Zifaf gecəsinin bilməli olduğunuz doğru qanunları

Zifaf gecəsinin bilməli olduğunuz doğru qanunlarıZifaf gecəsinin bilməli olduğunuz doğru qanunları

Nigahın taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur.

Toy gecəsinə çox vaxt zifaf gecəsi də deyirlər. Bəzən ona şəbi-zifaf, leyleyi-zifaf da deyirlər.

Toy gecəsinin birinci qanunu budur:
Toy gecəsini zorlama ilə başlamayın. Bəzən qız birinci gecədən elə qorxur ki, sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri,oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır,bəy çalışmalıdır ki, qızla maksimum ehtiyatlı olsun. Oğlan (bəy) nə qədər incə və mehriban olsa,qızı nə qədər çox sığallasa o qədər yaxşı.
Oğlan romantik olsa, qızı öpsə, nəvazişlə davransa, qız da cəsarətlənər,qorxmaz. Bəy maksimum çalışıb cinsi əlaqəyə qədər qızı ehtiraslandırmalıdır.
Sonra isə deflorasiya başlayır,yəni qızlıq pərdəsinin açılması. Əgər qızlıq pərdəsi kobud şəkildə cırılsa bu pis nəticələrə gətirib çıxara bilər. Xüsusilə də zifaf gecəsiqızlıq pərdəsini açan zaman kişi çox ehtiyatla, nəvazişlə hərəkət etməlidir.

Toy gecəsinin ikinci qanunu:
Zifaf gecəsi həm bəy,həm də gəlin ayıq olmalıdır. Toy günü restoranda spirtli içki qəbul etmək, mədəsi dolana qədər yemək olmaz. Xüsusilə də xəmir xörəkləri,yağlı ət və s. ilə qarnı doldurmaq olmaz. Bu həm oğlana, həm də qıza aiddir. Maksimum bir qədəh şampan şərabı qəbul etmək olar.

Toy gecəsi necə hərəkət etməli?
Yaddan çıxarmaq olmaz ki, deflorasiya mütləq zifaf gecəsi olmamalıdır. Bəzən olur ki, qızlıq pərdəsi anadangəlmə defekt olur yaxud idmanla məşğul olan qızlarda o bilməyərəkdən cırılır. Həm də mümkündür ki,qızlıq pərdəsi cırılsın,lakin qanaxma olmasın. Bu heç də qızın bakirə olmadığı demək deyil.
Toy gecəsi olanlar gərək həm kişi, həm də qız üçün yaddaqalan, unudulmaz bir xatirə olsun. Çalışıb həmin günü qanqaraçılıq etmək, adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də zifaf gecəsi olacaq otaq sakit, səs-küydən uzaq, çarpayı isə rahat olmalıdır.

Azərbaycan toylarında yengə deyilən bir şey də olur. Çox vaxt xala,bibi,dayıarvadı (dayıdostu), əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir, onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub. Çünki o vaxtlar qızlar bilmirdi ki, toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uöurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə məncə, yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə,onu qəbul edibsə,yengənin nə işi var?
Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər. Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır. Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bəzən döşəyin altına pul da qoyurdu ki, sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var.

Ailə və Uşaq     Baxılıb: 6175   Tarix: 14 fevral 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Körpəni ilk saatından başlayaraq 6 ay yalnız ana südü ilə qidalandırın!- ÇAĞIRIŞ

"Bizim gələcəyimiz olan körpələrin sağlamlığı ana südündən başlayır. Xəstəliklərə qarşı əsas anticisimləri körpə ana südündən alır və ana südü ilə qidalandırma immunitetin güclənməsinə kömək edir. Odur ki, yeni doğulmu

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil. saytının bu yazısı 2 aylıq körpəsi olan valideynlərə, körpəsinin ilk uğurlarını qiymətləndirməyə kömək edəcək

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

turlar.az

gelinlikler gozel gorunmek geymler 2026 manqal salati bilik haqqinda atalar sözləri laylalar qadin dunyasi net kosmetika brusell bakteriyası şebnem tovuzlu ikizler novruza aid hakisda dostluq