Anafilaktik şok

Anafilaktik şokAnafilaktik şok -orqanizmin müəyyən allergenlərə qarşı qeyri-adekvat reaksiyasıdır. Həyat üçün təhlükəlidir.
Anafilaktik şok - xəstənin həyatı üçün təhlükəli olan, yadcinsli( antigen) maddə ilə təmas nəticəsində baş verir. Anafilaktik şok - sürətli tip allergik reaksiyalara aiddir ki, bu zaman antigenin antitellə birləşməsi nəticəsində qana bioloji aktiv maddələr ( histamin, serotonin, bradikinin) ifraz olunur. Bu maddələr qandamarlarının keçıriciliyini artırır, daxili orqanların əzələlərinin spazmına və digər pozğunluqlara səbəb olur. Arterial təzyiq aşağı düşür, beynə az oksigen daxil olur ki, bu da huşun itməsinə səbəb olur.
Səbəbləri:
Anafilaktik şoka səbəb həşəratların dişləməsi, bəzi dərman preparatların qəbulu ( penisillin, sulfanilamidlər, zərdablar, vaksinlər) ola bilər. Bəzi qida maddələrinin ( şokolad, araxis, portağal, manqo, balıq) qəbulu, müxtəlif tozlar da buna gətirib çıxara bilər.
Simptomları:
Allergenlə kontaktdan bir neçə saniyə və ya dəqiqə sonra meydana çıxa bilər.
-huşun itməsi
-arterial təzyiqin aşağı düşməsi
-qıcolmalar
- qeyri- iradi sidik ifrazı
Xəstələri çoxunda aşağıdakı əlamətlər ola bilər. İstilik hissi, dərinin hiperemiyası, ölüm qorxusu, baş ağrıları, döş qəfəsində ağrı ilə təzahür olur. Arterial təzyiq kəskin aşağı düşür, nəbz sapvari olur.
Anafilaktik şok aşağıdakı variantlarla mümkündür
-dərinin qızarması, güclü qaşınma, Kvinke ödemi və övrə
- sinir sistemi tərəfindən güclü baş ağrısı, qıcolma
-tənəffüs sistemi tərəfindən təngnəfəslik
-ürəkdə miokardit, miokard infarktının inkişafı
Siz nə edə bilərsiniz:
Bu zaman mütləq "Təcili yardım" çağırmaq lazımdır. Həkim gələnə qədər allergenin orqanizmə təkrar daxil olmasının qarşısını almaq lazımdır. Əgər həşərat dişləyibsə dişləmə yerindən yuxarıda jqut qoymaq lazımdır. Xəstəyə horizontal vəziyyət verərək onu böyrü üstə uzatmaq lazımdır ki, boğulma olmasın.
Həkim nə edə bilər:
Həkim xəstəyə oksigen balışı ilə oksigen verir, həşərat dışləyibsə dişlək yerindən yuxarıya jqut qoyur, allergiya əleyhinə dərmanlar yeridir. Həyati mühüm funksiyaları bərpa etmək üçün müvafiq yardım göstərir.
Profilaktika:
Əvvəlcədən onun qarşısını almaq mümkün deyil. Belə xəstələr hansı allegenə qarşı həssas olduqlarını xüsusi vərəqəyə yazıb öz üstlərində gəzdirməlidirlər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1017   Tarix: 27 sentyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetoloq geyim və ayaqqabılar adlarin menasi vetenperverlik qadın döşü ordan burdan sizanaqlara qarsi vasite kosmetika qardasa aid haxistalar olumu burcler haqqinda tapmacalar toy gecesı