Ağrıyan bölgəni 20 dəqiqə o suda saxlasanız... – TƏBİİ MÜALİCƏ ÜSULLARI

Ağrıyan bölgəni 20 dəqiqə o suda saxlasanız... – TƏBİİ MÜALİCƏ ÜSULLARIXüsusilə ayaq, bel-kürək bölgəsində müşahidə edilən əzələ ağrıları gündəlik həyatı çətinləşdirir və hərəkəti məhdudlaşdırır. Lakin ev şəraitində də əzələ ağrılarına və iltihaba yaxşı təsir edən təbii müalicə üsulları var. Ailem.az onları təqdim edir.

Buz torbası qoyun

Təsirlənən əzələ bölgəsinə buz torbası qoyun. Bu üsul ağrı və iltihabı azaltmağa kömək olacaq. Buzun verdiyi soyuqluq qan hüceyrələrinə təzyiq edərək, bölgənin qan axımını zəiflədir. Buz parçalarını nazik dəsmalın arasına qoyun. 5 dəqiqə təsirlənən bölgənin üzərində saxlayın. Bu müalicəni ilk 24 saat hər saat başı təkrar edin. Buz parçaları ilə yanaşı dondurulmuş tərəvəzlər də işə yarayar.

İsti suda saxlayın

Əzələdəki ilk ağrıdan 24 saat keçdikdən sonra isti su ilə müalicə sizi rahatladacaq. İsti su ağrını azaldaraq qan dövranını artırır və yaxşılaşma müddətini sürətləndirir. Bunun üçün bir qabı isti suyla doldurun və bir stəkan iri duzu suya əlavə edib qarışdırın. Bu duz növündəki maqnezium əzələlərin rahatlamasını təmin edəcək. Bədəninizdə ağrıyan bölgəni ən az 20 dəqiqə bu suda saxlayın. İki gündən bir təkrarlayın.

Gilənar yeyin

2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, gilənar bir çox antioksidant və iltihabın qarşısını alan birləşmələr ehtiva edir. Bu da əzələ ağrılarını azaldır və iltihablanmağa imkan vermir. Əzələ ağrılarından qorunmaq üçün hər dəfə məşqdən sonra yarım stəkan gilənar yeyin. Şəkərsiz gilənar suyu da içə bilərsiniz.

Zərdəçal yeyin

Zərdəçal (sarıkök) həm yaxşı ağrıkəsici, həm də iltihabın qarşısını alan güclü bir bitkidir. 1 stəkan südlə 1 çay qaşığı zərdəçal tozunu qarışdırın. Zəif odda isidin və gündə iki dəfə yavaş-yavaş için. Bərabər miqdarda rəndələnilmiş limon və zərdəçalı duzla qarışdıraraq sıyıq hazırlayın. Ağrıyan əzələlərə tətbiq edin. 30 dəqiqəyə qədər saxladıqdan sonra ilıq su ilə durulayın. Ağrı gedənə qədər bu müalicəni gündə iki dəfə edin.

Zəncəfil çayı için

Zəncəfil iltihabın qarşısını alan təbii bitkidir. Qan axımını və dövranını nizamlayır. 2010-cu ildə aparılan araşdırmalardan biri sübut edib ki, hər gün xam və ya işlənmiş zəncəfil qəbul etmək əzələ ağrılarını azaltmağa kömək olur. Bunun üçün gündəlik 3 stəkan zəncəfil çayı içə bilərsiniz. Zəncəfil kökündən kiçik bir parça kəsin və iki stəkan suda 10 dəqiqə qaynadın. Süzdükdən sonra bir az bal əlavə edin.

Alma sirkəli suda saxlayın

Alma sirkəsi əzələ ağrıları üçün möcüzəvi bir müalicə üsuludur. İltihab və ağrının qarşısını alır. İlıq suya iki stəkan alma sirkəsi əlavə edin. Ağrıyan bölgəni 15-20 dəqiqə bu suda saxlayın. Tamamilə yaxşılaşana qədər bir neçə gün tətbiq edin. Digər variant da var. Bir stəkan suya 1 qaşıq alma sirkəsi və bir az bal əlavə edin. Bir həftə boyu hər gün için.

