Başın masajı

Başın masajıBaşın dərisinin qidalanması və nəticədə saçların vəziyyətinin yaxşılaşdırılması üçün mütəxəssis və ya insanın özü tərəfindən başını masaj etməsi çox xeyirlidir. Yadda saxlayın ki, belə masaj yağlı saçları və ya hər hansı dəri xəstəliyi olan (seboreya və s.) insanlar üçün əks göstəriş hesab olunur.

Başın masajı ayaq üstə və ya oturaq vəziyyətdə olmaqla yerinə yetirilir. Bu zaman masaj hərəkətləri saçların inkişafı istiqamətində, yəni təpədən arxaya boyuna tərəf, qulaqlara tərəf və s. edilir. Masajdan əvvəl saçları açmaq lazımdır. Masajı saçların yuyulmasından qabaq, başın dərisinə qidalandırıcı maskaların, ampulalarda olan xüsusi qidalandırıcı və digər bu kimi maddələrin sürtülməsi ilə eyni vaxtda etmək daha yaxşıdır.

Başın masajı barmaq yastıqçalarının hamarlayıcı hərəkətləri ilə başlayır. Ovuclarınızı başınıza elə qoyun ki, barmaqlarınız təpə nahiyəsində bir-biri ilə birləşsin. Hər iki əlinizin barmaq yastıqçaları ilə boynunuza doğru sığallayıcı hərəkətlər edin. Bu zaman əllər sərbəst şəkildə saxlanmalı, barmaqlar isə dəriyə yüngülcə toxunmalıdırlar.

Bundan sonra başın tüklü hissəsinin masaj edilməsinin əsası olan dairəvi hərəkətlərə başlamaq olar. Ovuclar bükülmüş, azca aralı olan əl barmaqlar sıx şəkildə baş dərisinin üzərinə qoyulmuşlar. İlk öncə baş dərisini azca sıxmaq, sonra isə bir qədər yana çəkmək lazımdır. Başın bir hissəsini masaj etdikdən sonra, barmaqları digər hissəyə qoyub onu masaj etmək lazımdır.

Bundan sonra yüngül döyəcləmə hərəkətlərinə başlamaq olar. Barmaqların vəziyyəti indicə qeyd etdiyimiz kimidir. Döyəcləmə hərəkətləri barmaqların yastıqçaları ilə yerinə yetirilir. Başın masaj edilməsi sonda, təpədən qulaqlara tərəf olmaqla sığallama hərəkətləri ilə başa çatır. Belə masajı həftə ərzində 1-2 dəfə icra etmək məsləhət görülür.

Gözəllik və Moda     Baxılıb: 4411   Tarix: 06 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu ilin məşhur makiyaj trendləri hansılar olacaq?

Makiyaj dünyası, hər il yeni trendlərlə zənginləşir və kosmetika sənayesi inkişaf etdikcə, istifadəçilər daha çox müxtəlif texnikalar və məhsullar ilə tanış olur. 2025-ci il üçün gözəllik dünyasında gözlənilən ən maraql

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Üzünüzün daha gənc görünməsi üçün dodaq boyası necə seçilməlidir?

Makiyaj, xüsusilə də dodaq boyası, üz cizgilərini vurğulamaqla yanaşı, vizual olaraq yaşı daha cavan göstərə bilər. Ekspertlərə görə, düzgün seçilmiş çalarlar dodaqlara təravət, dolğunluq və gənclik effekti qatır. Yaş artdıqc

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

50 yaşdan yuxarı qadınlara yaraşmayan saç kəsimləri

Uğursuz saç kəsimi ən düşünülmüş obrazı belə poza bilər. Yetkin yaşda çox qısa, ağır və həcmiz (yəni yastı) saç modellərindən uzaq durmaq tövsiyə olunur. Əvəzində düzgün seçilmiş saç düzümü təbii gözəlliyi vurğulayır və insanı

.

Birinə bənzəməyə çalışarkən bir-birimizə oxşadıq

20 aprel Dünya Birinə Bənzəmə günüdür. Qadınlardan danışmaq istəyirəm. Özünü bəyənməyib kiməsə oxşamağa çalışan qadınlardan. Birinə bənzəmək istəyərkən bir də baxdılar ki, bir-birinə bənzəyirlər. Nə üçün? Mən deyim, siz d

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

turlar.az

hamiləlik yay kolleksiyasi kosmetoloq cinsi problemlər xina yaxdi sozleri ərzaqlar sepgilere qarsi maska kosmetika qadin.az qaynanaya aid novruz pehriz burclerin uygunlugu