Yeni texnologiyaların təhlükələri - PROFESSOR AÇIQLADI

Yeni texnologiyaların təhlükələri - PROFESSOR AÇIQLADIKütləvi qacet istifadəsi yeniyetmələri demansa aparır! Kompüter dövründə uşaqların intellektual səviyyəsi dəhşətli dərəcədə pisləşir və beyinləri quruyur! Tipik olaraq, bu cür mövzular sosial şəbəkələrdə və valideynlər arasında fəal şəkildə müzakirə olunur.
Publika.az xəbər verir ki, bu yaxınlarda populyar televiziya tok-şoularının keçmiş aparıcısı, "Sberbank" Nevrologiya və İnsan Davranışı Laboratoriyasının rəhbəri, psixoterapevt Andrey Kurpatov "rəqəmsal autizm epidemiyası" haqqında ətraflı məlumat verib.
Yeni texnologiyaların təhlükələri - PROFESSOR AÇIQLADIBu ilin əvvəlində psixoterapevt Davos Dünya İqtisadi Forumunda və Rusiya Federasiyası Federasiya Şurasında dinləmələrdə bu mövzuda çıxış edib. O, rəqəmsal inqilabın bəşəriyyətin məhvinə gətirib çıxaracağını irəli sürüb.
Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçiliyi Akademiyasının psixologiya fakültəsinin idrak tədqiqatları laboratoriyasının müdiri, psixologiya elmləri Doktoru, professor Vladimir Spiridonov Kurpatovun fikirlərini şərh edib.
Yeni texnologiyaların təhlükələri - PROFESSOR AÇIQLADI- Vladimir Spiridonov, kompüter əsrindəki uşaqlar həqiqətən demansa meyllidirlər?
- Amerikada eyni rəqəmsal inqilab bizdən 15 il əvvəl başlayıb. Odur ki, "qacet nəsli" onlarda artıq yetişib, lakin yeni dalğanın nümayəndələrində "rəqəmsal demans" əlamətləri müşahidə edilmir. Ancaq hörmətli həmkarımızın bəhs etdiyi problem mövcuddur. Odur ki, bir tərəfdən bəzi məqamlar haqqında razılaşmağa hazıram, amma məlumatların və nəticələrin seçimi, əlbəttə ki, son dərəcə təzadlıdır. Məsələn, geniş çeşidli texniki qurğuların insan psixikasının inkişafına müsbət təsirinin nümayiş olunduğu tədqiqatlardan bəhs edilmir.
İnsan psixikasının quruluşu çox mürəkkəb olduğundan, yaş inkişafında əvvəllər düzəldilməsi çətin hesab olunan çox sayda qeyri-kobud qüsurlar var idi. Beləliklə, kompüter oyunları əhəmiyyətli dərəcədə bərpaedici təsir göstərir. Bütün həmyaşıdlarınız oyun oynayırsa, istəsəniz də, istəməsəniz də, eyni şeyi etməlisiniz. Əlilliyi olan uşaqlar üçün oyun reallıqlarını idarə etmək daha çətindir, lakin belə məşqlər onları həmyaşıdlarına yaxınlaşdırır.
- Bəs smartfonlar və kompüterlər digər insanlara nə verir?
- Qacetdən lazımi məlumatları axtarmaq üçün istifadə edirsinizsə, bu ən incə bacarıqları inkişaf etdirir. Motivasiya, öyrənmə qabiliyyətini inkişaf etdirmək, kompleks axtarış işləri yerinə yetirmək - həmişə təqdir edilən keyfiyyətlərdir. Lakin qacetlərin bu tərəfi haqqında az danışılır.
Aydındır ki, qacetlər idrak fəaliyyətinin bütün quruluşunu dəyişdirir. Sual budur ki, uşaqlara nə öyrədilməlidir? Faktlar, tarixlər, yeni materialı əzbərləmək? Mənə elə gəlir ki, Napoleonun hansı ildə doğulduğu və ya hansı şəhərin Venesuelanın paytaxtı olması kimi sualların cavablarını quqla etibar edə bilərsiniz. Məncə, tədris doktrinalarına yenidən baxmağın vaxtı gəlib. Uşaqlardan mürəkkəb anlayışları, yaradıcı problemləri həll etmək bacarığını və yenilikçi təfəkkürü inkişaf etdirməyi tələb etmək lazımdır. Ancaq vicdanla etiraf edək ki, standart məktəb, hətta universitet proqramı çox vaxt buna yönəlmir. Odur ki, ittiham zərbəsinin şiddətini qacetlərdən pedaqoji birliyə köçürmək daha məqsədəuyğundur, açıq demək lazımdırsa, bu biliklərin 5-10 ildən sonra həyatda nə dərəcədə faydalı olacağı bilinmir.
