ALOE VERA BİTKİSİNİN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

ALOE VERA BİTKİSİNİN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİAloe veranın faydalı xüsusiyyətləri. Zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Kalın evakuasiyasını tezləşdirməklə yanaşı bağırsaqların selikli qişasındakı iltihabı ocaqların sağalması prosesini də tezləşdirir.

Aloe vera ürək-damar sisteminin funksional işinin bərpasında və yaxud ürək əzələlərinin elastikliyinin artmasında və qidalanmasında, gərginliyin götürülməsində rolu vardır. Həmçinin damarların elastikliyini, möhkəmliyini və sıxlığını artırır. Arterial təzyiqi tədricən stabilləşdirir və qan dövranını yaxşılaşdırır.

Müalicə məqsədi ilə aloe yarpaqlarında yığılan geləbənzər maddə istifadə olunur. Bunun üçün 2-3 illik yarpaqları dibindən kəsilərək götürülür. Yarpaqlarda efir yağlar, ferment maddələr, vitaminlər, aminturşuları, minerallar, fitonsidlər və s. aşkar olunmuşdur. Tərkibindəki maddələrin hər birinin özünəməxsus müalicəvi xüsusiyyəti vardır.

Aloe vera yarpaqlarından xalq təbabətində geniş istifadə olunur. Ondan hazırlanmış vasitələr müxtəlif xəstəliklərin müalicəsində tətbiq edilir. Maddələr mübadiləsini yaxşılaşdırmaq xüsusiyyətinə malik olan bu bitkinin zəifləmiş orqanizmin bərpasında istifadəsi real nəticəsini qəbulundan bir neçə gün sonra göstərməyə başlayır. Çünki tərkibindəki biostimulyatorlar toxumaların hüceyrələrində gedən maddələr mübadiləsini sürətləndirir və orqanizmdə durğunluğun əmələ gəlməsinin qarşısını alır.

Aloe vera orqanizmi rentgen şüaların təsirindən qoruyur və radioaktiv maddələri orqanizmdən xaric edir. Həmçinin günəş yanıqları zamanı dərinin bərpasında istifadə olunur. Damarların funksional işini yaxşılaşdıra bilən aloe dərman vasitələri, səbəbi naməlum baş ağrılarının müalicəsi zamanı effektli təsir göstərir. Ağrılar tədricən çəkilir və xəstə özünü çox gümrah hiss edir.

Bronxial astma xəstəliyi zamanı aloe dərman vasitəsinin qəbulu xəstənin vəziyyətini dəfələrlə yaxşılaşdırır və xəstədə əvvəllər olduğu kimi boğulma halları olmur. Hətta, paralel olaraq antibiotik və digər dərman preparatları qəbul etməklə bronxial astmadan tam olaraq sağalmaq mümkündür.

Dərman vasitəsinin hazırlanma qaydası

Aloe şirəsini biostimulyator kimi istifadə etmək üçün yaşı 2 ildən az olmayan yarpaqlarını dibindən kəsilərək götürülür. Həmin yarpaqları quru və qaranlıq yerdə, kağız üzərində 15-20 gün saxlamaq lazımdır. Müddət keçəndən sonra yarpaqları iki yerə bölün, içindəki geləbənzər maddəni qaşıqla şüşə boşqaba boşaldın. Hazır 100 ml aloe şirəsinin üzərinə 180 ml bal, 120 ml tibbi (etil spirt) spirt və 50 ml soyuq qaynar su əlavə edib qarışdırın. Hazır məlhəmi qapaqlı şüşə qabda, qaranlıq və soyuq yerdə 6 gün saxlayın. Hər gün şüşə qabı çalxalayaraq qarışdırın.

Məlhəm 6 gündən sonra qəbul etmək üçün hazır olur. Qəbul qaydası: 1 xörək qaşığı gündə 3 dəfə ac qarına qəbul edilir. Uşaqlara 0,5-1 çay qaşığı olmaqla gündə 2-3 dəfə yeməkdən qabaq verilir. Miqdar yaşa uyğun olaraq tənzimlənir. Fasiləsiz 8-14 gün qəbul olunur. Ehtiyac olduğu halda 8-10 gün ara verin və qəbulunu bərpa edin. İlk dəfə qəbul etdikdə bir dəfəyə qəbul etdiyiniz miqdarı yarısına qədər azalda bilərsiniz. İki-üç gün sonra miqdarı tədricən artırın və normaya çatdırın.

Bu məlhəm yalnız yuxarıda qeyd olunan xəstəliklər zamanı deyil, bir çox xəstəliklərdə qəbul oluna bilər.

Bütün dərmanlarda olduğu kimi aloe şirəsinin də mənfi və müsbət tərəfləri vardır. Kimə necə təsir edəcəyini qabaqcadan bilmək mümkün deyil. Ona görə də məsləhət görülən miqdarda məlhəmdən qəbul edin və təsirini bir-iki gün müşayiət edin. Əgər əks təsiri varsa, özünü mütləq büruzə verəcək. O zaman miqdarını azaldın və yaxud narahat doğuran məqamlar çoxdursa, qəbulunu dayandırın. Adətən, problemlər heç vaxt qorxulu həddə olmur, mövcud əks təsirlər sərbəst olaraq çəkilir.

Bu məlhəmi şəkərli diabet xəstələri və hamilə qadınlar qəbul etməməlidirlər. Həmçinin epilepsiya xəstələri məhdud miqdarda qəbul etməlidirlər. Təbii bala allergiyası olan xəstələrə qəbulu yolverilməzdir.
xatun.life

Sağlamlıq     Baxılıb: 2625   Tarix: 11 iyul 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

turlar.az

toy makiyajlari hamilelikde qidalanma qadin dunyasi azerbaycan xalq mahnilari adlari ayaqqabi modelleri 2026 goz altı qırışlar körpə və ona qulluq kosmetika badambura ekizler pomidor novruz baldiza aid haxisda