Astiqmatizm və onun korreksiyası

Astiqmatizm və onun korreksiyasıGöz xəstəlikləri və görmənin patologiyaları arasında ən geniş yayılan xəstəliklərdən biri astiqmatizmdir. Astiqmatizm gözün optik sisteminin çatışmazlığı nəticəsində yaranan görmə itiliyinin zəifləməsidir. Onun əsas səbəbi buynuz qişanın əsas meridianlarda əyrilik radiuslarının fərqliliyidir. Xəstəliyin anadangəlmə və qazanılmış formaları mövcuddur. Anadangəlmə astiqmatizm irsi meyillik, ana bətnində keçirilmiş infeksion xəstəliklər nəticəsində yaranırsa, qazanılmış astiqmatizm buynuz qişanın xəstəlikləri, buynuz qişada keçirilmiş əməliyyatlar və zədələrdən sonra inkişaf edir. Refraksiyanın dəyişikliyinə görə astiqmatizmin üç forması ayırd edilir: sadə, mürəkkəb, qarışıq. Sadə astiqmatizm gözün bir meridian üzrə sınma qüvvəsi normal göstəricilərdə olsa da, digər meridian üzrə miopiyaya, ya da hipermetropiyaya uyğun olur. Mürəkkəb astiqmatizm fərqli meridianlarda müxtəlif dərəcədə qeydə alınan eyni tip refraksiya pozulmasıdır. Qarışıq astiqmatizm isə gözün bir meridianında miopiya olduğu halda, digər meridian üzrə hipermetropiyanın olmasıdır.
Milli.Az bildirir ki, həkim-oftalmoloq Gültəkin Məmmədova geniş yayılmış göz xəstəliklərindən olan astiqmatizm haqqında AZƏRTAC-a məlumat verərək deyib: "Astiqmatizm görüntünün torlu qişada fokuslanmasının pozulması, buna görə də cismin uzaqda və ya yaxında yerləşməsindən asılı olmayaraq, görmə itiliyinin itməsi ilə nəticələnir. Bu da akkomodasiyanın spazmı və bəzi klinik əlamətlərin üzə çıxmasına səbəb olur. Astiqmatizmin simptomlarına gözlərin daim yorğunluğu, başağrısı, başgicəllənmə, görüntünün yayılması və deformasiyası, gözlərin qıyılması və gözdən yaşaxma aiddir. Həmin patologiya uşaqlarda vaxtında müalicə edilmədikdə astiqmat gözün torlu qişasının görüntünü qavrama funksiyası sanki "sönür", monokulyar görmə yaranır, nəticədə çəpgözlük formalaşır. Astiqmatizmin profilaktikası üçün oxuma, yazma və ümumilikdə gözlərin yüklənməsi zamanı işıqlandırma düzgün olmalı, işıq yuxarıdan düşməli, neon lampalarından istifadə olunmamalıdır."
Həkim-oftalmoloq astiqmatizm zamanı eynəklər, kontakt linzalar və lazer korreksiyasından istifadə olunduğunu qeyd edib: "Astiqmatizmin növündən asılı olaraq müsbət və ya mənfi silindrik linzalar istifadə olunaraq eynəklər hazırlanır. Eynəklər görməni müəyyən qədər korreksiya etsə də, bir çox narahatlıqlar törədir, yan görməni məhdudlaşdırır, idman və başqa fiziki hərəkətlərlə məşğul olmağa mane olur. Eynəyin qırılması üzün və gözlərin zədələnməsinə səbəb ola bilər. Bundan əlavə yanlış seçilən eynəklər gözləri daim yorur və astiqmatizm dərəcəsini artırır. Bunlara baxmayaraq eynəklər ən sadə, münasib və təhlükəsiz korreksiya üsulu hesab olunur. 3 dioptriyə qədər yüngül astiqmatizmin korreksiyası üçün xüsusi torik linzalardan istifadə edilir. 18 yaşdan yuxarı insanlarda astiqmatizmin stabil formalarının korreksiyası üçün isə lazer korreksiyasından istifadə olunması məsləhətdir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1516   Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 kosmetoloq sac duzumleri konservləşdirilmiş məhsullar kitayski roza darcin faydasi qadın hüquqları kosmetika dostluq atalar sözü usaq geyimleri novruz bayramına aid hakışda pizza