Atasız böyüyən bir qızın həyata üsyanı

Atasız böyüyən bir qızın həyata üsyanıYağış yağsın istəyirəm. Elə yağsın ki, aparsın məni qəmgin baxan səmalara. Elə yağsın ki, yusun bütün pislikləri. Yer üzündəki bütün dərdi, qəmi, kədəri. Yağış yağsın, elə yağsın ki, sulansın bütün güllər, çiçəklər, çəmənlər, bütün diyar. Amma qorxuram ki, aparsın hər yeri sellər, sular. Pisliklərdən qorunmaq üçün gizlənsin bütün insanlar.

Yağış yağsın istəyirəm, elə yağsın ki, rahatlansın içimdəki bütün acılar. Elə yağsın ki, yuyub aparsın bütün pis insanları, onlarla birlikdə gələn şeytanlıqları.

Bəlkə də bəzi insanlar üçün yağış onların içlərini qaraldır, onları ruhən öldürür. Bəziləri isə əksinə yağışdan zövq alır. Mən də yağışdan zövq alanlardanam. Amma hər şeyin çoxunun zərərli olduğu kimi yağışın da çox yağması zərərlidir. Özü ilə birlikdə sellər, leysanlar, daşqınlar gətirir. Bu da məni qorxudur.

Heç unutmaram,bir gün yağış yağırdı, axşam idi. Biz isə həmişəki kimi evdə anam və qardaşlarımla birlikdə oturmuşduq. Birdən yağış getdikcə bərkiməyə başladı və bu məni çox qorxutdu. Bilmirəm niyə, amma yanımızda atam olanda heç nədən qorxmur, onun bizi qoruyacağını düşünürdüm. Amma o yox idi. O getdikdən sonra hər şey bizim üçün daha da qəlizləşdi. Çünki kişisiz ev damsız binaya bənzəyir. Sanki bu həyatda acizləşir insan. Amma biz yıxılmadıq və anamızla birlikdə bütün çətinliklərə sinə gərib böyüdük. Sözün əsl mənasında, həyat bizi yıxıla-yıxıla olsa da böyütdü.
Atasız böyüyən bir qızın həyata üsyanıAtasız uşaq daha dözümlü və daha tez böyüyürmüş. Bunu mənə əvvəl desəydilər, bəlkə də inanmazdım. Bilmirəm, bizim belə atasız böyüməyimiz kimisini sevindirdi bəlkə, amma kimisini də kədərləndirdi. Sevinənləri bilmirəm, amma kədərlənənlərin arasında birinci sırada anam dayanırdı. Çünki həm çox əzab çəkmişdi bizi böyütmək üçün, həm də atasızlığı bizə hiss etdirməməyə çalışırdı. Amma bu mümkün deyildi. Düzdü böyüdük, amma yarım böyüdük. Baxmayaraq ki, bizim rahat həyat yaşamağımız üçün anam hər şeyi etmişdi. Amma nə olsun, bir tərəfim yenə ata istəyi, ata sevgisi ilə alovlanırdı.

Buna baxmayaraq, çox da yaxşı böyüdüm. İndi isə ayaqlarımın üstündə tək qorxmadan dayanmağı bilmək üçün daha da güclü olmaq, istədiyim hər şeyi əldə etmək üçün böyümək istəyirəm. İnsan hər anını bu prinsiplə keçirsə, məncə çox daha uğurlu olar bu həyatda. Yolum uzundur, hələ yavaş-yavaş irəliləmək, təzə ayaqlanmış körpə kimi bu yolda addımlamaq lazımdır. Ən çox bizə yıxılacaq, ayaq üstə dura bilməyəcək deyənlər üçün bu yolu addımlamaq istəyirəm. Çünki həmin insanlar vaxtında bizə əziləcək bir böcək kimi baxırdılar. İndi isə bizim ailənin və mənim qalxmağımı həzm edə bilmirlər. Bu isə mənə xoş təsir bağışlayır. Mənim anamın ayağına dəyən yüngül bir daş mənim içimdə illərlə yara olaraq qalır. Hər dəfə göynəməkdə olan üstü açıq yara kimi... Bilirəm ki, bu yolda anamın çəkdiyi bunca əziyyətin bəhrəsinə ona verə biləcəyəm. Onun üzünü bundan sonra güldürmək qardaşlarımla birlikdə bizim boynumuzun borcudur...

Qəmər Can

Ailə və Uşaq     Baxılıb: 8411   Tarix: 16 noyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

turlar.az

yaz geyimleri 2026 yay kolleksiyasi hamilelikde qidalanma duzlu xəmir işləri toy dəbi marqarita pizza moruğun faydasi kosmetika tərəzi bürcü zehmet ve zinet novruz hakıştası vətənə aid əqrəb