Broyler toyuqları ilə bağlı gizli araşdırma - Yeni təhlükələr

Broyler toyuqları ilə bağlı gizli araşdırma - Yeni təhlükələrBöyük Britaniyada jurnalist Morland Sandersin apardığı və telekanallardan birində yayımlanan gizli araşdırma supermarketlərdə satılan toyuq ətinin insan orqanizmi üçün olduqca təhlükəli bakteriyalarla dolu olduğunu üzə çıxarıb.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu səs-küylü araşdırma barədə "The Daily Express" nəşri yazır.
Jurnalist aydınlaşdırıb ki, supermarketlərdə satılan toyuqlar təhlükəli bakteriyaların mənbəyidir. Baxmayaraq ki, satış şəbəkələri bu toyuqların tam təhlükəsiz olduğuna inandırmağa çalışırdı.
Belə ki, supermarketlərdə bir sıra ərzaq məhsullarının etiketi üzərində qırmızı traktor logotipi yer alır. Bu o deməkdir ki, həmin məhsul keyfiyyətlidir və organik şəkildə yetişdirilib, təzədir. Lakin jurnalist müəyyən edib ki, etiketində qırmızı traktor logotipi olan toyuqların böyük əksəriyyəti antibiotiklərə davamlı bakteriyaların mənbəyidir.
Ceyms Hatton İnstitutundan mikrobioloq və ətraf mühit üzrə mütəxəssis, doktor Layza Everi bildirir ki, əgər belə bakteriyalarla zəngin toyuq ətini yesəniz potensial təhlükə meydana çıxacaq. Çünki insan olduqca ağır mürəkkəbləşmələrə gətirib çıxara biləcək bakteriyalarla yoluxa bilər və müalicə üçün ona antibiotiklər lazım gələcək. "Lakin indiki halda antibiotiklər də lazım olan effekti verməyəcək, çünki bu bakteriyalar antibiotiklərə davamlıdır", - o bildirib.
Doktor Everi deyir ki, hazırda antibiotiklərə davamlı bakteriyalar insan sağlamlığı üçün ən böyük təhdiddir. Onun sözlərinə görə, bütün bunlar sonda ona gətirib çıxara bilər ki, antibiotiklər təsirsiz qalır və infeksion xəstəlikləri müalicə etmək mümkün olmur.
Doktor britaniyalılara məsləhət görür ki, evdə toyuq əti bişirərkən olduqca ehtiyatlı olsunlar. Hər şeydən əvvəl toyuğu yumaq lazım deyil. Yol vermək olmaz ki, toyuq mətbəxdə onu bişirmək üçün nəzərdə tutulan tavadan və qazandan başqa nəyəsə toxunsun. Toyuq ətinə əllə toxunduqda onları dərhal diqqətlə yumaq lazımdır.
"Toyuqları diqqətlə təmizləyin və heç bir halda onları yumayın", - doktor Everi bildirir. "Toyuq ətini qablaşdırmadan çıxaran kimi dərhal onu tavaya yerləşdirin, sonra əllərinizi yuyun. Əllərinizi yumamış heç bir səthə toxunmayın", - o əlavə edir.
Mütəxəssis hesab edir ki, etiket üzərində yazılmış təlimata əməl etməklə təhlükəli bakteriyaya yoluxma riskini azaltmaq olar
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1461   Tarix: 08 yanvar 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır. Aparılan araşdırma nəticəsində məlum olub ki, müntəzəm qəhvə istehlakı əzələ itkisindən qoruyur. . -a istinadən qəhvənin 50 yaşdan yuxarı insanlarda əzələ itkisi prosesin

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb

"Çay, qəhvə və şirin içkilər orqanizm üçün təmiz suyun tam əvəzi hesab oluna bilməz". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyi

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

turlar.az

yaz geyimleri 2026 hamiləlik həkim məsləhəti qısa saçların yığılması geyim seçimi konservləşdirilmiş məhsullar badimcan murebbesi kosmetika cantalar qadin saglamlig vicdan haxışda toyuq salati