzz alıb, həzz verə bilmə, ruhu və bədəni paylaşa bilmə, nə olursa olsun boşalmaq istəyi baxımından az qala insan bədənlərinin sənəti olan və insan həyatının ayrılmaz bir parçasıdır. Bununla yanaşı, seksin sağlamlıq baxımından da əhəmiyyətli faydaları hədsizdir. Türkiyəli həkim-mütəxəssis Cem Keçə nizamlı seksin təəccübləndirən 15 faydasını açıqlayıb. Aile.lent.az bu faydaları təqdim edir.

1. İmmunitet sistemini gücləndirir

Daimi seks, immunoqlobin A başda olmaqla, bədəninizin mikrob, virus və bakteriyalarla mübarizə aparmaq üçün istifadə etdiyi antikorların daha çox ifrazını təmin edərək, immunitet sisteminin güclənməsinə köməkçi olur.

2. İnfarkt riskini azaldır

Daimi seks ürəyin dostudur. Seks ürəyin ritmini artırmaq üçün ən gözəl yoldur. Eyni zamanda estrogen və testosteron hormonlarının səviyyəsinin tarazlıq saxlayaraq ürək sağlamlığına da kömək edir. Çünki bu hormonların azlığı və ya çoxluğu infarkt riskini meydana gətirən faktorlar arasındadır.

3. İflic riskini azaldır

Seks bədəndə qan dövranının sürətlənməsini və qan təzyiqinin düşməsini təmin edir. Daimi seks həyatı yüksək təzyiqin qarşısını alır və beləliklə də, iflic riskinin azalmasına kömək edər.

4. Ağrıları azaldır

Seks zamanı ifraz olunan oksitosin və endorfin hormonunun ifraz edilməsi ağrıların azalmasına kömək edir. Sevgi hormonu olaraq tanınan oksitosin həmçinin, yaraların sağalması və yaxşılaşmasını sürətləndirən təsirə də malikdir.

5. Qadınlarda sidiyə nəzarət

Daimi seks eşq əzələləri adı verilən pelvik döşəmə əzələləri üçün məşqlər funksiyasını yerinə yetirir. Bu isə qadınlarda sidik kisəsinə nəzarəti və onun idarə edilməsini gücləndirir. Qadınlarda xüsusilə menopauza dövründə müşahidə edilən sidik kisəsi, uşaqlıq və bağırsaq pozğunluqlarının azalmasına kömək olur. Bundan başqa, vaginanın sulanması və elastikliyini artıraraq vagina quruluğunun qarşısını alır.

6. Dərini gözəlləşdirir, yaşlanmanın təsirlərini azaldır

Seks qan dövranını artıraraq dəri hüceyrələrinə daha çox oksigen daxil olmasını təmin edir. Bundan başqa, bədəndə kollagen istehsalının artmasına da qatqısı var. Buna görə də nizamlı seks nəticəsində dəridə ləkələr və sallanmalar kimi yaşlılıq təsirlərinin azaldığı, parlaq, sağlam və gənc görünüşlü bir dəriyə sahib ola bilərsiniz.

7. Çəki idarəsinə kömək olur

Daimi seks nizamlı məşq deməkdir. Seks zamanı 30 dəqiqədə təxminən 100 -150 kalori xərclənir. Daimi seks artıq çəkidən azad olmağa kömək edir. Təbii ki, seksdən sonra nələrsə yemək kalorilərin təkrar geri qayıtmasına şərait yaradır. Bundan başqa, seks zamanı bədəndəki çoxsaylı əzələlər məşq hərəkətləri təsiri verir. Nəticədə, nizamlı seks bədənin formada saxlanmasına kömək olur.

8. Xəyanətin qarşısını alır

Araşdırmalar zamanı sübut edilib ki, xəyanətin ilkin səbəblərindən biri də seks problemidir. Sağlam və xoşbəxt bir seks həyatı xəyanətin qarşısını alır və cütlüklərin bir-birini daha yaxşı tanımaları, hiss etmələrini artırır, mübahisələri azaldır.

9. Qadınlarda menstruasiya dövrünü nizamlayır

Daimi seks sayəsində nizamlı və tarazlıqda olan hormonlar qadınlarda menstruasiya dövrlərinin normal və ağrısız keçməsini təmin edir.

10. Cinsi orqanlarda xəstəliklərin yaranmasının qarşısını alır

Seks zamanı pelvis bölgəsində qan dövranının artması uşaqlıq, borular və yumurtalıqlar kimi bir çox cinsi orqanın sağlam olmasını təmin edir. Daimi seks cinsi orqanlarda xəstəliklərin meydana gəlməsinin qarşısını almaq gücünə malikdir. Araşdırmalar seksin xüsusilə kişilərdə prostat xərçəngi riskini azaltdığını da sübut edib.

11. Yuxu problemlərini aradan qaldırar

Seksdən sonra ifraz olunan hormonlar rahatlama və boşalmağı təmin edir. Bu isə bədən dərin yuxuya getməsini asanlaşdırır. Nizamlı seks yuxu problemlərinin həll edilməsi üçün ideal vasitədir.

12. Cinsi istəksizlik problemini həll edir

Seksdən sonra testosteron hormonun səviyyəsindəki artım libidonun yüksəlməsinə səbəb olur. Libidonun yüksəlməsi isə cinsi istəksizlik probleminin aradan qaldırılmasında əhəmiyyətli rol oynayar. Yəni seks, seksi gətirir.

13. Stressi azaldır

Müasir həyatın səbəb olduğu stresslərdən xilas olmanın ən yaxşı yolu seksdir. Nizamlı seks sayəsində gündəlik gərginlik və sıx iş qrafikinin, qayğıların yaratdığı təzyiq və stressdən xilas ola bilərsiniz.

14. Xoşbəxt edir

Seks zamanı yüksək miqdarda ifraz olunan və xoşbəxtlik hormonu adlandırılan endorfin sayəsində libido artır, yəni başqa cür desək, seks insanı xoşbəxt edir. Daimi seks cütlüklərin bir-birini xoşbəxt etmələrinə səbəb olur, bir-birlərinə qarşı eşq, güvən və bağlılıq duyğularını artırır və beləliklə də, yaşana biləcək problemlərin daha asan öhdəsindən gəlməyə imkan verir.

15. Özünə inamı artırır

Seks ilə cinsi və romantik doyuma çatmaq və tərəf müqabilinizin sizinlə birlikdə bu doyumu yaşamasını təmin etmiş olmağınız özünüzə inamı və güvəni artırır.

Maraqlı     Baxılıb: 6228   Tarix: 15 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

turlar.az

maskalar toy makiyaji sekilleri geyim seçimi gürcü mətbəxi seksi geyim bulka reseptləri qadinlar haqqinda maraqli melumatlar kosmetika naz mila xanım az penis novruz bayramına aid bakışta klitor