"Bəzi xəstəliklərdən əziyyət çəkənlər payız mövsümündə..." - Həkim məsləhəti

"Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər tədbirli olmalıdır".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 7 nömrəli Şəhər Poliklinikasının həkim-terapevti Güney Nuruyeva deyib.
Onun sözlərinə görə, bəzən müəyyən xəstəliklərin ağırlaşması fəsil dəyişmələri zamanı daha çox müşahidə edilir: "Havanın dəyişkən keçdiyi günlərdə insanlarda immunitetin zəifləməsi müşahidə olunur. Bununla əlaqədar olaraq mövsümi və digər respirator xəstəliklər yaranır. Xüsusən payız mövsümündə qan təzyiqi, bronxial astma, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən şəxslər lazımi tədbiri mütləq etməlidir ki, mövsümi xəstəliklər daha ağır keçməsin".
Virus xəstəliklərinin daha çox fəsil dəyişkənliyi zamanı meydana çıxdığını vurğulayan G.Nuruyeva bildirir ki, temperaturun kəskin enməsi və eləcə də, insanların daha çox qapalı məkanlarda toplaşması mövsümi xəstəliklərin artmasına gətirib çıxarır: "Qrip influenzasına hər il 3-5 milyon arasında insan yoluxur. Təbii ki, qrip digər orqanlardan da fəsadsız ötüşmür. Ümumi olaraq deyə bilərəm ki, qrip viruslarına hər yaş kateqoriyasında olan şəxslər yoluxur. Qripə yoluxmuş şəxslərdə yanaşı xəstəliklər, immunitet zəifliyi, həmçinin normadan artıq bədən çəkisi olsa, onlar qripi daha ağır formada keçirirlər".
Həkim-terapevt G.Nuruyeva qripə və digər respirator xəstəliklərə yoluxmamaq üçün diqqət yetirməli olduğumuz məqamlara da aydınlıq gətirib: "İlk növbədə şəxsi gigiyenaya və təmizliyə riayət etmək lazımdır. Əllər mütləq şəkildə təxminən 20 saniyə sabunla yuyulmalı, maska və bu kimi tibbi-qoruyucu vasitələrdən istifadə edilməli, xəstəlik şübhəsi olan insanlardan mütləq uzaq durulmalıdır. İmmunitetin möhkəmləndirilməsi məqsədilə mövsümi meyvə-tərəvəzlərdən istifadə etmək, eyni zamanda maye qəbulunu artırmaq, vitaminlərlə zəngin olan qidalara üstünlük vermək, həmçinin gündəlik hava şəraitinə uyğun olaraq geyim seçmək lazımdır".
O vurğulayır ki, çox zaman insanlar soyuqdəymə və qripi eyniləşdirir, amma bu iki anlayış arasında fərqlər var: "Temperaturun kəskin aşağı düşdüyü günlərdə düzgün geyim seçilməməsi soyuqdəyməyə səbəb olur, lakin soyuqdəymə daha yüngül formada keçir. Amma qrip birbaşa olaraq viruslarla yayıldığından soyuqdəymədən ağır keçirilir. Bir məqamı da qeyd etmək lazımdır ki, qrip və digər respirator xəstəliklərin simptomları müşahidə edildiyi ilk anlarda ərazi üzrə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə və həkim-mütəxəssislərə müraciət etmək lazımdır. Mütləq şəkildə evdə özbaşına müalicədən, ələlxüsus da həkim təyinatı olmadan dərman preparatlarından və antibiotiklərdən istifadədən uzaq durmaq lazımdır. Əks halda, bu, xeyirdən çox zərərə səbəb olur".
Milli.Az

Xəbərlər     Baxılıb: 1212   Tarix: 23 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

aksessuarlar qadin sayti kosmetik vasiteler fitness agil haqqinda atalar sözləri kosmetoloqiya illik bürclər kosmetika bayatı meseller xanim.az maskalar kəlamlar