Bu sadə vasitə ilə böyrəklər duzlardan, daşlardan bir gündə tamamilə xilas olacaq! - RESEPT

Bu sadə vasitə ilə böyrəklər duzlardan, daşlardan bir gündə tamamilə xilas olacaq! - RESEPTBöyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.

Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 litr maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insan orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.

Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyiniz zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.

Böyrəklər hərəkəti sevir (bədən tərbiyəsi, idman). Hərəkət onların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır (xüsusilə ağır çəkilərin qaldırılmasını).

İldə 2 dəfə olmaqla böyrəkləri orada yığılan duz, qum və s. maddələrdən təmizləmək lazımdır. Yayda bu daha asandır. Böyrəkləri qarpız və xiyar çox yaxşı təmizləyir.

Böyrəklərin təmizlənməsi üçün müxtəlif müalicəvi otlar və s. təbii vasitələr çox geniş istifadə olunur:

1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu – 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.

2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı. Hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 litr qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.

3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).

4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.

5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.

6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.

7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.

8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

9. Kərəviz, şüyüd, cəfəri kimi göyərtilər böyrəkləri çox yaxşı təmizləyir. Bu göyərtilər mütləq sizin rasionunuzda daim olmalıdır.

10. Süd məhsulları da böyrəkləri yaxşı təmizləyir. Qatıq, kefir, ayran hər gün qəbul edin.

11. Həm qara, həm də yaşıl çay sidikqovucu təsirinə malikdir. Yaşıl çay daha effektlidir.

İstənilən otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz. saqlamheyat.az

Sağlamlıq     Baxılıb: 2199   Tarix: 13 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

turlar.az

maskalar gözəllik məhsulları qadin sayti suni usaq yemekleri hamilə qala bilmək gənc ailə kakos yaginin saca faydalari kosmetika seksler seksi novruz hakistalari arıqla haqisda