Yuxudan doymamaq xəstəlikdirmi?

Yuxudan doymamaq xəstəlikdirmi?Artıq payızın ilk günlərini yaşayırıq. Sərin payız havası yuxu gətirir. Yuxululuq günəş şüalarının az düşməsi, xroniki yorğunluqla bağlı olsa da, bir sıra xəstəliklərin əlaməti kimi də özünü bürüzə verir.
İnsanın daim yuxulu olmasına az və ya narahat yatması, müəyyən dərman vasitələrini, alkoqollu içkiləri və stimulyantları qəbul etmək də təsir edir. Alimlərin hesablamalarına görə, ideal halda yeni doğulanlar hər gün 14 saatdan 17 saatadək, körpələr (1-2 yaş) 11-14 saat arası, məktəbəqədər uşaqlar 10-13 saat, məktəblilər (6-13 yaş) 9-11 saat arası, yeniyetmələr, gənclər və orta yaşlı insanlar 8-10 saat arası, yaşlılar gündə 7-8 saat yatmalıdır.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, yuxululuğa meyllilik şəkərli diabet, apnoe, narkolepsiya, xərçəng, ürək xəstəlikləri zamanı özünü göstərir.
Narkolepsiya (narcao-keyləşirəm, lepsis-tutma) qısamüddətli yuxu tutmalarının vaxtaşırı təkrar etməsi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəlik adətən gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman, yeriyərkən və hətta velosiped ilə gedərkən baş verə bilər. Tutma bir neçə dəqiqə davam edir. Tutma qurtardıqda xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutmada yuxu bütün iradi əzələlərin boşalması ilə müşayiət olunmur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilərlər.
Narkolepsiya üçün üç əlamət: yuxu tutmaları, katoplektik tutmalar katapleksiya, gecə yuxusunun pozulması xarakterikdir. Narkolepsiya zamanı insanın gecə doyunca yatmasına baxmayaraq, gündüzlər əlavə yuxululuq müşahidə olunur. Narkolepsiya haqqında insanlar az məlumatlı olduğu üçün bu xəstəliyə tutulduqda belə həkimə getməyi gecikdirirlər. Bir çox xəstələr uzun illər, bəzən də ömür boyu aşırı yuxululuğu normal qəbul edir və bunun xəstəlik olduğundan şübhələnmirlər. Belə insanlar sükan arxasında, iş yerində, nəqliyyatda yol gedərkən yatıb qalmağı adi hal kimi qarşılayır.
Yuxululuq xroniki yorğunluğun da əlamətidir. Çox vaxt xroniki yorğunluq narkolepsiya ilə qarışdırılır. Amma narkolepsiya zamanı xəstə birdən-birə yatmaq istəyir və yuxululuğu aradan qaldıra bilmir. Qısa vaxt ərzində olsa belə yatdıqdan sonra özünü istirahət etmiş hiss edir.
Şəkərli diabet xəstəliyi də yuxululuğun səbəbi ola bilər. Şəkərli diabet zamanı insulin defisiti yarandığı üçün qlükoza hüceyrələrə keçə bilmir, bu səbəbdən də orqanizm lazım olan enerjini almır və daim yatmaq istəyir.
Gün ərzində müşayət olunan yuxululuq apnoe (yuxuda nəfəsin kəsilməsi) xəstəliyinin əlaməti ola bilər. Apnoe tutması-yuxuda olan zaman insanın nəfəsinin dayanması səbəbindən baş verən ciddi pozuntudur. Apnoe xəstəliyindən əziyyət çəkənlərdə çox vaxt hipertoniya xəstəliyi müşahidə olunur. Bundan başqa, onlarda infarkt və insultunn inkişaf riski də yüksəkdir.
Anemiya - qanazlığı zamanı da insan yuxululuqdan əziyyət çəkir. Anemiya zamanı qanda hemoqlabin az olduqda halsızlıq, yorğunluq başlayır. Dəri rənginin ağarması, saralması, soyuq əllər və ayaqlar, başgicəllənmə, təngnəfəslik, baş ağrıları anemiyanın əlamətləridir.
Bütün bu hallar və xəstəliklər insanın normal yatmasına mane olur və nəticədə o, gündüzlər özünü yuxulu hiss edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1872   Tarix: 16 fevral 2020
f Paylaş
yuxuda

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

toy makiyajlari yemek reseptleri toy gecesi prezervativ toyuqlar haqqinda fitnes klubu kokteyl paltarlari kosmetika qz eviyçun hakışta novruz bayrami hakisda novruza aid haxisdalar kahfe fali