Bu dərmanı paltaryuyan maşının içinə atın və...
Ağ paltarların ilk günkü kimi bəyaz qalması çox önəmlidir. Ancaq yuyucu toz, bəzi ləkə çıxardan vasitələr parçaya zərər verir. Bəs nə edək ki, həm ağ paltarlar təmiz yuyulsun, həm də parça zərər görməsin? Aile.lent.az-ın məlumatına görə, ağ paltarların yıpranmasının qarşısını almaq üçün aspirindən istifadə etmək lazımdır.
Aspirin paltarların ağarmasına və ləkənin getməsinə kömək edir. Hər 1 kilo paltar 1 ədəd aspirin bəs edir. Tableti paltaryuyan maşının içinə atıb işlədin.
Qan ləkəsini aparmaq üçünsə paltarı yumazdan öncə 2 saat aspirinli suda saxlayın. Su isti olmamalıdır. İsti su qandakı proteinlərlə qarşılıqlı təsirə girərək ləkənin getməsini çətinləşdirir. Soyuq suya üstünlük verin.
f Paylaş