Bu toyuqlar uşaqlarda vaxtından tez cinsi yetişkinlik yaradır?
Broyler toyuqlarının insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb. Bu dəfə isə broyler toyuqlarının uşaqlarda cinsi yetişkinlik yaratması ilə bağlı məlumatlar yayılıb.
Maraqlıdır, bu toyuqlar həqiqətən uşaqlarda cinsi yetişkənlik yaradırmı?
Milli.Az lent.az-a istinadən bildirir ki, pediatr Sara Mansurovanın dediyinə görə, broyler toyuqları uşaqlara olduqca zərərlidir:
"Broyler toyuqları həddən artıq piylənməyə, şəkərli diabetə və orqanizmdə digər ciddi problemlərə yol açır. Bundan başqa, onların yemlərinə qatılan preparatlar, uşaqlarda zamanından tez cinsi yetkinlik yaradır. Yəqin ki, bişirərkən şahidi olmusunuz, bu toyuqların əti çox şişkindir, amma sümükləri çox balaca və kövrəkdir. Bu isə göstərir ki, həmin toyuqlar süni böyüdülür. Son zamanlar isə bu toyuğun verdiyi zərərlərin nəticəsi ilə daha tez-tez qarşılaşırıq. Bir valideyn 3 yaşlı uşağını həkimə gətirmişdi, məlum oldu ki, körpədə artıq cinsi yetkinlik baş verir. Araşdırma aparıldı və məlum oldu ki, uşaq həmin toyuqların ətindən tez-tez yediyi üçün onda cinsi hormonlar tez inkişaf etməyə başlayıb. Hətta broylerləri çox yeyən uşaqlar o qədər öyrəşirlər ki, həyət toyuğunu yemək istəmirlər. Bundan başqa, uşaqlarda immunitet sistemini də broyler toyuqları aşağı salır. Bu toyuqlar hər kəsə zərərlidir, uşaqlara isə qətiyyən vermək məsləhət deyil".
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür