Zöhrəvi xəstəlik SÜZƏNƏK. Simptomları və müalicəsi

Zöhrəvi xəstəlik SÜZƏNƏK. Simptomları və müalicəsiQonoreya, başqa adla desək, süzənək sidik-cinsiyyət orqanlarının, nadir hallarda isə ağızın, düz bağırsağın selikli qişalarını və konyuktivanı zədələyən zöhrəvi xəstəlikdir.
Xəstəlik hələ 3,5 min il əvvəl yazılmış "Ebres papirusunda" təsvir olunsa da, tərcümədə toxumun axması mənasını verən "qonoreya" adı eramızın II əsrində qədim roma həkimi Qalen tərəfindən verilib. Törədicinin tapılması isə alman dermatoveneroloqu Albert Neysserin adı ilə bağlıdır. O, ilk dəfə qonoreyanın törədicisini uretra və konyuktivadan ayrılan irində tapmış və mikroba "Neysser qonokokku" adı verilmişdir.
Törədici
Neysser qonokokkları mikroskop altında paxla formasında, cüt-cüt, çökək tərəfləri ilə üz-üzə yerləşən bakteriyalar şəklində görünür. Xarici mühitdə dayanıqsız olsa da, orqanizmə düşəndə qoruyucu kapsulla əhatə olunur və bu örtük bakteriyanı immunoqlobulinlərin təsirindən qoruyur. Mikrobun ifraz etdiyi beta-laktamaza fermenti isə antibiotikləri parçalayaraq onların təsirini zəiflədir və xəstəliyin xronikləşməsinə səbəb olur.
Yoluxma
Cinsi yolla yayılan infeksiya olsa da, doğuş zamanı anadan dölə yoluxa bilər. Bundan əlavə ağız və düz bağırsağın selikli qişasından da yoluxma mümkündür. Qonokokklar nadir hallarda ananın çirkli əlləri, dəsmal, hamam süngəri və alt paltarı vasitəsilə qızlara ötürülə bilər.
Simptomlar
Yoluxmadan ilk əlamətlərin baş qaldırmasına qədər keçən inkubasion dövr 2-7 gün çəkir. Antibakterial preparatların kiçik miqdarda qəbulu və yoluxanın immun müqavimətinin aşağı olması inkubasiya dövrünü 2-3 həftəyə qədər uzada bilər.
Sidik yollarının selikli qişasına düşən qonokokklar güclü iltihabi reaksiya törədir. Süzənəyin kəskin dövrü təqribən 2 aya qədər davam edir, bundan sonra xəstəlik xroniki formaya keçir.
Kişi və qadın orqanizminin anatomi-fizioloji xüsusiyyətləri bir qədər fərqli olduğuna görə xəstəliyin gedişi və əlamətlərinin fərqli cəhətləri var.
Kişilərdə qonoreya əlamətləri
Kişilərdə süzənək sidik kanalında qaşınma və yanma hissi ilə başlayır və həmin əlamətlər sidik ifrazı zamanı xüsusilə artır. Cinsiyyət orqanının başı iltihablaşmış olur, sıxanda sidik kanalından irin damcıları xaric olur. İnfeksiya uretranın arxa şöbələrinə yayılanda sidik çağırışları tezləşir, sidikburaxmanın sonunda qan damcısı xaric olur. Çox zaman prosesə qasıq limfa düyünləri də qoşulur, iltihablaşır və böyüyür.
Müalicə olunmayanda infeksiya bütün sidik kanalı boyu yayılır, prostat vəzə, xayalara və xaya artımlarına yayılır. Xəstədə sidik çağırışları çoxalır, sidiyəgetmə çətinləşir və güclü ağrı ilə müşayiət olunur, orqanizmin temperaturu yüksəlir, titrətmə və defekasiya zamanı ağrı əlamətləri olur.
Qadınlarda qonorreya əlamətləri
Qadınlarda qonoreyanın ilkin mərhələsində uretra, uşaqlıq yolu və uşaqlıq boynu kanalının selikli qişası zədələnir. Sidik kanalının iltihabı qaşınma, ağrılı tezləşmiş sidiyəgetmə, vagina və uşaqlıq boynunun zədələnməsi isə uşaqlıq yolundan irinli ifrazat, cinsi əlaqə zamanı ağrı əlamətləri ilə özünü göstərir. İrinli axıntı xarici cinsiyyət üzvlərinə düşəndə vulvit inkişaf edir.
Təəssüf ki, qadınlarda xəstəlik əlamətləri kişilərdə olduğu qədər qabarıq olmur və çox vaxt simptomsuz keçir. Ona görə qadınlarda süzənək əksər hallarda xronik formada aşkar olunur. Vaxtında və adekvat müalicənin aparılmaması infeksiyanın uşaqlıq, uşaqlıq boruları və yumurtalıqlara yayılmasına səbəb olur, qadında uşaqlıqdankənar hamiləliyə və sonsuzluğa aparıb çıxarır.
