"Ağciyərlərin 70-80 faizi sıradan çıxır" - İnfeksionistdən HƏYƏCAN TƏBİLİ

"Ağciyərlərin 70-80 faizi sıradan çıxır" - İnfeksionistdən HƏYƏCAN TƏBİLİBayram günlərində insanlar qapalı məkanlara üz tutdular, qonaqlığa, kafelərə və restoranlara getdilər. Xeyir işlər baş tutdu, hətta gizlin toy məclisləri təşkil olundu. İnsanların bayramla əlaqədar olaraq bir-biri ilə təmasları artdığına görə təbii olaraq yoluxma sayları da artmağa başladı. Mütəxəssislər fevral ayında da proqnozlaşdırmışdı ki, yoluxmalar artacaq. Mart ayının əvvəllərində yoluxma sayı 3 rəqəmli idi, təəssüf ki, son həftələrdə bu rəqəmlər 2000-ə qədər gəlib çatıb.
Publika.az xəbər verir ki, bu barədə infeksionist Vüqar Cavadzadə paylaşım edib. O qeyd edib ki, insanların çoxu qaydalara əməl etmir:
"Ölkədə növbəti epidemik alovlanmanın başlaması ilə birlikdə ictimai nəqliyyatın da açılması düşünürəm ki, yoluxma sayında artıma səbəb olacaq. Qapanmalar insanların psixologiyasına mənfi təsir göstərir, həkimlər də istəmir ki, bu, baş versin. Qapanmalara o zaman gedilir ki, xəstə sayı artır və xəstəxanalara əlavə həkim personalı cəlb olunur. Bu, bizim üçün də çətin prosesdir. Digər tərəfdən, yoluxmaların çoxu ictimai nəqliyyatda baş verir, məsləhət görülür ki, ehtiyac olmadığı halda insanlar evdən çıxmasınlar. Son günlərdə insanlarda arxayınlıq yaranıb. Maskanı çənədə saxlayırlar, unutmayın ki, infeksiya yuxarı tənəffüs yolları ilə yoluxur, odur ki, maskanı burnunuzu da qapayacaq şəkildə taxın".
İnfeksionist qapanma olarsa, vaksin olunan şəxslərə SMS icazənin tətbiq olunmayacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib:
"İsraildə belə bir təcrübə var, bildiyim qədər vaksin olunmayan insanlar müəyyən yerlərə buraxılmır. Mən də o fikirdəyəm ki, SMS xidməti vaksin olunan şəxslərə aid olmamalıdır. Ölkəmizdə vaksinasiya könüllü olduğu üçün insanlar bu prosesdə aktiv iştirak etmirlər. "Sinovac"dan 4 milyon doza vaksin alınıb, onun sadəcə dördə bir hissəsi istifadə olunub. Vaksinin ilk dozası kifayət qədər süni aktiv immunitet yaradır, lakin onun ikinci dəfə vurulması da lazımdır. Bunun səbəbi nədir? Birinci dozadan sonra koronavirsa qarşı immunitet yaranır, lakin lazım olan dözümlülük səviyyəsinə çatmır. 28 gündən sonra ikinci dəfə yenidən vaksinasiya aparılır ki, yaranan immunitet daha dayanıqlı və uzunmüddətli olsun. Vaksinasiyanın aparılması xəstəlikdən 100% müdafiə etmir. Amma vaksin olunan şəxslər virusa yoluxsa da, onu ağır keçirmir, ölüm halları kəskin şəkildə azalır".
Vüqar Cavadzadənin sözlərinə görə, evdə yatan xəstələr düzgün müalicə olunarsa, xəstəxanaya düşməzlər:
"Bir həftə, on gün evdə yanlış müalicələr aparılır, xəstələr ağırlaşır, ondan sonra yadlarına düşür ki, mütəxəssisə müraciət etmək lazımdır. Həkimə gələndə məlum olur ki, onun artıq oksigenə ehtiyacı var və ağciyərlərinin 70-80 faizi sıradan çıxıb. Xəstə xəstəxanada dünyasını dəyişəndə insanlar bunda xəstəxananı günahlandırır".
Həkim onu da qeyd edib ki, elmi ədəbiyyatlarda epidemiyalar və pandemiyalar zamanı dalğa sözü işlədilmir:
"İnfeksiyalar zamanı epidemik proseslər nəticəsində epidemik alovlaşma baş verir ki, bu da yüksək yoluxma səviyyəsinə səbəb olur. Bir infeksiya epidemiyaya səbəb olursa, epidemiya dövründə bir, yaxud bir neçə dəfə bioloji və sosial amillərin təsiri nəticəsində yenidən epidemik alovlaşma baş verə bilər. Nəticədə növbəti dəfə epidemik alovlaşma baş verir. Dalğa yox, epidemik alovlaşma".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 3205   Tarix: 31 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

qadın geyimi qadin sayti makiyaj instagram yay paltarlari 2026 çanta içi doldurulmuş badımcan turşusu blincik hazirlanma qaydasi kosmetika irem derici ariqla arxadan olmaq sirin qogal mikayıl abdullayev