Astma

AstmaAstma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya var.

Astma tutmaları zamanı tənəffüs yolları əzələləri gərginləşir, selikli qişasi şişkinləşir. Bu bronxlarla keçən havanın həcmini azaldır və quru xırıltıların əmələ gəlməsinə səbəb olur. Bəzi xəstələrdə quru xırıltılar tutmalar şəklində olaraq simptomsuz dövrdən seçilir. Bəzi xəstələrdə uzun müddətli tənəffüs müddətinin qısalması müşahidə olunur. Digər qrup xəstələrdə isə öskürək əsas simptom olaraq qalır. Astma tutmaları bir neçə dəqiqədən bir neçə günədək davam edir. Tənəffüs həcmi kəskin azalarsa təhlükəli ola bilər.

Həssas insanlarda allergiya törədən maddələrlə nəfəs alma xəstəliyin başlamasına start verə bilər. Bunlara heyvan xəzi, gənə, tarakan allergenləri, bitki tozları, plastik tozlar daxildir. Eyni zamanda respirator infeksiyaları, soyuq hava, siqaret çəkmə, stress, qida və dərman allergenləri da buna səbəb ola bilər. Bəzi xəstələrdə aspirin və digər qeyri steroid tipli iltihab əleyhinə olan preparatlar astmanı provokasiya edə bilər.

Əlamətlər

- xırıltılar
- qəfil başlanır
- epizodik olur
- gecə və ya səhər erkən daha güclü ola bilər
- soyuq havadan güclənə bilər
- öz-özünə keçə bilər
- bronxodilatatorlarla müalicə olunur
- Fiziki yüklənmə nəticəsində kəskinləşən tənəffüs qısalığı
- Qabirğaarası dərinin tənəffüs zamanı dartılması

Təcili yardım simptomları:
- Tənəffüsün çətinləşməsi
- Üz və dodaqların göyərməsi
- Həyacan və tənəffüsün qısalması
- Sürətli nəbz
- Tərləmə
- Astma tutmaları zamanı xəstələrdə əmələ gələn çaşqınlıq

Əlavə simptomlar:
- Burun pərlərinin genişlənməsi
- Döş qəfəsində ağrı və gərginlik
- Qeyri normal tənəffüs-Nəfəsvermə nəfəsalmadan iki dəfə uzundur
- Nəfəsalma müvəqqəti dayanır

Müayinə:

Allergik testlərin aparılması allergenləri tapmağa kömək edə bilər. Ümumi allergenlər heyvan xəzi, gənə, tarakan məhsulları, ev tozu, bitki və plastik tozlar allergenləridir. Ümumi tənəffüs yolları qıcıqlandırıcıları siqaret tüstüsü, ağac yanmasından və qazların yanmasından əmələ gələn tüstülərdir.
Həkim ağciyərlərə qulaq asmaq üçün stetoskop istifadə edir. Xəstənin astması varsa uyğun səslər eşidiləcək. Lakin astma tutmaları arası ağciyərlər üzərində normal tənəffüs eşidilir.

Əlavə olan testlər:

- Ağciyər funksiyasını yoxlamaq üçün testlər
- Nəfəsvermə zamanı tənəffüs həcminin ölçülməsi
- Döş qəfəsinin rentgeni
- Qan analizləri (eozinofillərin sayılması ilə)
- Arterial qanda qazların təyini

Müalicə

Müalicə əsasən allergenlərdən, tənəffüs yollarını qıcıqlandıran maddələrdən uzaq olmaqdan və tənəffüs yollarının iltihabından qaçmaqdan ibarətdir.
Müalicə üçün əsas 2 dərman növləri var:
Uzun müddətli dərmanlar profilaktikası üçün istifadə olunur, onlar aşağıdakılardır:
- İltihabın qarşısını alan steroidlər ( Azmacort, Vanceril, AeroBid, Flovent)
- Leykotrien inhibitorları (Singulair və Accolate)
- Anti-IgE terapiyası (Xolair)
- Uzun müddətli bronxodilatatorlar (Serevent)
- Xromolin sodium (Intal) və ya nedocromil sodium
- Aminofillin və ya teofillin
Bəzən steroid və bronxodilatatorlar birgə işlədilir.
Tutma zamanı sürətli təsir edən dərmanlar:
- Qısa təsirli bronxodilatatorlar (Proventil, Ventolin, Xopenex).
- Kortikosteroidlər (prednisolone və ya methylprednisolone), ağıza və ya venaya vurulur.

Orta ağırlıqlı astma zamanı qısa təsir müddətli dərmanlardan istifadə olunmalıdır. Ağır formada özünü göstərərsə xəstəlik üçün daimi müalicə tətbiq olunmalıdır. Kəskin formada isə xəstəxana şəraitində müalicə aparılmalıdır.
Peak flow meter (tənəffüs həcmini təyin edir) ağciyər həcmini ölçmək üçün sadə qurğudur, tutmanın başlayacağını simptomlardan əvvəl xəbər verir.
Peak flow meter dərman müalicəsini nə zaman başlamağa ehtiyac olduğunu göstərir.
Peak flow 50-80% arası olarsa bu orta ağırlıqlı xəstəlikdir, 50%-dən aşağı isə kəskin tutmadır.

Proqnoz

Astmanın müalicəsi yoxdur. Düzgün aparılan müalicə simptomların bir müddətdən sonra azalmasına gətirir. Və bir çox xəstələr normal həyat yaşayır.
Ağırlaşmalar:
- Tənəffüs sisteminin üzülməsi
- Dərmanların əlavə təsirləri
- Pnevmotoraks
- Ölüm

Həkimə nə zaman getməli:

Əgər siz və ya uşağınız astmadan əziyyət çəkirsinizsə həkimə müraciət edin.
Tənəffüs həcmi 50-80%-dirsə və əlamətlər əvvəl yazılmış müalicə ilə azalmırsa təkrar müayinəyə gedin.
Kəskin tənəffüs problemləri, döş qəfəsində ağrı ilə təcili yardıma müraciət edin.

Profilaktika

Allergenlərdən uzaq olmaqla xəstəliyin kəskinləşməsinin qarşısını almaq olar. Bunu toza allergiyası olanlarda evdən xalçaları yığışdırmaqla, quş tükündən olan balışları dəyişməklə, tez-tez evləri təmizləməklə etmək olar. Belə insanlar tüklü heyvanlardan da uzaq olmalıdır.
Eyni zamanda belə xəstələr siqaret tüstüsundən və sənaye tüstülərindən də uzaq olmalıdır.

Sağlamlıq     Baxılıb: 2607   Tarix: 04 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

kosmetoloq geyim dəbləri yay geyimləri 2026 qadın sonsuzluğu ana haqqinda atalar sozleri goyemin faydasi qadinlarin seksi kosmetika şəhid haxisda rus dilini oyrenek 2ci ders şirin qoğal bayati