Zeytun Yağı Nədir?

Zeytun Yağı Nədir?— Zeytun Yağı Nədir?

— İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturunda maye olan, açıq yaşıldan sarıya dəyişən rəngdə, özünə xas dad və qoxusu olan, təbii olaraq istifadə olunan önəmli bir bitki mənşəli yağdır.

— Zeytun Yağının Çeşidləri

— Zeytun yağının sızma (Extra Virgin), riviera, rafinə və pomas (pomace) tipləri vardır. Sızma zeytun yağı mexaniki yolla zeytun meyvəsinin sıxılaraq əldə olunan yağa deyilir. Sızma zeytun yağı əsasən birbaşa qidalanmada və saladların, sousların hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki Sızma zeytun yağı vitaminlər və antioksidant maddələrlə zəngin olduğundan yemək bişirmə zamanı bu faydalı maddələr yüksək temperaturdan dolayı azalır, ona görə sızma zeytun yağının soyuq istifadə olunması tövsiyə olunur.

— Sızma zeytun yağı zeytun meyvəsinin yetişdiyi yerindən və yetişmə dövründən asılı olaraq rəng və dad fərqinə malik olur. Ona görə təkcə zeytun yağının rəngi keyfiyyət ölçüsü deyildir. Keyfiyyətli sızma zeytun yağını iylədiyin zaman ondan zeytun meyvəsinin iyinin gəlməsi lazımdır. Sızma zeytun yağı insan boğazını azacıq yandıra bilər, bu zeytun yağında olan faydalı antioksidant maddələrdir. Bu yanma nə qədər yüksək olarsa həmin zeytun yağının daha keyfiyyətli olduğunu göstərir. Buna bir misal olaraq, təbii balı da yediyimiz zaman, boğazda yanma hiss olunur. Ona görə zeytun yağında acılıq və yanma ona xas olan əlamətdir.

— Rafinə zeytun yağı, sərbəst yağ turşu miqdarı yüksək olan zeytun yağını (sızma zeytun yağına uyğun olmayan) rafinə edilərək əldə olunan yağdır. Rafinə zeytun yağında zeytunun qoxusu və dadı zəif olur və əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür.

— Riviera zeytun yağı isə rafinə olunmuş zeytun yağı ilə sızma zeytun yağının qarışığıdır. Riviera zeytun yağı isə saladların, sousların və əsasən yemək bişirmələrdə istifadə olunması məsləhət görülür.

— Pomas (pomace) zeytun yağı isə zeytun meyvəsindən yağ alındıqdan sonra zeytun küspəsində qalan yağı həlledici ilə ekstraksiyon edilərək ayrılan yağı daha sonra rafinə edilərək əldə olunur. Pomas zeytun yağı əsasən yemək bişirilmədə istifadəsi məsləhət görülür. Zeytun yağının bütün çeşidlərinin faydalılığı günəbaxan və qarğıdalı yağından üstündür.

— Zeytun Yağının Saxlanması

— Zeytun yağı qaranlıq və sərin şəraitdə saxlanılmalıdır. Zeytun yağını soyuducuda da saxlaya bilərsiniz, bu zaman yağ bulanacaqdır və ya donacaqdır, bu xüsusiyyət zeytun yağına xas olan əlamətdir. Zeytun yağının bir nömrəli düşməni işıqdır. Buna görə Zeytun yağını işıqdan qorumaq lazımdır. Zeytun yağı günəş işığına məruz qaldığı zaman tərkibində olan antioksidant maddələr parçalanır. Zeytun yağı aldığınız zaman şüşə və tənəkə qablaşdırmada olan zeytun yağına üstünlük verməyiniz tövsiyə olunur.

— Müəllifdən son söz: Gəlin ölkəmizdə zeytun ağacların sayını artıraq və onları qoruyaq. Hər bir Azərbaycanlı zeytun ağacının əkilməsinə öz dəstəyini verməsi

lazımdır. Düşünürəm ki, bu bizim gələcək nəsil üçün bir borcumuzdur.

Qida məhsulları üzrə araşdırmaçı mütəxəssis:

Tural Babayev

Sağlam qida     Baxılıb: 4228   Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

.

Qarabaşaq şorbası (1 yaş +)

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq fosfor, dəmir, kalsium, maqnezium, mis, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A

.

Zeytun yağı ilə hazırlanmış Toyuqlu yunan qabağı - Video

Resept:. -500 qr toyuq filesi. -300 qr yunan qabağı. -1 ədəd soğan. -2 diş sarımsaq. -1 x.q. qarğıdalı nişastası. -2 saplaq göy soğan. -2 x.q. Zeytun yağı. -duz. -istiot. Nuş olsun !

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

turlar.az

yemek reseptleri yaz geyimleri 2026 qaşların formalari pul kisəsi elm aid atalar sozleri toy gecesi maqazin kosmetika sanamalar xerceng novruza aid rus dili 2ci ders hesaplama