Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanınPayızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar.

Bu barədə rusiyalı diyetoloq İrina Pisareva və Rusiya Milli Qidalanma və Diyetoloqlar Birliyinin üzvü Natalya Kruqlova danışıb.

"Balqabaq, cəfəri və şirin kartofdan ​​şorbalar hazırlayın. Belə yeməklər həm maddələr mübadiləsini yaxşılaşdıracaq, həm də bədəni isidəcək. Gündəlik menyuya daha çox soğan və sarımsaq əlavə edin. Mövsümi tərəvəzlər, göbələk, balqabaq, çuğundur, kələm bədənə lazım olan vitamin və mineralları verəcək. Çiyələk və moruq o qədər də faydalı deyil, onları mövsümündə yeyin", - İ.Pisareva bildirib.

Natalya Kruqlova isə qeyd edib ki, balqabaq tərkibli yeməklər yoluxucu xəstəliklərin qarşısını ala bilir. Bu bitki A vitamini və beta-karotin mənbəyidir.

"Bu mövsümdə alma, şaftalı, ərik daha çox vitamin və mineral ehtiva edir. Əgər tərəvəzdən danışırıqsa, pomidor, xiyar, bolqar bibərinin tərkibində immun sisteminin normal işləməsi üçün lazım olan C vitamini, karboksilik turşusu var. Bunlar da yoluxucu xəstəliklərin qarşısını almaqda effektivdir. Mövsüm tərəvəz və meyvələri həm də ona görə faydalıdır ki, lazım olan antioksidantlar və liflər ehtiva edir", - ekspert əlavə edib.

Mütəxəssis hesab edir ki, payız-qış ayalarında hava şəraitinin pisləşməsi səbəbindən kökəlmə riski var. Belə ki, əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün insanlar payızda daha çox şirin yeməklərə, çörək məhsullarına üstünlük verməyə başlayırlar. Kruqlova xəbərdarlıq edir ki, bu cür ehtiyaclar səbəbindən rasiona daha şirin, lakin təbii qidalar daxil etmək yaxşıdır:

"Zəncəfil, sarımsaq və darçın antioksidantlar və fitonutrientlər ehtiva edir. Zəncəfil və sarımsağın antimikrobial təsiri var, amma hər hansı xəstəliyin müalicəsindən danışırıqsa, burada onun əhəmiyyəti azdır".

Sağlamlıq     Baxılıb: 1960   Tarix: 13 sentyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

qis geyimləri 2026 yemek reseptleri toy gecesi kakos yagi hamiləlik təqvimi elaci gavalinin faydasi kosmetika qız bürcü haxisdalar qizliq perdesi qaynana hakista kurtlar vadisi