Yazın ən aktiv allergik xəstəliyi

Yazın ən aktiv allergik xəstəliyiYazın aktiv allergik xəstəliyindən biri də məhz pollinozdur.
Pollinoz adətən uşaqlarda və ya gənclərdə inkişaf edir. Pollinoz dövrü xarakterli olub, allergenlərin yaranma dövründə kəskinləşir, onlar aradan qalxdıqda isə remissiya mərhələsinə keçir. Alimlərin məlumatlarına əsasən dünya əhalisinin 10-15%-i bitki tozcuqlarına qarşı allergiyadan əziyyət çəkir. Əksər hallarda pollinoza quru və isti iqlimi olan ölkələrdə rast gəlinir. Bu ərazilərdə tozcuqlanan bitkilərin müxtəlif növləri bitir. Pasiyentlərin çox hissəsini meqapolisdə yaşayan 10-30 yaşlı cavanlar təşkil edir. Kənd əhalisində pollinoza az təsadüf olunur. Xəstəliyə kişilərə nisbətən qadınlar daha çox meyllidir. Pollinozun yaranmasında ekoloji, iqlim və coğrafi faktorlar mühüm rol oynayır.İlk növbədə allergenlə təmas minimuma endirilməlidir. Xəstə küçəyə az çıxmalıdır. Xüsusən quru və küləkli havalarda evdə qalmaq, pəncərələri açmamaq məsləhət görülür. Havanı tozcuqlardan təmizləyən xüsusi vasitələrdən istifadə etmək tövsiyə olunur. Rasiondan allergiya törədən məhsulları çıxarmaq lazımdır. Pollinozun yüngül formalarında antihistamin vasitələr (daxilə qəbul üçün - astemizol, feksofenadin, loratadin, yerli təsirli - levokabastin və azelastin spreyləri) təyin edilir. Pollinozlu pasiyentlər allergenlə təması məhdudlaşdırmalıdır. Əgər imkan varsa, ağac və bitkilərin çiçəklənmə dövründə digər iqlim zonasına getmək lazımdır. Quru və küləksiz günlərdə otağın havası dəyişdirilməlidir. Mənzilə allergenin daxil olmasının qarşısını almaq üçün pəncərəyə qalın və nəm parça vurulmalıdır.  Xəstələr küçədən evə daxil olduqda duş qəbul etməlidir.  Kəskinləşmə dövründə allergeni uzaqlaşdırmaq məqdəsilə gündə bir neçə dəfə gözləri yumaq və boğazı yaxalamaq məsləhətdir. Paltarları yuduqdan sonra küçədə qurutmaq olmaz. Çünki belə halda tozcuqlar yaş paltara yapışa bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1092   Tarix: 16 may 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

kosmetoloq geyim dəbləri qaşların formalari byanka dirnaqlara qulluq maskalari zara ayaqqabilari 2026 psixoloq meslehetleri kosmetika kahfe kali babasil qu quşu pehriz veten seirleri