- Doktor Kurpatov deyir ki, Qutenberq qalaktikasından Zukerberq qalaktikasına keçirik. Məsələ burasındadır ki, uşaqlar mətnləri oxumağı dayandırır və eyni zamanda analitik düşünmə qabiliyyətini itirir. Ancaq şübhəsiz ki, bəşəriyyət tarixində heç vaxt bu qədər çox sayda mətn mövcud olmayıb.
- Formal olaraq, indi yeniyetmələr həmişəkindən daha çox oxuyur. Axı, kimsə "Harri Potter"in yarım milyard nüsxəsini oxuyub?! Buraya sosial şəbəkələri və statusları əlavə edin ... Başqa bir şey, Harri Potter gözəl, lakin çox sadə bir xarakterdir. Düşüncəni isə mürəkkəb müzakirələr tələb edən mətnlər inkişaf etdirir.
- Ancaq məktəbli klassikləri oxuduğu zaman banal mədəni maneə yaranır: onun üçün niyə özünü 19-cu əsr leytenantının daxili aləminə və həyat tərzinə baş vurmaq lazım olduğunu anlamaq çətindir. Ancaq bu səviyyədə müasir ədəbiyyat yoxdur.
- Haqlısınız, 19-cu əsr leytenantı müasir gəncin ruhuna yaxın deyil. Deməliyəm ki, Tolstoy və Dostoyevskini əvvəllər də məktəbdə hər kəs oxumurdu. Məsələ burasındadır ki, uşaqlar və yeniyetmələr Lev Tolstoy və ya Fyodor Dostoyevskinin yazdığı böyük problemləri təsəvvür edə və qavraya bilmir. Onlar bu əsərləri uşaqlara deyil, öz dairələrinin nümayəndələrindən olan kifayət qədər təhsilli insanlara yazırdılar. Yetkinlik yaşına çatanda Çexovun "Şabalıd" əsərini oxumağa məcbur etdiyim tələbələrim heyrətə gəlmişdi. Anladılar ki, bu hekayə bir it haqqında deyil, burada daha dərin mövzulara toxunulub.
- Müasir yeniyetmələrdə həqiqətən zəka azalması müşahidə olunur?
- Bunlar mütləq nağıllardır. Bu yanlış təsəvvür "Flinn effekti"nə əsaslanır, Yeni Zelandiya aliminin adını daşıyır. Flinn dünyanın bir çox ölkəsində IQ test nəticələrinin on illərlə izaholunmaz şəkildə artdığını tapdı. Və sonrakı illərdə gənclərin IQ səviyyəsi əhəmiyyətli dərəcədə azalmağa başladı. Alimlər qısa müddət ərzində bəşəriyyətin ya kəskin şəkildə ağıllı, ya da əks istiqamətdə olması nəticəsinə gəldi. Əslində, tapmacanın cavabı test metodologiyasının dəyişməsi ilə izah edildi. Bunun düşüncə vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Temperatur deyil, termometr dəyişdi: əvvəllər Selsi ilə, indi Farenheytlə ölçülür.
Qacetlərlə bağlı bir çox qorxu paradoksla izah olunur: yaşlı nəsil gənclərin rəqəmsal dünyasında necə yaşamağı öyrənməyə çalışır. Yaşlı nəsil sahildən okeana üzən yeniyetmələrə qışqırır: "Üzməyi dayandırın, su altında dəhşət yatır!". Əlbəttə gənc cavab verəcək ki, susun, nə edəcəyimizi yaxşı bilirik. Təşviş yaratmaq əvəzinə normal araşdırma və peşəkar müzakirə lazımdır. Bir mütəxəssis olaraq mənim üçün həyat şərtlərinin dəyişməsinə, yeni nəsil yetişməsinə baxmayaraq, yeniyetməlik psixologiyasında hələ yarım əsr əvvəlki araşdırmalara etibar və istinad etmək təhqiramizdir. Bu da gülməli deyil.
İnternet yalnız həyatın bir əksidir, ətrafımızda kifayət qədər mənasız və lazımsız məlumat ötürücüləri var. Televiziya bu baxımdan ən bariz nümunədir. Və bunun təfəkkürün xarakterik xüsusiyyətləri ilə heç bir əlaqəsi yoxdur.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1784   Tarix: 04 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

turlar.az

gelinlikler geyim necə seçməli gozel gorunmek aciq zedelenmeler yaralar hicab baglama qaydasi qış geyimi maraqli pecenyeler kosmetika novruza aid haqisda englishdilində qulaq xlor lekesi burcler