Zəncəfil bitkisinin faydaları

Zəncəfil bitkisinin faydalarıZəncəfil bitkisi xolesterolun miqdarının azalmasına, qrip və soyuqdəymənin qarşısını almağa kömək edir. zəncəfilin immunitet sisteminə də çox xeyri var.

Cökə ağacının çiçəkləri ilə zəncəfil çayı soyuqdəyməni tez bir zamanda aradan qaldırır. Zəncəfili ədviyyat kimi də yeməklərə qatmaq olur.

Bundan başqa, iştahı az olan və ya kökəlmək istəyənlərə zəncəfil turşusu yemək məsləhət görülür.

Zəncəfil mədə bulanması və qusmalara qarşı çox yaxşı çarədir. Yola çıxmazdan yarım saat əvvəl ağıza alınan 1 qram zəncəfil maşın tutmalarının qarşısını almaqda əla vasitə hesab edilir.

Zəncəfilin digər faydaları:

• Mədə bulanmasının qarşısını alır.

• Qadınlarda dövrü spazmları aradan qaldırır.

• Qanda xolesterolu aşağı salır.

• Soyuqdəymə və qrip zamanı müalicə edici xassələrə malikdir.

• İltihab əleyhinə özəlliklərə malikdir və güclü təbii ağrıkəsici təsir göstərir.

• Migren zamanı qan damarlarının iltihablaşmasına və ağrıya səbəb olan prostaqlandinin inkişafını dayandıraraq xəstəliyi yüngülləşdirir.

• Aparılan araşdırmalar yumurtalıq və yoğun bağırsaq xərçəngi zamanı xərçəng hüceyrələrinin böyüməsinə mane olduğunu və ya tamamilə məhv etdiyini göstərir.

Zəncəfil bağırsaqları xərçəngdən qoruyur

Mütəxəssislər sübut ediblər ki, zəncəfilli əlavələr bağırsaqları iltihabi markerlərdən qoruyur. Onlar belə qənaətə gəliblər ki, zəncəfilin kökündə olan hansısa maddə bağırsaq xərçənginin inkişafının qarşısını almağa qadirdir. Bu barədə "Web MD" yazır.

Miçiqan Universitetinin Tibb Məktəbinin əməkdaşı Suzanna Zik araşdırmanı şərh edib. "Bitki hüceyrələrinin nümunəsində bir çox elmi işlər göstərir ki, zəncəfil iltihab əleyhinə xassələrə malikdir. Aparılan təcrübələr zəncəfilin şişlərin əmələ gəlməsinə mane olduğunu göstərdi", — o deyib.

Tədqiqat zamanı 30 nəfərlik qrupdan ibarət könüllülər arasında sərbəst qaydada 2 qramlıq zəncəfil tozu və plasebo (boş dərman — psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti) paylayıblar. Onları dörd həftə ərzində hər gün yeməklə birgə qəbul etmək tapşırılıb. Başqa dərmanları qəbul etmək qəti qadağan olunub.

Bəzi adamlarda əlavə təsirlər qeydə alınıb. Həmin təsirlər sırasında mədə pozğunluğu, qıcqırma və köp nisbətən daha çox yer alıb. Tədqiqatdan əvvəl və sonra ekspertlər analiz üçün bağırsağın divarlarından nümunələr götürüblər. Götürülən nümunələr onlarda eykozanoidlər adlanan birləşmələrin mövcud olub-olmaması ilə bağlı yoxlanılıb. Onlar həzm sistemində iltihabı artırırlar.

Məlum olub ki, zəncəfil tozu qəbul edən adamlardan götürülən toxumalarda daha az bağırsaq markerləri mövcuddur. Həm də xroniki iltihabın xərçəng poliplərinin yaranması ilə əlaqədar olduğu da aşkar edilib.

Sağlamlıq     Baxılıb: 4478   Tarix: 28 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

turlar.az

kosmetoloq reseptler qis geyimləri 2026 soz ehtiyati artirmaq vətənə aid bayatılar haqista hamiləlik və doğuş kosmetika oglaq englishdilində qulaq vətən haqqında atalar sözləri kökəlmək üçün 8 mart