Qırmızı bibər istifadə edin

Qırmızı bibərin ağrıkəsici və iltihab əleyhinə xüsusiyyəti var. Eyni zamanda əzələ ağrısı və sərtliyini azaldır. 2 yemək qaşığı zeytun yağı ilə 1 qaşıq qırmızı bibəri qarışdırın. Bu qarışığı ağrıyan bölgəyə tətbiq etdikdən sonra sarıyın və gecə boyu saxlayın. 2 və ya 3 gün bunu təkrarlayın. Digər üsul da mövcuddur. Yarım stəkan Hindistan qozu yağı ilə 5 çay qaşığı qırmızı bibəri qarışdırıb isidin. 24 saat saxladıqdan sonra yağı süzün və qalan hissəni bir qabda saxlayın. Bu qarışımı ağrıyan bölgəyə gündə 2-3 dəfə masaj edərək çəkin. Yaxşılaşmağı sürətləndirmək üçün yeməklərinizə qırmızı bibər əlavə edə bilərsiniz.

Bibəriyə sürtün

Həm təzə, həm də quru bibəriyə yarpaqları ağrını dərhal azaldan təsirə malikdir. 85 qram quru bibəriyə yarpaqlarını 8 stəkan suda qaynadın. 20 dəqiqə dəmlənməsi üçün saxlayın. Ağrıyan bölgəni 15 dəqiqə bu qarışımda saxlayın. Üç gün ərzində gündə 2-3 dəfə çəkin.

Xardal yağı ilə masaj edin

Xardal yağı qan axımını artırır və əzələləri genişləndirir. Eyni zamanda ağrını azaltdığı kimi yaxşılaşma müddətinə də kömək olar. 10 diş sarımsaq doğrayın. Sarımsaqları 4 qaşıq xardal yağında qəhvə rəngi alana qədər isidin. Soyumasını gözləyin və süzün. Qarışımla təsirlənən bölgəni masaj edin. Bir neçə gün ərzində bu müalicəni təkrarlayın.

Banan yeyin

Banan onurğa və əzələ ağrıları üçün yaxşı müalicə üsuludur. Kalium baxımından zəngin meyvədir. Kalium çatışmazlığı əzələ zəifliyi, yorğunluq və qıc olmaya səbəb olur.
Ağrılı əzələləri müalicə etmək üçün hər gün banan yeyin. İstəsəniz, bananı mikserdən keçirərək sıyığını içə bilərsiniz. Hər iki üsul bədəninizə kalium və kalsium qazandıracaq.

Ağrıkəsici istifadə etmək əvəzinə yuxarıda sadaladığımız müalicələri tətbiq edə bilərsiniz. Əgər əzələ ağrılarınız uzun müddət davam edərsə, həkimə müraciət edin.

Sağlamlıq     Baxılıb: 1242   Tarix: 13 yanvar 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Cinsi aktivlik üçün istifadə olunan dərmanlar - Azərbaycanlı həkimin ŞƏRHİ

Dünyada, eləcə də Azərbaycanda cinsi istəyi artıran preparatlara hər zaman tələbat olub. Bu tələbatın fonunda cinsi aktivliyi artıran "Viaqra" kimi preparatların bəzi hallarda ölümə səbəb olduğu barədə müxtəli

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Günəş yanıqlarında istifadə olunan effektiv üsullar

Xüsusilə yay aylarında tətildə günəş vannası qəbul edərkən günəş yanığı baş verə bilər. Günəş kremi istifadəetmədən günəş vannası qəbul edərkən günəş yanığı əmələ gəlir və bu, insanı çox narahat edir. Bir çox insan günə

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

turlar.az

sonxeber.az toy makiyajlari geymler 2024 geyim seçimi manqal salati xina sozleri qizilgul haqqinda melumat qadin dunyasi kulinariya kosmetika sperma geyim qızlıq pərdəsi dolça hüzeyir hacibəyov