Bədbəxtlik xoşbəxtliyin anasıdır!

Bədbəxtlik xoşbəxtliyin anasıdır!Pisliklərin gözəllikləri cilvələndirmək və ali bir toplum yaratmaqda mühüm rol oynamalarından əlavə, yaxşı və pisliklər barəsindəki mühüm mətləblərdən biri də budur ki, bizim bədbəxtlik və pislik, kamal və xoşbəxtlik adlandırdığımız şeylər arasında səbəb-nəticə əlaqəsi vardır. Pisliklər yaxşılıqların anası və onların yaradıcısıdır. Bu pisliklərin üçüncü faydasıdır.
Onların birinci xeyirli əhəmiyyəti, pislik və çirkinliklərin mövcudluqlarının, dünyanın gözəl toplumunun yaranmasında zəruriliyi idi. İkinci əhəmiyyəti bu idi ki, hətta gözəlliklər öz gözəlliklərini pisliklərdən alırlar və pislik və çirkinlik olmasaydı, gözəllik və yaxşılıq heç bir məna verməzdi. Belə ki, gözəlin gözəlliyinin hiss edilməsi çirkin və çirkinliklərin olmaları və onlar arasında müqayisənin yaranmasındadır.

İndi pislik və bədbəxtliklərin üçüncü təsirini çirkinliklərin gözəlliklərin müqəddimə və yaradıcısı olmaları adı altında izah edəcəyik. Bəzən xoşbəxtliklərin daxilində bədbəxtliklər yarandığı kimi, çətinlik və bədbəxtliklərdə də səadət və xoşbəxtliklər yatır. Bu, dünyanın formuludur.
"...Necə ki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bəzən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gecəni qısaldıb gündüzü uzadar, bəzən də onlar daha çox istirahət edib dincələ bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidən və görəndir!"
"Zülmət gecənin sonu nurdur" məşhur atalar sözü əziyyətlərə qatlaşmaqla xoşbəxtliyə nail olmağın bir-birindən heç cür ayrılmazlığını bəyan edir. Pozulmuş şəraitlərdə ağlar qara istehsal etdiyi kimi sanki, ağlar da qaralardan doğulurlar.
On doqquzuncu əsrin məşhur alman filosofu Hegelin bu baxımdan diqqəti cəlb edən bir sözü var. O, bu barədə belə deyir:
"Mənfi işlər arasındakı çəkişmə və şər, xəyaldan yaranmayıb, işlər tamamilə həqiqət və gerçəklik, hikmət baxımından xeyir və təkamülün pillələridirlər. Çəkişmə tərəqqinin qanunudur. Sifət və səciyyələr dünyanın hərc-mərclik savaşlarında və iğtişaşlarda kamilləşərək formalaşırlar və şəxs yalnız çətinlik, məsuliyyət və iztirab yolu ilə ali şəxsiyyət dərcəsinə çatır. Çətinlik həm əqli işdir, həm də həyat nişanəsi və islahat mühərrikidir. Əqli işlər arasında şəhvətlərin də öz yerləri vardır. Heç bir böyük iş, şəhvətsiz öz kamilliyinə çatmayıb və hətta Napalyonun şöhrətpərəstlik və eqoistliyi onun öz istəyi olmadan belə, xalqların inkişaf və tərəqqisinə kömək edib. Həyat xoşbəxtlik (asayiş və ondan yaranan razılıq) üçün deyil, təkamül üçündür. Dünya tarixi səadət və xoşbəxtlik səhnəsi deyil; xoşbəxtlik dövrləri onun ruhsuz səhifələrini təşkil edir. Çünki həmin dövrlər qarşılıqlı razılaşma dövrləri olub və belə ağır razılıq və qənatlik kişiyə layiq bir şey deyil. Tarix, həqiqi aləmin ziddiyyətləri inkişaf və təkamül vasitəsi ilə həll edilən dövrlərdə düzəlib".
Qurani-kərim çətinliklə asayişin ayrılmazlığını bəyan etmək üçün belə buyurur:
"Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!"
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)
Quran çətinlikdən sonra asanlıq və rahatlığın olmamasını demir. Quranın təbiri budur ki, çətinlikdə asanlıq var, yəni asanlıq çətinliyin batinində və onunla birlikdədir. Mövləvinin dili ilə desək "zidd ziddin içində gizlənib".
Zendəgi dər mordəno dər mohnətəst
Abe heyvan dər dərune zolmətəst.
Mənası: Həyat ölüm və çətinlikdədir; dirilik gətirən su, zülmətdə (quyunun dibində)dir.
Burada incə bir nöqtə var ki, onun başa düşülməsi bu surənin bütün ayələrinin nəql edilməsindən asılıdır.
"Bağışlayan və rəhm edən Allahın adı ilə. (Ya Peyğəmbər!) Məgər biz sənin köksünü açıb genişlətmədikmi?! Ağır yükünü səndən götürmədikmi?! Elə bir yük ki sənin belini bükürdü. Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?! "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Ya Peyğəmbər!) Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et! Və ancaq Rəbbinə yalvar!"
Peyğəmbərə (s) xitab olunan bu surə o həzrətin özünə məxsusdur.
Bu surə məhəbbət hissi ilə dolu ifadələrlə sanki, xoşagəlməz hallardan narahat olmuş Peyğəmbərin (s) şərəfli ruhunu nəvaziş edir və Allahın onun çiynində olan ağır yükü necə götürdüyünü və çətinlikləri asanlıqlara çevirdiyini xatırladır. Sonra dəqiq elmlərdə olan üslubla, baş vermiş və gerçək bir hadisədən belə nəticə alır: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!" Yəni biz keçmişdə sənin çiynində olan ağır yükü götürmüşüksə, sənin adını ucaltmışıqsa və sənə səbr, dözüm qüdrəti vermişiksə, sən onlardan belə bir nəticəyə gəl ki, hər çətinlikdən sonra bir asanlıq gəlir!
