Bu şəxslər maskadan qurtula bilər - Həkim açıqladı

Bu şəxslər maskadan qurtula bilər - Həkim açıqladıVaksin olunmuş şəxs immunitet qazanır, virusa qarşı qorunmuş olur. İnfeksiyaya yoluxsa da, yüngül keçirir. Vaksin olunmuş şəxslər əlavə olaraq bir çox imtiyazlar qazanır.
Bu sözləri Publika.az-a açıqlamasında pulmonoloq Eldar Zeynalov deyib. O bildirib ki, vaksin vurduran insanların daşıyıcı olmaq ehtimalı yoxdur:
"Vaksin olunmuş şəxslər gələcəkdə maskadan azad oluna və digər ölkələrə sərbəst gediş-gəlişləri təmin oluna bilər. Hökumət yenidən sərt rejimə keçməyə məcbur olsa, SMS-lə evdən çıxmaq və s. kimi məhdudiyyətlər onlara şamil olunmayacaq".
Bu şəxslər maskadan qurtula bilər - Həkim açıqladıHəkim qeyd edib ki, vaksinasiya prosesi hər ölkənin büdcəsinə uyğun aparılır:
"Bu, sadəcə büdcədən də asılı deyil. Ölkənin vaksinasiya siyasəti ilə bağlı apardığı danışıqlar da böyük rol oynayır. Azərbaycan vaksinlərin ölkəyə gətirilməsinə nail olan ilk ölkələrdəndir. Bu da danışıqların çox yüksək səviyyədə aparılmasının nəticəsidir. Həm də vaksinə ayrılmış investisiyanı ödəməyə Azərbaycanın gücü çatır. Ümumiyyətlə, Azərbaycanda vaksinasiya Avropanın öndə gedən ölkələri ilə eyni səviyyədədir. Vaksinlər ölkələrə müəyyən say və mərhələlərlə verilir. Bəzi ölkələrin maliyyə imkanları olsa da, vaksinin əldə edilməsi ilə bağlı problem yaşayırlar. Bu mənada Azərbaycan öncül ölkələr cərgəsindədir".
Həkim əlavə edib ki, Azərbaycan sınaqdan keçmiş və effektivliyi sübut olunmuş vaksinlər alıb:
"Azərbaycan vaksinasiya ilə bağlı aparılan tədqiqatların nəticələrini gözlədi və ən az əlavə təsiri olan vaksinləri aldı. Virusun yarada biləcəyi fəsadlar vaksinin mənfi təsirlərindən qat-qat yüksəkdir. Vaksin vurulmalıdır ki, ölüm sayı azalsın. Azərbaycanın aldığı vaksinlərin fəsadı demək olar ki, yoxdur.
Kütləvi immunitetin yaranması və ya epidemiyanın Azərbaycanda başa çatmasını elan etmək üçün əhalinin 70 faizində antitellər yaranmalıdır. Buraya həm vaksin vurulmuş, həm də sağalmış insanlar daxildir. Artıq 40 yaşdan aşağı insanların da vaksinləşməsinə başlanılıb. Hesab edirəm ki, təxminən 2-3 ay sonra Azərbaycanda kollektiv immunitetin yaranması başa çatmalıdır".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1990   Tarix: 07 aprel 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

kosmetik vasiteler geymler 2026 geyim necə seçməli saglamlig tutmalar doğuş öskürəyin təbii müalicəsi kosmetika intim veten haqqinda atalar sozleri vətən gozellik terezi