Yoluxmalar artacaq: quru öskürək, qızdırma və... - Həkimdən XƏBƏRDARLIQ
Cənubi Afrika Respublikasından olan həkim Unben Pillay koronavirusun "omikron" ştamı ilə yoluxma zamanı yaranan əsas simptomları sadalayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Ekspert vurğulayıb ki, hazırda yoluxanlarda xəstəlik əsasən yüngül formada gedir, lakin uzunmüddətli nəticələr çıxarmaq üçün hələ tezdir. "Qrip əlamətləri, quru öskürək, qızdırma, gecə tərləmələri və bədən ağrıları olan xəstələri gördük. Bu simptomlar COVID-19-un digər dalğalarındakı xəstəliyin əlamətlərinə bənzəyir".
Qeyd edək ki, bundan əvvəl Keyptaun Xəstəxanasının Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri Mark Mendelso koronavirusun "omikron" ştamı ilə mübarizə aparmağın yolunu açıqlamışdı. Onun sözlərinə görə, peyvənd xəstəlikdən effektiv şəkildə qoruyacaq. Mütəxəssis istisna etməyib ki, ştam immun sistemindən yayına bilər və bu, təkrar yoluxmaların sayını artıracaq.
Aytən Məftun









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi