Birləşdirici toxumanın diffuz xəstəlikləri
Biirləşdirici toxumanı diffuz xəstəlikləri xəstəliklər qrupu olub,birləşdirici toxumanın və onun törəmələrinin sistem immun-iltihabi zədələnməsidir.Bu xəstəliklər qrupu kifayət qədər çoxsaylı xəstəlikləri əhatə edir.Bu xəstəliklərdən ən çox rast gəlinəni aşağıdakılardır:
* qırmızı qurd eşənəyi
* sistem sklerodermiya
* dermatomiazid
* revmatik qızdırma
* revmatizm
Birləşdirici toxumanın diffuz xəstəlikləri zamanı autoimmun prosesin inkişafı ilə təzahür olunan homeostazın dərindən pozulması baş verir.
Autoimmun patologiyanın əsasında immun tənzimləmənin əsası durur.Bu zaman suressor limfositlərin fəallığı azalır,helper limfositlərinin fəallığı artır.Bu da müxtəlif spesifikli autoantitellərin ifrazı hasilatı ilə müşayət olunur.
Birləşdirici toxumanın diffuz xəstəliklərinin ümumi cəhətləri aşağıdakılardır:
* Patogenezin ümumiliyi
Buraya autoantitellərin nəzarətdən çıxmış hasilatı və antigen-antitel immun komplekslərin yaranması,onların qanda sirkulyasiyası və toxumalarda fiksə olunması,nəticədə ağır iltihabi reaksiyanın inkişaf etməsi aiddir.Bu patologiyalar adətən mikrosirkulyator hövzədə,böyrəklərdə,oynaqlarda baş verir.
* Morfoloji dəyişikliklərin oxşarlığı
Buna birləşdirici toxumanın əsas maddəsinin fibrinoid dəyişikliyi,vaskulitlər,limfoid və plazmoid hüceyrəli infiltirat daxildir.
* Kəskinləşmə və remissiyalarla müşayət olunan xroniki gediş.
* Qeyri-spesifik təsirlərdən kəskinləşmə.
Bunlara infeksiya,insolyasiya,vaksinasiya aiddir.
* Zədələnmənin çoxsistemlı xarakteri
Dəri,oynaq,seroz qişalar,böyrək,ürək,ağ ciyərlər və s.də baş verən zədələnmələri.
Birləşdirici toxumanın diffuz xəstəlikləri qrupuna aid olan xəstəliklərin hamısı müstəqil klinik və morfoloji əlamətlərinə görə bir-birindən çox fərqlənir.Ona görə də hər bir xəstəliyə diaqnoz qoyularkən həkimdən daha diqqəti olmaq tələb olunur.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Sintioqrafiya: Nədir, necə aparılır və hansı xəstəliklərdə istifadə olunur?
Qızımın bloger və ya aparıcı olmasını istəyirəm' - Əməkdar artist
Məşhur müğənni təcili əməliyyat olundu - FOTO
Lalə Məmmədova yeni mahnı təqdim edib - AUDİO
Gün boyu zehni aydınlıq üçün ideal səhər yeməyi
Alma sirkəsi şəkər xəstələrini sağaldır?
Eşq iddialarını cavablandırdı
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Mahnısını 35 il sonra yeni versiyada təqdim etdi - AUDİO
Sadəcə göyərti deyib keçməyin: İçində balıqdan çox omeqa var
Zehni rahatlıq üçün bu qaydalara əməl edin