Yayda bunlara DİQQƏT! – Üzümüz…

Yayda bunlara DİQQƏT! – Üzümüz…Yayda üz dərimiz istinin, tozun təsirilə tez-tez yağlanır. Bu yağlanmanın qarşısını təbii üsullarla almağa çalışırıq. Çünki kimyəvi məhsullar isti yay günlərində üz dərsini daha da yağlandıra bilər.
Yağlı dərilər üçün olan üz maskaları dərini qurudub və təmizləməklə yanaşı, ona nəmlik də bəxş edir. Buna görə də, qızmar yay günlərində yağlı üz dərinizlə mübarizə aparmayasınız deyə sizə bir-birindən də yaxşı nəticə göstərəcək 5 ən yaxşı ev üsulu maskanı təqdim edirik.
Məsamələri daraltmaq üçün
Bu maska üçün sizə 1 ədəd yumurta və ¼ hissə limon lazımdır. Yumurtanın ağını çalın, üzərinə limonun suyunu sıxıb yenidən qarışdırın. Təmizlənmiş üzə bir qat bu qarışımı çəkin və qurumağını gözləyin. Quruduqdan sonra bir daha üzərindən maskanı çəkin, 15 dəqiqə qurumağını gözləyin. Və soyuq su ilə yuyun. Maskanın effektli olması üçün maskadan sonra üzünüzə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Təmizləyici maska
Bunun üçün sizə 1 ədəd yumurta ağı, 8-10 kapsul çayağacı yağı, 1 ç.q bal və yulaf əzməsi lazım olacaq. Bütün bunları qarışdırın və təmiz üz dərinizə çəkin. 15 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Bu maska sizin dərinizə quruluq təsiri bəxş edəcək.
Qidalandırıcı maska
Üz dərinizi nəmləndirib və qidalandırmaq üçün sizə əriklə meyvəli maska resepti kömək ola bilər. 1 ədəd əriyi blenderdən püre halına gələnə qədər keçirin, üzərinə 1 x.q. süd əlavə edin. Üz və boyun dərinizə çəkin, 10 dəqiqədən sonra soyuq su ilə yuyun.
Bir az quruluq bəxş edən maska
Əla nəticə üçün adi çörək mayası kifayətdir. 1 x.q. quru maya, 1 x.q. qatıq və 1 x.q. limon suyunu yaxşıca qarışdırın, təmiz üz dərinizə çəkin. 25 dəqiqədən saxladıqdan sonra soyuq su ilə yuyun. Maskadan sonra üzünüzü nəmləndirmək üçün dərinizə uyğun yüngül tərkibli nəmləndirici krem çəkin.
Yağlı parlaqlıqdan qurtulmaq üçün maska
Yağlı dəridən azad olmaq üçün ən yaxşı maska seçimlərindən biri sözsüz ki, gil maskalarıdır. Bu maskalar tıxanmış məsamələri açır, yağlı parıltını aradan götürür və sızanaqları qurudur. 1 ç.q. gili otaq istiliyində olan suda həll edin. Çalışın qatı kütlə alınsın. Alınan məhlulu üz və boyun dərinizə çəkin, 20-25 dəqiqə saxlayın, soyuq su ilə yuyun. Bu maskanı ağ ya da ki, mavi gildən etsəniz yaxşı olar. Gil ilə maskanı həftədə 2 dəfə edə bilərsiniz. /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2508   Tarix: 20 iyul 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?

Dolğun və hamar dodaqlar uzun illərdir gözəllik anlayışının əsas elementlərindən biri hesab olunur. Xüsusilə son illərdə daha həcmli dodaq görünüşünə marağın artması bir çox insanı inyeksiya və kosmetoloji prosedurlarda

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Dairəvi üzlü xanımlar üçün ən yaxşı saç kəsimləri

Dairəvi üz üçün ən uyğun saç kəsimləri hər zaman qadınların ən çox maraqlandığı mövzulardan biridir. Güzgüyə baxarkən yanaqların daha dolğun görünməsi bir çoxuna tanış hissdir və çoxları üz formasını daha uzunsov və zəri

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Makiyajda sizi 10 il qocalda biləcək SƏHVLƏR

Vizajist hər hansı bir üzü qocalda biləcək üç tipik makiyaj səhvini açıqlayıb. Makiyajda hansı səhvlərdən yaınmaq lazımdır. " saytının xarici mediaya istinadla xəbərinə görə, 4 milyondan çox "YouTube" izləyicis

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

qadın geyimi yaz geyimleri 2026 makiyaj etmek qaydalari ayaqqabı və çanta qəlyanaltılar dirnaq ucun maska soz ehtiyati artirmaq kosmetika gözəllik əqrəb sac modelleri bürclər qardasa aid haxistalar