Ekstragenital formalar
Qonokokk proktiti daha çox irinli vaginal sekretin və ya infeksiyalaşmış spermanın düz bağırsağa düşməsi səbəbindən baş verir, ya gizli keçir, ya da düz bağırsaqda qaşınma və defekasiyanın ağrılı olması ilə müşayiət olunur.
Qonokokk faringiti və tonzilliti adətən simptomsuz keçir, bəzən udqunma zamanı ağrı olur. Həmin xəstələr infeksiyanın yayılmasında böyük rol oynayır.
Qonokokk blefariti - blenoreya - törədicinin çirkli əllər və ya doğuş yollarından konyuktivaya yayılması nəticəsində inkişaf edir. Gözlərin sulanması, qızarması, sarımtıl-yaşıl rəngli irinli ifrazatın axması kimi əlamətlər yaranır. Müalicə olunmayanda buynuz qişa və digər göz toxumalarının zədələnməsi və korluqla nəticələnir.
Diaqnostika
Xəstəliyə diaqnoz qoymaq üçün kişilərdə sidik kanalından, qadınlarda isə uşaqlıq yolundan, sidik kanalından və endoserviksdən yaxma götürülür. Ekstragenital cinsi əlaqə olanda yaxmanı udlaq və düz bağırsaqdan da götürmək vacibdir.
Ağırlaşmalar
Ən çox rast gəlinən ağırlaşmalar qonoreya prostatiti, orxit, adneksit və ooforitdir və onlar da bir qayda olaraq həmin orqanlarda çapıqlaşma, toxumun və yumurta hüceyrənin hərəkətinin pozulması və sonsuzluqla nəticələnir. Uretranın strikturası, yəni çapıqlaşması sidiyəgetmənin pozulmasına aparıb çıxarır. Nadir hallarda qonokokk peritoniti, artrit və ya sepsislə ağırlaşa bilir.
Müalicə
Süzənəyin müalicəsində ilk antibakterial preparatlar penisillin qrupu antibiotiklər olmuşdur. Lakin müasir dövrdə qonokokklarda ona qarşı davamlılıq yarandığından daha çox ftorxinolonlar, tetrasiklin sırası və makrolidlərdən istifadə olunur. Xroniki formaların müalicəsində yanaşı olaraq immunomodulyatorlar, biostimulyatorlar və fizioterapiya üsulları da tətbiq olunur.
Xalq təbabətində qonoreyanın müalicəsi üçün antibakterial və immunostimulyator bitkilərdən istifadə olunur.
Xalq təbabəti reseptləri
- İmmun sistemi möhkəmləndirmək üçün 300 qram qoz ləpəsi və 100 qram sarımsaq həvəngdəstədə əzilir, qarışdırılır, 15 dəqiqə su hamamında dəmlənir. Soyuyandan sonra 2 xörək qaşığı üyüdülmüş şüyüd toxumu və 1 kq bal əlavə olunur. 2 həftə gündə 3 dəfə yeməkdən yarım saat sonra 1 xörək qaşığı qəbul edilir. Məcunun antibakterial və iltihab əleyhinə təsirləri də var.
- Orqanizmin müqavimətini artırmaq üçün jenşen, eleuterokokk və ya araliya cövhərlərindən də istifadə olunur. Eyni məqsədlə 10 gün ərzində İmmunotea çayının dəmləməsi qəbul olunur.
- Hərəsindən 1 xörək qaşığı çöl qatırquyruğu otu və aptek çobanyastığı çiçəkləri 2 stəkan qaynar suda 30 dəqiqə dəmlənir, süzüləndən sonra gün ərzində içilir.
- Hərəsindən 1 xörək qaşığı xırdalanmış ardıc meyvəsi, tozağacı yarpaqları və zəncirotu kökləri 1 stəkan qaynar suda yarım saat dəmlənir və gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı qəbul edilir.
- Süzənək zamanı kəcəvər kökləri ilə hazırlanan vannalar yaxşı səmərə verir. 30 qram xırdalanmış köklər 1 litr suda 10 dəqiqə qaynadılır, ocaqdan götürüləndən sonra 1 saat dəmlənir. İsti vannaya əlavə olunur və 20 dəqiqə vanna qəbul edilir.
- İrinli ifrazatı azaltmaq üçün 1 xörək qaşığı atpıtrağı kökləri 1 stəkan soyuq suya əalvə olunur, qaynama dərəcəsinə çatandan sonra 15 dəqiqə vam ocaqda qaynadılır. Süzülmüş bişirmə hər yeməkdən 20 dəqiqə əvvəl 1-2 çay qaşığı qəbul edilir.
- Qadınlarda uşaqlıq yolunun yuyulması üçün 10 gün müddətində gündə 1 dəfə Profemin çayının dəmləməsi istifadə olunur.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1031   Tarix: 30 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

hamilelikde qidalanma gözəllik məhsulları qaşların formalari səfər duası masaj edirem 2026 ci ilin debi donlar yay ucun kosmetika banan novruz hakısdası veten haqqinda bayatilar prostat zencefil