Ağardıcı maskalar

Ağardıcı maskalarAğardıcı Maskaları günün ikinci yarısı etmək daha yaxşı olar. Maskalar ayda 2 dəfə edilir, hər kurs 10-15 prosedur təşkil edir. Prosedura başlamazdan əvvəl dərinizi təmizləməyiniz vacibdir.

Ballı-limonlu maska
Bir ədəd limonun şirəsini sıxın, üzərinə 100 qram bal əlavə edib qarışdırın, üzünüzə çəkin, 20 dəqiqədən sonra isti su ilə yuyun.

Ağardıcı kartof maskası
50 qram kartofu suda bişirib əzin və üzərinə 25 ml süd, bir yumurta sarısı və 15 ml limon şirəsi əlavə edib qarışdırın, 30 dəqiqə isti yerdə saxlayın. Maskanı üzünüzə çəkməmişdən öncə dərinizi limon şirəsi ilə silin. Maskanı çəkin, 20 dəqiqə saxlayın. Əvvəl isti, sonra sərin su ilə maskanı yuyun.

Limonlu maska

Bir ədəd limonun şirəsini sıxın, 1 xörək qaşığı xama ilə qarışdırın, üzünüzə çəkin, 20 dəqiqə sonra nəm pambıqla silin.

Ağardıcı losyon

Eyni qədərdə sirkə, su və limon şirəsini qarışdırın. Hər gün səhər və axşam üzünüzü bu losyonla silin.

Limon maskası

50 qram balı 5 damcı limon şirəsi və 1 çay qaşığı unla qarışdırın, üzünüzə çəkin, 15 dəqiqə saxladıqdan sonra isti su ilə yuyun.
Maskanı yuduqdan sonra dərinizə qidalandırıcı krem çəkin.
Bu ağardıcı maskanın üstünlüyü ondadır ki, bunu siz həm axşam, həm də səhər hazırlayıb istifadə edə bilərsiniz.

Südlü maska

50 qram yulaf topalarını üyüdüb üzərinə 50 qram süd əlavə edin, qarışdırın. Üzünüzə çəkib 20 dəqiqədən sonra isti su ilə yuyun.
Bu maska dərini ağartmaqla yanaşı, həm də dərini təmizləyir.

Gözəllik və Moda     Baxılıb: 7530   Tarix: 22 iyun 2014
f Paylaş

Oxşar xəbərlər

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Kosmetoloqa gedə bilməyənlər bunları etsin

Qadınlar gözəllik salonlarına gedib, müxtəlif kosmetoloji prosedurlar etdirirlər. Amma bəzən vaxt azlığı və ya edilən prosedur üzdə o qədər də effektli olmur. Kosmetoloqların etdiyi prosedurlarla yanaşı üzə ev şəraitind

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağl

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

Dünyanın ən bahalı dodaq boyaları

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zərgərlik sənətinin bir nümunəsi kimi qiymətləndirilir. Bu məhsulların yüksək qiyməti, onların hazırlanmasında istifadə olunan nadir və qiymətli materiallarl

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

turlar.az

gelinlikler kosmetoloq makiyaj etmek qaydalari yay geyim 2026 vətən bayatıları sızanaqlara qarşı maska yarpizin faydalari kosmetika veten haqqinda bayati burcler qiz adlari qu quşu layla