Daha sonra nəticənin sabitləşməsi və onun qətiliyinə inandırmaq üçün bir daha təkrar edir: "Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!"
Burada maraqlı nöqtə budur ki, həmin ümumi formuldan nəticə əldə etdikdən sonra gələcəkdəki hərəkət istiqaməti və davranış yolunu da müəyyənləşdirərək belə buyurur: "Elə ki, (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx dua et!"
Yəni asanlıq çətinliyin batinində yerləşdirildiyi üçün asudə olan kimi, bir daha özünü əziyyətə sal və yenidən çalışaraq səy göstərməyə başla. Çətinlik və giriftarçılıqların kamillik və tərəqqinin müqəddiməsi olması məsələsi canlı varlıqların, xüsusilə insanın xüsusiyyətlərindəndir. Zərbələr cansız varlıqları məhv edir və onların qüdrətini zəiflədir, amma canlı varlıqları təhrik edərək hərəkətə gətirir və gücləndirir. "Nə çox varlılıqlar ki, yoxsulluğun içindədir."
Çətinlik və məşəqqətlər bəşəriyyətin təkamülü üçün zəruridir. Çətinlik və əziyyətlər olmasa, bəşəriyyət məhv olar. Quran bu barədə belə buyurur: "Biz insanı məşəqqətdə yaratdıq!..."
İnsan, öz layiqli varlığını tapması üçün məşəqqətlərə dözərək çətinlik çəkməlidir.
Ziddiyyət və çəkişmə, təkamül qamçısıdır. Canlı varlıqlar kamilliyə doğru olan yollarını bu qamçı ilə qət edirlər. Bu qanun özünü bitgilər, heyvanlar, xüsusilə insanlar aləmində doğruldur.
Həzrət Əli (ə) özünün Bəsrədəki nümayəndəsi Osman ibni Huneyfə yazdığı məktubda, bu bioloji qanunu xatırladır ki, naz-nemət içində yaşamaq və çətinliklərdən qaçmaq, insanın zəif və acizliyinə, çətin və ağır şəraitdə yaşamaq isə güclü və qıvraq olmasına səbəb olur və onun varlığının gövhərini püxtələşdirərək qüdrətli edir. O həzrət həmin məktubda öz nümayəndəsini, imkanlıların gecə keçirdikləri məclisdə iştirak etdiyi və heç bir yoxsulun iştirak etmədiyi və ancaq varlıların çağrıldığı qonaqlığa ayaq basdığı üçün məzəmmət edir. Həzrət imam (ə) həmin münasibətlə öz sadə həyatını izah edərək ardıcılları, xüsusilə özünün dövlət adamlarından onun yolu ilə getmələrini istəyir.
Sonra bəhanə gətirilməsinin qarşısını almaq üçün bu məsələni izah edir ki, münasib olmayan şərait və sadə yemək insanın gücünü azaldaraq zəiflətmir. O, həmçinin, bağbanın daimi qulluğundan məhrum olan çöl ağaclarının daha möhkəm və davamlı gövdəyə malik olmalarını, həmişə qulluq edilən bağ ağaclarının gövdələrinin isə nazikqabıq və davamsız olmalarını xatırladır.
Allah-taala Qurani-kərimdə belə buyurur:
"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Məhəmməd! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!"
Yəni bəla və çətinliklər müqavimət və dözümlülük göstərənlərə xeyirlidir və onlar həmin şəxsdə xeyirli izlər buraxırlar. Buna görə də həmin hallarda onlara müjdə vermək lazımdır.
Allah, insanların ruhlarını tərbiyə edərək formalaşdırmaq üçün şəriət və yaradılış proqramları qoyub və həmin iki proqramın hər birində çətinlik və əziyyətlərə yer ayırıb. Şəriət proqramında ibadəti vacib edib. Yaradılış proqramında isə, insanların yolları üstündə çətinliklər qoyub. Oruc, həcc, cihad, sədəqə və namaz şəri vəzifə yolu ilə müəyyənləşdirilmiş çətinliklərdir və onların yerinə yetirilməsində səbr və dözümlülük göstərmək, ruhların kamilləşməsi və ali insani istedadların formalaşmasına səbəb olur. (Əlbətttə bu mətləb dində çətinlik və ağırlığın olmaması kimi qəti məsələ olan prinsiplə heç bir ziddiyyət daşımır. Çünki, çətinliyin rədd edilməsindən məqsəd, dində vəzifə və tapşırığın olmaması deyil, insanın inkişafına və onun düzgün fəaliyyətinə mane ola bilən hökmlərin mövcud olmamasıdır. Dini qanunlar elə hazırlanıb ki, onlar nə əl-ayağa dolaşan acizlər və nə də tənbəl insanlar yetişdirəndir.) Aclıq, qorxu, maddi ziyan və insan tələfatı yaradılış proqramında nəzərdə tutulmuş və insanı məcburi olaraq əhatə edən çətinliklərdir.

Ailə və Uşaq     Baxılıb: 2654   Tarix: 30 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

turlar.az

sonxeber.az toy makiyaji sekilleri aksessuarlar qadin sayti qerkules maskasi hamilə qadın nə yeməli ciyər qovurması huseyn cavid seirleri novruz bayramına aid hakışta birlik haqisda əfsanələr burclər