Yaz ayları ilə birlikdə gələn "Boğaz ağrısı"

Yaz ayları ilə birlikdə gələn Qış fəslinin sonlarına yaxınlaşırıq. Qarşıdan yaz fəslinin gəlməsinə baxmayaraq, havalar hələ də soyuq keçir. Bir gün payız, bir gün qış, hətta bəzi günlərdə yaz havasını yaşayırıq. Təbiətin bu cür şıltaqlığı insan orqanizminə təsirsiz ötüşmür. Dəyişkən havalarda xəstəliklərin yayılma riski böyüyür.
Mövsüm dəyişikliyi ilə əlaqədar insanların qida rasionuna və geyim tərzinə diqqət etməməmələri müxtəlif xəstəliklərlə nəticələnir. İnsanların ən böyük problemi geyimlərini düzgün seçməməsidir: "Səhər soyuq olur, günorta isti və yaxuddakı səhər gün çıxır, axşama doğru hava dəyişir. Mövcud şəraitə uyğun geyimə mütləq diqqət etmək lazımdır. Soyuqdəymə xəstləliklərinin fəallaşmasına səbəb, yuxarı tənəffüs yollarında 15-ə yaxın mikrorqanizmlərin olmasıdır. Məsələn, adenoviruslar, rinoviruslar, bakteriyalar, metobakteriyalar və s.
Bu bakteriyaların fəallaşmasında boğaz ağrıları və digər əlamətlər baş qaldırır. İnsanların bir çoxu bunu qrip adlandırır, əslində bu qrip deyil. Bunlar hamısı soyuqdəymə xəstəliklərinin fəsadlarıdır.
Soyuqdəymə boğaz ağrısından başlayır. Müxtəlif səbəblərə görə inkişaf edə bilsə də, boğaz ağrısının ən çox yayılmış səbəbi infeksiyalardır. Zaman-zaman yalnız boğazı və ya tənəffüs yollarının digər orqanlarını tutaraq meydana gələn infeksiyalarda ağrı ilə yanaşı, udma çətinliyi, öskürək, boğazda qaşınma və quru boğaz kimi simptomlar da müşahidə oluna bilər.
Son vaxtlar daha çox yayılan boğaz ağrısı və öskürək adamın lap zəhləsini tökür. Öskürək başladımı, dayanmaq bilmir. Yolda, küçədə, ictimai nəqliyyatda, işdə istəsək də, istəməsək də, öskürək və asqıraqlarımızla insanların diqqətini çəkirik. "Sağlam ol" duası isə nə öskürəyi kəsir, nə də ki, sağalmağa kömək edir... Bəs özümüzü xəstəliklərdən necə qoruya bilərik?
Boğaz ağrısı və öskürəyi azaltmaq FonSEPT sorma pastillərindən istifadə etmək lazımdır. FonSEPT yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması) simptomatik müalicəsi və boğaz ağrıları zamanı istifadə olunan preparatdır. FonSEPT bitki tərkibli sorma tabletlərin 4 növü var:
FonSEPT portağal tamlı sorma tablet (biyan kökü, vitamin C və sink)
FonSEPT naringi tamlı sorma tablet (zəncəfil, zərdəçal və ardıc)
FonSEPT nanə tamlı sorma tablet (evkalipt, mentol və nanə)
FonSEPT limon tamlı sorma teblet (exinaseya, bal və propolis)
FonSEPT limon tamlı sorma tabletin tərkibinə  exinaseya, bal və propolis daxildir.
Yuxarı tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan bitki ekineziyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut olunmuşdur. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur.
FonSEPT nanə tamlı sorma tabletin tərkibi evkalipt, mentol və nanədir. Evkalipt antiseptik, mikrobəleyhinə - bakterisid, virusəleyhinə, fungisid, antiprotozoy təsirə malik olub, onların tənəffüs yollarında artıb çoxalmasının qarşısını alır. Evkalipt istifadəsi zamanı eyni zamanda ağrıkəsici, iltihabəleyhinə, bəlğəmgətirici, mukolitik (bəlğəmin yumşalması), bronxolitik (boğulmanın azalması) kimi effektlər də yaranmış olur.
FonSEPT naringi tamlı sorma tabletin tərkibinə zəncəfil, zərdəçal və ardıc daxildir. Zəncəfil soyuqdəymənin qarşısını alır, əsasən, qrip, bronxit, kəskin respirator virus infeksiyalarını, öskürəyi aradan qaldırır. Tənəffüs yollarını açır. Yerli isidici xüsusiyyəti vardır, immun sistemi aktivləşdirir. Zərdəçal boğazda ağrını götürür, iltihablaşmış ağız boşluğunun selikli qişasını dezinfeksiya edir. Ardıc güclü dezinfeksiyaedici, bəlğəmgətirici effekt göstərir.
FonSEPT portağal tamlı sorma tabletin tərkibi biyan kökü, C vitamini və sinkdir. Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır, səsin xırıldamasını aradan qaldırır. C vitamini tənəffüs yollarında damarlarda keçiriciliyi azaldaraq, şişkinliyi götürür. Sink immunitet sistemini gücləndirir, infeksiyalardan qoruyur.
FonSEPT sorma tabletlərinin bütün növləri bitki tərkibli olduğu üçün istifadəsi tam təhlükəsizdir.
İstifadə qaydası: 1 tablet 2 saatdan bir təyin olunur. Tabletləri ağızda tədricən sormaq lazımdır. / milli.az

Xəbərlər     Baxılıb: 1619   Tarix: 07 mart 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri qadin dunyasi ana südü artırmaq şalvar modelləri azerbaycan haqqinda kosmetologiya kosmetika qiz adlari itburnu şebnem tovuzlu həsən bəy zərdabi veten haqqinda bayati