Yoluxma riskini azaltmaq üçün qidalar necə daşınmalı və saxlanmalıdır? - QAYDALAR

Yoluxma riskini azaltmaq üçün qidalar necə daşınmalı və saxlanmalıdır? - QAYDALARCOVID-19-a yoluxma riskini azaltmaq üçün əsas məqamlardan biri də qida məhsullarının müştərilərə çatdırılması ilə bağlıdır. Bu sahədə virusa yoluxma riskini azaltmaq üçün hansı qaydalara əməl olunmalıdır? Çatdırılma xidməti necə təşkil edilməlidir? Təmizlik, dezinfeksiya işləri aparan zaman nələrə diqqət olunmalıdır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materialda qida məhsullarının müştərilərə çatdırılması barədə bir çox məqamlara aydınlıq gətirilib.
Qeyd olunub ki, COVID-19-a yoluxma riskini azaltmaq üçün ictimai iaşə müəssisələrinin fəaliyyətini tənzimləyən bir sıra metodiki göstərişlər və xüsusi nəzarət mexanizmləri tətbiq edilir. Bu məkanlardan qida məhsullarının müştərilərə çatdırılması xidmətinin təşkili də Nazirlər Kabinetinin müvafiq qərarları və normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Qida məhsullarının çatdırılması xidmətini göstərən ictimai iaşə müəssisələrində bir sıra qaydalara əməl olunmalıdır. Belə ki, hazır qida məhsullarının çatdırılması sanitar-epidemioloji tələblərə uyğun olan və lazımi avadanlıqlarla təchiz edilmiş daşınma vasitələrində aparılmalıdır.
Müştərilərə çatdırılma xidməti qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin qorunmasını təmin edən şərtlərə uyğun formada, eləcə də pandemiya şəraitinə uyğun qaydada həyata keçirilməlidir.
Qida məhsullarının çatdırılması zamanı ilk növbədə daşınma qaydalarına düzgün riayət olunmalıdır. Daşınma şərtləri qida məhsullarının, hazırlanmış yeməklərin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Yoluxucu xəstəliklərin baş verməməsi və fiziki çirklənmənin qarşısının alınması üçün qida məhsullarının daşınması xüsusi, təmiz nəqliyyat vasitəsilə həyata keçirilməlidir. Belə ki, nəqliyyat vasitəsi məhsulun daşınma qaydasına uyğun olmalıdır. Nəqliyyatın şəraiti (temperatur, rütubət) hər bir ərzaq məhsulu üçün normativ və texniki sənədlərin tələblərinə, xüsusilə də tez xarab olan qidaların daşınması qaydasına uyğun təchiz edilməlidir. Tez xarab olan məhsullar soyuducu və ya dondurucu ilə təchiz olunmuş nəqliyyat vasitəsilə daşınmalıdır. Bundan başqa, məhsulların daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin daxili hissəsi asan yuyulan və dezinfeksiya oluna bilən materialdan hazırlanmalıdır.
Nəqliyyat vasitələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına ciddi əməl edilməlidir. Müntəzəm təmizlik-dezinfeksiya tədbirləri nəqliyyatın səthindəki patogenləri məhv edir ki, bu da qidanın, yeməklərin çirklənməsi ehtimalını aradan qaldırır. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Dezinfeksiyaedici maddələr lazım olan konsentrasiyadan (qatılıq) artıq istifadə edilməməlidir. Bundan başqa, yalnız qida sahəsində istifadə üçün təsdiq edilmiş dezinfeksiyaedicilərdən istifadə olunmalıdır. Bu tip məhlullar mikroorqanizmləri effektli şəkildə məhv edir, eyni zamanda  qidanın tərkibində, keyfiyyətində hər hansı dəyişikliyə səbəb olmur. Dezinfeksiya işlərindən sonra nəqliyyat vasitəsinin içərisi mütləq havalandırılmalıdır. Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması da mütləqdir.
Yeməklər qeyri-ərzaq məhsulları ilə birlikdə daşınmamalıdır. Qida məhsullarının daşınması zamanı mal qonşuluğu qaydalarına riayət olunmalıdır. Xüsusilə də eyni avtomobildə daşınan tez xarab olan qidalar bir-biri ilə uyğun olmalıdır, yəni qoxusu və xüsusiyyətinə görə bir məhsul digərinə mənfi təsir göstərməməlidir.
Yeyinti məhsullarının müştərilərə çatdırılmasını həyata keçirən işçi heyət təmiz iş geyimi, eyni zamanda gün ərzində bir çox müştəri ilə təmasda olduğundan dezinfeksiyaedici məhlulla, qoruyucu və digər gigiyenik vasitələrlə təmin edilməlidir. Sifariş edilmiş qida məhsulu şəxsi gigiyena qaydalarına ciddi əməl olunmaqla müştərilərə təhlükəsiz çatdırılmalıdır.
Şəxsi gigiyena qaydalarına riayət etmək qida mənşəli, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasının ən effektiv üsullarından biridir. Belə ki, qida ilə yoluxan xəstəliklər çox vaxt çirklənmiş əllərlə yaranır. Qidanın çatdırılmasında iştirak edən şəxslər saçlarını qapalı saxlayan baş örtüklərindən və əlcəklərdən istifadə etməlidirlər. Əlcəklər çirkləndikdə və ya zədələndikdə dəyişdirilməlidir. Əllərin gigiyenasında dırnaqların təmizliyi də diqqətdə saxlanmalıdır. Dırnaqlarda çirk və mikroblar infeksiyanın yayılmasına səbəb olur. Buna görə də dırnaqlar qısa və təmiz saxlanmalıdır.
Qida məhsulunun hazırlandıqdan sonra 3 saat ərzində realizasiya olunması tövsiyə edilir. Əks təqdirdə daşınılan qida məhsulunun temperatur göstəriciləri istehlak üçün uyğun olmayan həddə çatır. Daşınma zamanı xüsusi temperatur rejiminə əməl olunması şərtdir. Temperatur rejiminin uyğunluğu qidaların uzun məsafələrə daşınması zamanı xüsusilə vacibdir.
Xatırladaq ki, şorba və digər birinci yeməklərin istehlakdan öncə temperaturu minimum 75°C, ikinci yeməklər üçün minimum 65°C olmalıdır. Yeməklər üçün souslar ayrı, məhsula uyğun qablaşmada çatdırılmalıdır. Soyuq qəlyanaltılar və soyuq içkilər (şirələr, kompotlar) 7-14°C temperaturda daşınmalıdır. Süd, dəniz məhsulları və digər tez xarab olan məhsullardan hazırlanmış yeməklərin daşınması zamanı "soyuq zəncir prinsipi"nə mütləq əməl olunmalıdır. Bu tip tez xarab olan qidaların daşınması zamanı  məhsulların daxili temperaturunun 6°C-dən  yuxarı olmaması vacibdir. Tez xarab olan məhsullar helium tərkibli buz akkumulyatoru ilə təchiz olunmuş termokonteynerdə daşınmalıdır. Konteynerin üzərindəki etiketdə müştərinin adı, yeməyin bişmə vaxtı, qablaşdırılma saatı və saxlanma şəraiti barədə məlumat qeyd olunmalıdır. Etiketdə qabın çəkisi, tərkibi, qidanın kalori miqdarı və allergenlər haqqında məlumat da göstərilməlidir.
Kremli qənnadı məmulatların daşınması zamanı xüsusi temperatur rejiminə əməl olunmalıdır. Bu tip məhsullar maksimum 6°C temperaturda refrijeratorlu nəqliyyat vasitələri ilə daşınmalıdır. Məhsulların fiziki çirklənmədən qorunması üçün qapaqlı metal və plastik qablarda, tortların isə istehsalçı tərəfindən qablaşdırılmış karton qutularda daşınması şərtdir. Ümumiyyətlə, daşınılan məhsulların qablaşması hər bir qidanın növünə uyğun olmalıdır. Məhsulun müştəriyə təhlükəsiz çatdırılması üçün qablaşmasının zədələnməməsinə xüsusi diqqət etmək lazımdır ki, qidanın keyfiyyətinin qorunması təmin olunsun.  
Qidanın çatdırılması zamanı mikrob və bakteriyaların təsirini minimuma endirmək üçün pulla mümkün qədər az təmas etmək, nağdsız ödənişə üstünlük vermək daha məqsədəuyğundur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1492   Tarix: 06 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

qadın geyimi hamilelikde qidalanma gozel gorunmek pəhriz necə tez arıqlayım aksesuar 2026 yaz geyimleri kosmetika uzeyir hamilelik kökəlmək üçün novruz bayramına aid hakıştalar heyati